Keçmiş deputat ittiham olunur

4-01-2018, 10:23           
Keçmiş deputat ittiham olunur
Redaksiyamıza Beyləqan rayon sakini Ruhid Əliyev tərəfindən şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş DİA.AZ-a yazır: "Sizə yazaraq bildirirəm ki, Beyləqan rayonundan keçmiş millət vəkili olan Ayaz Orucov vəzifə səlahiyyətindən sui istifadə edərək bizim ailəyə məxsus Beyləqan rayonunun mərkəzində qanuni sənədləri olan 20 sot torpaqımızı qanunsuz olaraq zəbt edərək məcbur əlimizdən almışdır. Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını, mülkünü qanunsuz zəbt edib özününkiləşdirən Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməmişdir".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət etsək də, Ayaz Orucovun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb. Məlumatınız üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ, qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Buna baxmayaraq hələ də Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmamış və cinayət məsuliyyətinə cəlb olunmamışlar. Ümid edirik ki, Ayaz Orucov və onun tərəfdarları törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar.

İmza : Əliyev Ruhid Məhəmməd oğlu
Ünvan : Beyləqan rayonu Əlinəzərli kəndi"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.