Ekologiya nazirliyində növbəti biabırçılıq: Vətəndaşların bağları tarimar edilib, satılır – FOTO/VİDEO

5-01-2018, 11:29           

Fövqəladə və səlahiyyətli səfir Fəxrəddin Qurbanovun bağ evinə qarşı törədilən bu əməlin sahiblərinin Vuqar adlı şəxs olduğu, əslən Şəmkir rayon sakinləri tərəfindən həyata keçirildiyi bildirilir. Redaksiyamıza edilən müraciətlərin ardı arası kəsilmək bilmir. Uzun müddətdir bağ evlərin ziyarət etməyən vətəndaşların bağları tarimar edilir.

Qum biznesmenlərinin törətdiyi bu talançılıq siyasətində ekologiya və polis edarəsinin də bəzi əməkdaşlarının əli olduğu sakinlər tərəfindən qeyd edilməkdədir. Apardığımız araşdırmalardan məlum olub ki, Goradil bağları adlanan Binəqədi rayon ərazisi müalicəvi qumu ilə çox zəngindir. Bir qurup dələduzlar tərəfindən başqa məqsədlər üçün talanan bağ qumunun mənbəyi tam aydın olub. Bu şəxslər bağlardan oğurladıqları qumları tikinti obyektlərinə saatmaq məqsədi ilə taladıqları məlum olub. Sakinlərin bildirdiyinə görə, dəfələrlə Binəqədi Polis idarəsinə etdikləri şikayətlərin polis tərəfindən sükütluqla yola verməsi müşahidə edilib. Daha sonra vətəndaşlar, Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşlarınında məsələdə ələrinin olması diqqətimizi çəkdi.

Sakinlərin bildirdiyinə görə dəfələrlə əraziyə adını bilmədikləri amma Ekologiya və Təbii Sərvələr Nazirliyinin əməkdaşı olduğunu dəqiq bildikləri bir şəxsin ərazini talan edən şəxslərin rəhbəri ilə dəfələrlə görüşüb həm söhbət olduqdan sonra səsizcə ərazini tərk etmələrinin şahidi olublar. Bu şəxslərin susudurulmasında işbazların rüşvət verməsi iddiasıda öz əksin tapmaqdadır. Vətəndaşlar şəxslərin dələduzluq yolu ilə sahibsiz qalan əraziləri talan etməsinin növbəti qurbanlarından biridə elə məhz Fəxrəddin Qurbanov olduğunu vurğulayaraq onun bağ evinin qəzalı hala salınmasını bizlərə göstərdilər. Hadisə yerində olduğumuz zaman fakt olaraq foto və video çəkilişlərində aparmağı unutmadıq.

Hörmətli səfirimizin mülkünə qarşı edilən bu təcavüzün yəqin ki dövlət qurumları və nazirlik tərəfindən mütləq cəzalandırılacağını və bununla bağlı media qurumlarınında məlumatlandırılacağını güman edirik. Hal-hazırda Goradil bağlarında durmadan qum biznesi ilə məşğul olan şəbəkənin talançılıq siyasətinə sahibsiz qalan bağları hədəf seçilib. Bu şəbəkənin vaxtı ilə Bakı və Abşeron yarmadasının ərazisində dəfələrlə bu cür əmələrin sahibi olduqları vurğulanmaqdadır. Hal hazırda əldə etdiyimiz faktlard 4-5 bağ ərazisinin talan edilməsi ilə qarşılaşmışıq və dəqiq ünvanlarını əldə etsəkdə baların kimlərə məxsus olması ilə bağlı tam məlumatlar toplaya bilmədik. Ən çox ziyan vurulan ərazinin məhz F.Qurbanovun mülkünə birləşik olması tam şəkildə aydınlaşdırılmışdır.
Araşdırma davam edir.
Ardı var
Redaksiyadan: Qarşı tərəflərin mövqeyin dinləməyə hazırıq.
Mənbə. Xalq.info

Ekologiya nazirliyində növbəti biabırçılıq: Vətəndaşların bağları tarimar edilib, satılır – FOTO/VİDEO

























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.