Qubada biabırçılıq: Başçı müavini ÇILPAQ yaxalandı – ŞOK GÖRÜNTÜLƏR
2-11-2017, 16:56
KORRUPSIYA.AZ bildirir ki, Quba rayon sakinləri tərəfindən Siam.az xəbər portalına şikayət məktubu daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və birinci Vitse-Prezident Mehriban xanım Əliyevadan tədbir görmələrini xahiş edirik.
Quba rayon icra başçıs Yaşar Məmmədovun təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyev rayonun bütün torpaqlarını satıb talan edib. O, icra başçıs Yaşar Məmmədova və özünə kapital toplamaqla məşğul olur.Nəticə isə göz qarşısındadır.
Rayon camaatı bu iki korrupsionerin qanunsuz əməllərindən cana yığılıblar. Nəsrulla Vəliyev əslində bazar alverçisi oub onun indi belə bir dövlət vəzifəsində işləməsi rayon sakinlərinə baha başa gəlib.
Quba rayon icra başçısının təsərrüfat işləri üzrə müavin i Nəsrulla Vəliyev Azərbaycan müstəqilliyini bərpa edən ilk dövrlərdə Rusiya Fedreasiyasında bizneslə məşqul olub. Fəaliyyəti sahəsinə kriminal aləmdə tanınan şəxslərlə tanışlıq, müxtəlif “razborkalar”da iştirak daxıldir ki, bu da Perm vilayətində Edik kimi tanınan qardaşı Eynullanın kriminal keçmişi ilə bağlıdır.
Rusiyada biznes” fəaliyyəti zamanı Nəsrulla Vəliyevi küt alətlə vuraraq zibil yeşiyinə atırlar. Uzun müddət axtarıldıqdan sonra zibillikdən təsadüfən sağ tapılır. Ağır kontuziya alan Nəsrulla Vəliyev və qardaşı Eynulla Permdə bizneslə məşqul olan iş adamına 5 milyon dollar pul ataraq Rusiyadan Azərbaycana qaçırlar
Azərbaycana qayıtdıqdan sonra, Nəsrulla Vəliyev həyatda qalmağını dövlət işilə bağlayıb. Belə ki, o öncə Quba rayonu Vəl-vələ kənd icra nümayəndəsi, 2010-cu ildə Quba şəhəri üzrə nümayəndəsi, daha sonra icra başçısının müavini vəzifəsinə təyin edilir.
Qubada biabırçılıq: Başçı müavini ÇILPAQ yaxalandı – ŞOK GÖRÜNTÜLƏRHazırda, Nəsrulla Vəliyevin kurasiyasında- Quba şəhərinin abadlaşdırılmasına nəzarət, sahibkarların örüşlərlə təmin edilməsi və bu sahəyə nəzarət daxildir.
Ötən ilin sonlarında intihar edərək dünyasını dəyişən Quba rayonu Xınalıq kənd icra nümayəndəsi Fizuli Şərifovun ölümündə də Nəsrullanın adı hallanmaqdadır. Nəsrulla Vəliyev örüş sahələrini əhatə edən ərazilərin icra nümayəndələri tərəfindən qışlaqdan qayıdan mal-qoyun sürüsü sahiblərindən hər il icra başçısınına haqq toplayır. Həmin tapşırığı təmin etməli olan mərhum Fizuli Şərifov 70000 manat ziyana düşür.
Nəsrulla Vəliyev mərhum Fizuli Şərifova banklardan kredit almağı tövsiyə edir və bütün icra nümayəndələrinə bank müqavilələrində zamin durmağı tapşırır. Ölümündən bir müddət əvvəl mərhum Fizuli Şərifov Vladimirovka kəndində yaşayan bacanağının qonşusu məktəbdə xadimə işləyən Rafinad Məmmədovanın adına kredit almış, zamini də Quba rayonu Tüləkərən kənd icra nümayəndəsi Oqtay İsayev olur.
Ölümündən sonra isə, alınmış kredit borcu xadimənin adında olduğuna görə, elə xadimənin əmək haqqından tutulur.
Hazırda Quba rayonu ərazisində və Hacıqabul və bir neçə başqa rayonunda, Qubaya aid olan örüş sahələri Nəsrulla Vəliyevin tapşırığı ilə sıxışdırılaraq yerli sakinlərdən alınır. Proses – yerli sahibkarlardan hektarına 500 manat illik rüşvət tələb edilməsi ilə başlanıldı.Buna razı olmadıqları üçün icarə müqavilələri ləğv edilərək həmin torpaqlar imkanlı şəxslərə satılır.
Quba rayonu ərazisində örüş sahələrinin əksəriyyyəti isə əslən Qubalı olmayan iş adamı “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə satılb.Nəsrulla Vəliyev kimi tamahkara görə iş adamı Yusif Qədimbəyli Qubada böyük bir biznes imperiyasına sahib olub.Qubada fəaliyyət göstərən Xəyal televiziyasıda ona məxsusdur.
Aqrar islahat zamanı Səməd Vurğun adına sovxozdan qalan çoxlu yerləri saxtakarlıqla özəlləşdirib. Hazırda Vəl-vələ kəndi ərazisində Nəsrulla Vəliyevə aid daş karyeri, “Qoşa bulaq” istirahət mərkəzi və meyvə tərəvəz saxlanılması üçün soyuducu anbar fəaliyyətdədir.
Bundan əlavə, Nəsrulla Vəliyevə məxsus Şabran rayon istiqamətində olan meyvə bağları, mal-qara sürüsü var ki, bütün bunlara nəzarəti qardaşı Eynulla həyata keçirir.
Son 4-5 ildə Nəsrulla Vəliyevin daşınmaz əmlaknın sayı da xeyli artıb. Belə ki, təkcə Quba şəhəri ərazisində 4 mənzili var. Bütün mənzilləri qohumlarının adına rəsmiləşdirilib. Həmin mənzillər Quba şəhəri Vaqif küçəsində, SAF Konserv zavodu ətrafındakı küçədə, Nügədi yolunda, Lisey yaxınlığında yerləşir. Həmin mənzillərin hamısı hazırda kirayədədir.
Nəsrulla Vəliyevin şəxsi həyatı da qalmaqallarla müşahidə edilir. Qeyd edim ki, əldə etdiyim məlumatlara görə Nəsrulla Vəliyev Rusiyada qeyri-rəsmi nikahdan 2 oğlu dünyaya gəlib və hazırda Perm vilayətində yaşayır.
Qubada da Nəsrulla Vəliyevin şəxsi həyatı hay-küysüz ötüşməyib. Onun adı – əvvəl Quba şəhəri H.Əliyev prospektində, “Üç gözəl” şadlıq sarayının yanında, daha sonra və hazırda da “Qızıltac” şadlıq sarayı yaxınlığında fəaliyyət göstərən “İki mələk” gəlinlik salonunun sahibi, əslən Şamaxı rayonundan, hazırda Sumqayıt şəhərində qeydiyyatda olan Mahirə Quliyeva ilə keçir. Nəsrulla Mahirənin bütün təminatını ödəməklə yanaşı Quba ərazisində bütün maneələri yox edirdi. Əvəzində, Mahirə Nəsrullaya sxidmətlər Nəsrulla Vəliyevin özü və qonaqları üçün Bakı, Sumqayıt və digər şəhərlərdən qadınlarla təmin edir.
FAKT – ötən il “iki mələk” gəlinlik salonunda Qubar rayonu Amsar kəndində doğulmuş, Quba şəhərinə gəlin köçmüş və salonda bər-bər kimi fəaliyyət göstərən Elnarə adlı qadınla bağlıdır. Elnarənin telefonuna zəng çatmadığını görən həyat yoldaşı “iki mələk” gəlinlik salonuna gəlir və salonun bağlı olduğunu görür.
Dərhal Elnarənin valideyinlərinə zəng vuran ər Mahirə Quliyevanın evinə yollanır.
Orada Nəsrulla Vəliyevlə bərbər Elnarəni lüt müəyyən edən ailə üzvləri səs-küy yaradırlar. Nəsrulla Vəliyev Quba rayon polis rəisi Telman Ağasiyevin köməkliyi səs-küyün qarşısını ala bilir.
Quba rayon camaatının baş ağrısına çevrilən Nəsrulla Vəliyevin qanunsuz əməllərinin araşdırılıb onun barəsində ciddi tədbir görülməsini prezident cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik.
İmza; Quba rayon sakinləri
Teymurova Həbibə Sabir qızı,
Soltanova Raya Qeybulla qızı,
Əliyev Cəlil Nurulla oğlu ,
Ömərov Bəkir Kamal oğlu,
Ramazanov Cahangir Bayram oğlu(azerinews.tv)
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandıra bilərik!
teref.az