ETSN sahibkar adlandırdığı şəxslər Araz çayının sahibinə çevrilib – İmişli rayonu məhv olma təhlükəsi ilə üz-üzə(FOTOLAR)

3-01-2018, 16:55           
ETSN sahibkar adlandırdığı şəxslər Araz çayının sahibinə çevrilib – İmişli rayonu məhv olma təhlükəsi ilə üz-üzə(FOTOLAR)
Bu gün bir bəlaya çevrilmiş məsələ ilə bağlı fikrilərimizi oxucularla bölüşmək qərarına gəlmişəm. Belə ki bu məsələ ilə bağlı həmdə eyni zamanda Prezidenti aldadanları ifşa etmək istəyirəm. İmişli rayonunda Ekologiya və Təbii Sərvətlər nazirliyinin nəzarətində olan, Araz çayının məcrasını dəyişməsi və buna səbəb olan “Azəryolservis” ASC-nin apardığı abadlıq adı altında talançılıq siyasətidir. Məsələnin əsas mahiyyəti Araz çayının məcrasının dəyişməsi olsada bununla yanaşı Tender adı ilə bunu milyonlara çevirən şəxslərin mövcud olması dövlətin əsas qurumlarından gizlədilməkdədir. Prezident İlham Əliyev sərəncamları əsasında ayrılan milyonları bir kənara qoyaraq Arazın məcrasının dağıdılaraq ikiqat ziyan vuran Tender qalibi olan Şükür Aslanovun minbir oyununa yerli əhali etirazını bildirməkdədir. Ş.Aslanovun qanuni işləri deyil, qanunsuz işləri ilə gündəmə gəlməsi artıq bir tendensiya halını alıb.

Xalq.info xəbər verir ki, Ş.Aslanov Tabeliyində yol örtüyünün istehsalı ilə məşğul olan zavod və müxtəlif təyinatlı texinakları olan "ORİEN -E" MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yolların çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub. Tender qalibi olan Ş.Aslanov apardığı əməliyyatlarda onun Araz çayının məcrasını dağıdaraq milyonlara sahib olmasına icazə verildiyini düşünür. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktor müavini Raqub Mirzəyevlə əlaqə saxladıq. O isə Prezidentin sahibkarlıq haqqında verdiyi sərəncamı əsas gətirərək məsələyə müdaxilə edə bilməyəcəyini vurğuladı. Raqub Mirzəyev bir şeyi unudur ki, ilk növbədə Araz məcrasını dağıdanların sahibkar olub olmaması araşdırılmadan müdaxilə edə bilmərik ifadəsini işlətmək belə yanlışdır. Yüksək diqqətinizə çatıraq ki biz sizin etməli olduğunuz araşdırmanı apardıq və Araz çayının məcrasını talan edən şəxslərin heç bir sahibkarlıq fəaliyyəti olmadığını müəyyən etdik. Sahibkar olmaq hələ o ixtiyarı vermir ki bir rayonun taleyi ilə bu qədər oynanılsın. Və Hörmətli Prezidentimiz İlham Əliyev cənablarıda sərəncamlarında qeyd etmir ki, kim harda necə istədi öz başına buyruq işlə məşğul olsun. ETSN səlahiyyətli şəxsləri bu qanunsuz icratlarda ələri olduğu üçün bu şəxslərə göz yumursa cənab R.Mirzəyev bunu bu cürdə qeyd etsəniz daha dolğun məlumat vermiş olarsınız.


İmişli rayon ərazisində əsas fəaliyyət sahəsini genişləndirən Ş.Aslanov barəsində xalq.info-nun mediada apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlarıda olduğu kimi sizlərə təqdim edirik:

“Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənədində göstərilib ki, Nəqliyyat Nazirliyinin həmin il ümumilikdə 523 milyon 457 min 807 manat həcmində keçirdiyi tenderdə bir neçə şirkətlə bərabər, tenderlərin qalibləri arasında ORİON-E MMC-nin də adı var.

ORİON-E MMC ilə bağlı ən ilginc məlumat isə bir neçə il əvvəl iri tutumlu, hər hansı sənədlərinin olmadığı söylənilən, bitiumla dolu avtomobillərin şirkət ərazisinə daxil olarkən MTN əməkdaşları tərəfindən hadisə yerində tutulmasıdır. Məlumatda qeyd olunur ki, hadisə yerində dərhal həbs edilən Şükür Aslanov naməlum səbəblərdən qısa müddət sonra azdlığa buraxılıb.

Dövlət başçısının müvafiq Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən və həmin qurumun yüksək çinli əməkdaşları haqda həbs – qəti imkan tədbiri seçiləndən sonra bəzi dövlət qurumlarında və özəl sektorda kifayət qədər geniş imkanlara malik şəxslərin mütəşəkkil cinayətkarlıqda təqsirləndirilən generallarla iş birliklərinin olması haqda məlumatlar dərc edildi. Həmin şəxslərin siyahısında mətbuatın kifayət qədər az tanıdığı iş adamı Əvəz Şükürovun da adı çəkilirdi. Xatırladaq ki, Ə.Şükürov ilk dəfə paytaxt əhalisinin "Semaşko" adlandırdığı - 1 saylı Şəhər Klinik Xəstəxanasına məxsus ərazidə hündürmərtəbəli yaşayış kompleksi inşa etdirməsindən və həmin ərazi haqqında ziddiyətli informasiyaların yayılmasından sonra mətbuatın gündəminə gəlib. O zaman həmin yaşayış kompleksinin tikildiyi ərazinin sabiq səhiyyə naziri Əli İnsanovdan alınması haqqında informasiyalar da mətbuatda dərc olunmuşdu. Hətta kompleksin inşa olunduğu ərazi ilə bağlı məsələnin sabiq Səhiyyə nazirinə qarşı irəli sürülmüş ittihamlara da daxil olduğu qeyd edilirdi. Bir müddət öncə məlum “MTN işi” ilə bağlı məsələlər gündəmə gələndə isə Ə.Şükürovun, görəvindən alınan və haqqında həbs qəti imkan tədbiri seçilmiş MTN-nin sabiq idarə rəisi, general Mövlan Şıxəliyevlə ortaq bizneslərinin olduğu haqqında da məlumatlar mətbuata yol tapdı. Hətta iş adamının oğlu Bayram Şükürovun M.Şixəliyevin köməkçisi vəzifəsini qeyri – rəsmi icra etməsi də iddia olunurdu.

Məlumatlarda o da qeyd olunurdu ki, Ə.Şükürovün digər oğlu Rəmzi Şükürov isə MTN-nin sabiq Baş İdarə rəisi, dövlət vəzifəsindən istifadə edrək cinayətkar qruplaşma yaratmaqda ittiham edilərək həbs edilən Akif Covdarovun Milli Məclisdə işləyən, məlum hadisələrdən sonra isə vəzifəsindən çıxarılan oğlu ilə dost və iş yoldaşı olublar(mia.az). Həmin vaxt dərc edilən informasiyalar iş adamı tərəfindən nə təkzib, nə də təsdiq edildi. Əslən İmişli rayonundan olan Ə.Şükürovun bu rayonda da gəlirləri kifayət qədər iri rəqəmlərlə müşayət olunan obyektlərinin olduğu söylənilir. Ötən gün İmişlidəki mənbəmizin Conflict.az-a verdiyi məlumata görə, iş adamının rayondakı biznes obyektlərinə nəzarət etdiyi iddia edilən, ORİON-E MMC-nin rəhbəri Şükür Aslanovun, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun müvafiq əmri ilə Regonal Yol Təmir Tikinti idarəsinə rəis təyin edilib.

Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənədində göstərilib ki, Nəqliyyat Nazirliyinin həmin il ümumilikdə 523 milyon 457 min 807 manat həcmində keçirdiyi tenderdə bir neçə şirkətlə bərabər, tenderlərin qalibləri arasında ORİON-E MMC-nin də adı var. Məlumatda öncə "Azəryolservis", dövlət başçısının müvafiq Fərmanı ilə “Azəravtoyol” ASC adlanan dövlət qurumu ilə ciddi ilişikləri olduğu bildirilən ORİON-E MMC-nin ümumiyyətlə Aran zonasındakı dövlət sifarişli tenderlərinin mütəmadi qalibi olduğu qeyd olunur. Tabeliyində yol örtüyünün istehsalı ilə məşğul olan zavod və müxtəlif təyinatlı texinakları olan "ORİEN -E" MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yolların çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub. Məlumatda o da qeyd olunur ki, şirkətin rəhbəri Şükür Aslanov Ə. Şükürovun patronajlığı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin elan etdiyi “Əsaslı təmir işlərinin satın alınması” üçün 525000 manat (2013-cü il), Saatlı rayon İcra Hakimiyyətinin elan etdiyi “Saatlı - Simada-Qarayev kənd avtomobil yolunun yenidən qurulması işlərinin satın alınması” üçün 3500000 (2013 cü il), Saatlı Rayon İcra Hakimiyyətinin elan etdiyi “Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikinti işlərinin satın alınması” üçün 3000000 manat dəyərində və s. tenderlərin qalibi olub.

Şükür Aslanov və onun rəhbərlik etdiyi ORİON-E MMC ilə bağlı ən ilginc məlumat isə bir neçə il əvvəl iri tutumlu, hər hansı sənədlərinin olmadığı söylənilən, bitiumla dolu avtomobillərin şirkət ərazisinə daxil olarkən MTN əməkdaşları tərəfindən hadisə yerində tutulmasıdır. Məlumatda qeyd olunur ki, hadisə yerində dərhal həbs edilən Şükür Aslanov naməlum səbəblərdən qısa müddət sonra azdlığa buraxılıb. Ş.Aslanov həbsdən azad olunmasında Ə.Şükürovun xidmətlərinin olduğunu və bu yaxşılığı heç zaman unutmayacağını daim qeyd etdiyi söylənilir.

Şükür Aslanovla bağlı əlavə məlumatlar əldə etmək məqsədilə apardığıız araşdırmada bir müddət öncə saytlardan birində dərc edilmiş kifayət qədər primitiv mədhiyyədəki bir məqam diqqətimizi cəlb etdi: Toyda misiqiçilər, yas mərasimində mollalar məclisə daxil olan kimi onu (Şükür Aslanovu) diqqət mərkəzində saxlayır. “

P.S. Araz məcrasının Talan edilərək Ballasın çıxarılaraq magistiral yolların istifadəsinə deyil paytaxt bakıya satışa göndərildiyidə məlum verilən məlumatlara daxildir. Prezidentin verdiyi sərəncamlardan öz mənafeyi üçün istifadə edən işbazlar özlərini sahibkar kimi təqdim edirlər amma bu əslində belə deyil. ETSN-nin əməkdaşlarıda bunu yaxşı bilir.


Araşdırmamız davam edir.

Redaksiyadan: yazıda adı keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

Baş redaktor: Sakit Muradov















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.