AAAF-ın vəkili bu dəfə Elbrus Ərudu tələb etdi: “Bizdən rekalam alanda yaxşıydıq, indi olduq pis?”
12-01-2018, 00:22
Bu gün Yasamal rayon Məhkəməsində, hakim Aytən Mirzazədənin sədirliyi ilə “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun 21 sayta qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Qeyd edək ki, qaldırılan iddianın mahiyyəti ötən ilin sentyabr ayında AAAF rəhbəri Tofiq Heydərov barədə ölkə.az saytında yayılan və sonradan digər saytların da ilkin mənbəyə əsaslanaraq tirajladığı informasiya ilə bağlıdır. İddiaçı tərəf bildirir ki, həmin xəbər doğru deyil və buna görə də, ucdantutma bütün saytlardan dəyən mənəvi zərərə görə – 50 min manat təzminat, eləcə də təkzib verilməsini tələb edir. Azinforum.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, bugünkü prosesdə iddia üzrə əsas cavdeh kimi tanınan ölkə.az saytının heç bir nümayəndəsi və rəhbəri iştirak etməyib. Prosesdə cavadeh kimi tanınan digər saytların rəhbərləri iddianın tələbləri ilə razılaşmadıqlarını bildiriblər.
Onların hər birinin əsas arqumenti bundan ibarət olub ki, məhkəmə çəkişməsinin əsas tərəfləri ölkə.az saytı ilə AAAF şirkəti olmalıdır, çünki bütün saytlar ölkə.az-ın yaydığı məlumatı tirajlayıb, sonra isə şirkətin təkzib mövqeyini təmsil olunduqları KİV-lərdə yerləşdiriblər. Prosesdə çıxış edən AAAF-ın vəkili Səbuhi Axundov bildirib ki, onların tutduğu bu mövqe heç də media ilə müharibə açmağa hesablanmayıb:
“Mən bu zalda olanlara şamil etmirəm, ancaq elə saytlar var ki, onların fəaliyyətinin kökündə AAAF-a qarşı olan qərəz durur. Onların iççində elələri var ki, bizə zəng edib deyillər: “500 manatlıq reklam verməsəniz sizi rusvay edəcəyik” . AAAF-ın bir şirkət olaraq həqiqətən də bəzi KİV-lərlə reklam əməkdaşlığı olub. Başa düşmürəm, şirkətin reklam siyasətində müəyyən dəyişiklik olanda, onu rusvay etmək lazımdır? Artıq ikinci prosesdir ki, mən bizim məhkəməyə verdiyimiz bəzi saytların nümayəndələrini burada görmürəm. Nədir, iştirak edənlərdən artıqdırlar? Bu zalda əyləşən jurnalistlərin əksəriyyətini tanıyıram. Onların arasında çox peşəkar və tanınmış media mənsubları var. Ancaq nədənsə mən burada “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudu görmürəm. Nədir, AAAF-dan reklam alanda biz yaxşıydıq, indi pis olmuşuq? Niyə onun reklamı kəsidən sonra belə dəqiqləşdirməmiş məlumatları verir? Bu səbəbdən də, bizim bütün saytlara münasibətimiz eyni deyil. Taktikamızın mahiyyətində duran əsas məsələ saytları ələkdən keçirmək, kimin bizimlə qərəzli olduğunu aydınlaşdırmaq və məhkəmə çəkişməsinə səbəb olan yazının ilkin mənbəyinin haradan qaynaqlandığını üzə çıxarmaqdır”.
Göründüyü kimi, AAAF-ın vəkilinin çıxışında incə mətləblər nəzərə çarpır. Keçən prosesdə isə vəkil məxsusi olaraq Eynulla Fətullayevi zalda görmək istədiyini bəyan etmişdi. Hətta bir az da sərt formada bildirmişdi ki, Eynulla haqqin.az-dan həmin yazını silsə də, biz ondan əl çəkməyəcəyik. Nəcə deyəllər, dünən Eynullanın , bu gün isə Ərudun adı prosesdə xüsusi vurğu ilə çəkilirsə, deməli məsələnin mahiyyətində bizim də görə bilmədiyimiz bəzi məqamlar ola bilər. Əslində, isə bizim gözümüzdən nəsə yayına da bilməz. Çünki hiss edilir ki, Tofiq Heydərovu əsas qıcıqlandıran məsələ onunla əvvəllər normal münasibətləri olan baş redaktorların birdən-birə AAAF-a arxa çevirmələri olub. Azinforum.az olaraq biz alnı açıq şəkildə qeyd edirik ki, indiyə kimi Tofiq Heydərov və onun rəhbəri olduğu şirkətlə nəinki reklam razılaşmamız olub, heç onun bir stakan belə çayını içməmişik. Bu səbəbdən də, hesab edirik ki, həmin şirkətin bizim əsassız yerə vaxtmızı almağa həm hüquqi, həm də mənəvi haqqı çatmır.
Qeyd edək ki, prosesdə Azinforum.az İnformasiya Portalının təsisçisi Məhəmmədəli Qəribli qaldırılan məhkəmə iddiasına rəsmi etiraz bildirib və geniş məzmunlu etirazını yazılı şəkildə hakimə təqdim edib. Saytımızım təsisçisi prosesdəki çıxışında bildirib ki, təqdim olunan etirazda iddianın əsassız olmasına dair beynəlxalq konvensiyalar və Azərbaycan qanununvericiliyinə əsaslanmaqla dəlillər ortya qoyulub. Nöbvəti məhkəmə prosesi feral ayının 1-nə təyin edilib.
Azinforum.az