Beyləqan DYP-nın rəisi Azad Məmmədov avtoqəzalar kralına çevrilib
5-11-2017, 01:00
Yaxın tariximizin bir neçə il öncəsini vərəqləsək, Sumqayıt şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əzəmətli və möhtəşəm rəisi Azad Məmmədovun müəmmalı şəkildə "vurulması” əslində hər kəsə bir sürpriz oldu.
teref.az xeberci.tv-yə istinadən yazır ki, çünki bu möhtəşəm çinovnikin özünü hər kəsə ölkədə böyük söz sahiblərindən olan Müdafiə Sənayesi naziri Yavər Camalovun xalası oğlu olduğunu sırımağa çalışması və buna qismən də olsa nail olması və bu yalanı çoxlarına inandıracağı andaca məhbəsin bir addımlığına yuvarlanması, nəticə olaraq da paytaxtdan sonrakı sırada olan böyük şəhərlərdən birinin yol polisi rəisi vəzifəsindən çıxarılması, daha dəqiqi qovulması , sonradan isə ani bir fikir dəyişikliyi ilə rəhbərlik tərəfindən son şans və ciddi xəbərdarlıqla Beyləqan DYP şöbəsinə rəis vəzifəsinə təyin edilməsi əslində Azad müəllimin Sumqayıt şəhərində rəis işləyərkən yol verdiyi ciddi nöqsanlara rəğmən böyük imtiyaz kimi dəyərləndirilir.
Sumqayıt DYP İdarəsinin rəisi vəzifəsindən niyə uzaqlaşdırılıb və hansı səbəblərə görə cinayət məsuliyyətindən yaxa qurtarmağa nail olmasına dair mövzuya növbəti yazımızda qayıdacağıq. Bu gün isə sizlərə Azad Məmmədovun təxminən 10 gün əvvəl tabeçiliyindəki yol patrul xidməti inspektorlarından maddi tələbdə bulunması barədə saytımıza daxil olmuş informasiya barədə söz açmaq istəyirik.Belə ki, rəhbərliyində təmsil olunan(növbəti yazımızda həmin məmurun da adını açıqlayacağıq-red)bir şəxsə 30.000 manat pul çatdırmalı olduqlarını bildirərək hər birindən 2500 azn pul topladığını, yol patrul xidməti inspektorlarının buna görə də ciddi şəkildə etiraz etsələr belə, borc taparaq verməkdən başqa çıxış yolları olmamayıbdır.
Maraqlıdır görəsən, həqiqətənmi Azad Məmədov nəzərdə tutduğu həmin rəisə 30.000 manat pulu toplayaraq çatdırıb? Yoxsa bu məbləğ onun özü üçünmü lazım imiş? Beyləqandan xeberci.tv-yə verilən məlumata əsasən Beyləqan DYP-nın hesabatında 9-aylığı heç də xoşa gəlməz olub. Belə ki, bu hesabat Azad Məmmədovun vəzifəsində qalmasına kölgə salıb. Ona görə ki, hesabat da doqquz ay müddətində rayon ərazisində avtoqəza zamanı doqquz adam ölüb. Belə götürəndə balaca bir rayon üçün hər aya bir ölüm həddindən çoxdur.
Araşdırmamız zamanı bəlli olub ki, rayon ərazisində içkili tutulan hər bir sürücünün avtomobili dayanacağa qoyulur və 60 manat cərimə yazılır. Ancaq içkili tutulan şəxslərin hər birinə 400 manat yazılacağı halda Beyləqan DYP-da necə ola bilər ki, 60 manat cərimə yazılsın? Araşdırmamız onu bəlli etdi ki, dayanacağa qoyulan içkilinin avtomobili sürücüdən əlavə olaraq alınan 250-300 manat pulun civarında, ona içkililik yox sadəcə yüngül cərimə tətbiq olunur. Belə ki, yazılan 60 manat dövlət büccəsinə, əlavə olaraq alınan 250-300 manat Azad Məmmədovun büccəsinə gedir.
Bu baxımdan Azad Məmmədov hər bir Beyləqan DYP-nın əməkdaşına göstəriş verib ki, kim hər gün bir içkili tutaraq mənə təhvil verməsə evə getdi söhbəti yoxdur. Beyləqanlılar nazir Yavər Camalovun qohumu kimi tanınan Azad Məmmədova bata bilməyəcəklərini görüb mətbuata üz tutur. Xahiş edirlər ki, bu kimi problemləri iştimailəşdirlməsini təmin edək və Azad Məmmədovun bu kimi nöqsanlarının aradan qaldırılması təmin olunsun.
Qarşı tərəfi dinləməyə və münasibətin dərc etməyə hazırıq. Xeberci.tv