Hərbi ekspert haray çəkdi:" İbad Hüseynov məsələsi bir gün bütöv bir dövlət kimi Azərbaycanın adına çox bir xoşagəlməzlik yaradacaq."
12-01-2018, 13:36
teref.az olaraq sizə hərbi ekspert, hərbi jurnalistimizin yazısını rəqdim edirik:
Əziz dostlar! Hörmətli həmkarlar!
Bəzən məcbur qalıb sahəmə aid olmayan məsələlərə də münasibət bildirməyə məcbur oluram. Əslində isə, dövlətdən yüksək məvacib alan MTRŞ adlı bir qurum və onun rəhbəri Nuşirəvan Məhərrəmlı adlı şəxs, Azərbaycan televiziya məkanında baş verən hadisələrə vaxtında müdaxilə etməli və efirlərdə baş verən kazusları, tamaşaçı zövqunu korlayan, xüsusən də gənclərin milli-mənəvi dəyərlərinə xələl gətirən verlişlərin qarşısını almağa borcludurlar.
Bilirəm ki, indi adlarını çəkəcəyim televiziya kanallarında mənə doğma olan, yaxın olan insanlar qeydlərimə görə ola bilsin ki incisinlər. Xasiyyətimi bilən dostlar, həmkarlar bilirlər ki, hətta rəhmətlik atam sağ olanda belə, mən əgər hər hansı nöqsan və ya əyər-əskiklik görsəydim, heç vaxt susmazdım. Çünki bizə tərbiyyəni o kişi vermişdi, təhsil aldığım məktəbdə isə bu sətirləri oxuyan əziz, doğma müəllimlərim mənə aşılamışdılar.Sözümü müxtəlif vaxtlarda kimliyindən və nəçi olmasından asılı olmayaraq hər kəsə, hətta ölkənin birinci şəxsi olmuş mərhum eks-prezident Heydər Əliyevə şəxsən bildirən olmuşam. Və onu da bilirəm ki, həqiqət çox acı olur və buna görə, bəzən adamın başı yersiz ağrıyır, hətta haqsızlığlara da məruz qalırsan.
Amma, insan olan hər kəs hesab edirəm ki, ən azından çalışmalıdır ki, HƏQİQƏTİ vaxtında, olduğu kimi söyləsin və çalışsın ki, cəmiyyətə ziyan verən məsələlərin qarşısını almaqda
yardımçı olsun.
Çox təəssüflər olsun ki, son illər bizim televiziya kanallarımızın əksəriyyəti milli-mənəvi dəyərlərin zənginləşməsinə deyil, əksinə onun sıradan çıxmasına çalışır. Bu da daha çox bu sahəyə cavabdehlik daşıyanların özlərinin təsadüfi adamlar olması ilə bağlı olan bir məsələdir. Bu ayrı söhbətin mövzusudur deyə, bu haqda çox da danışmaq istəmirəm.
Deməli, son vaxtlar efir məkanımıza daxil olan Xəzər televiziyası ədalət naminə deyək ki, çox sürətlə özünə tamaşaçı auditoriyası toplamağı bacarıb. Və onların ərsəyə gətirdikləri verlişlərin bir çoxu müəyyən reytinqlər qazanmış verlişlər sırasına daxil ola bilib. Necə deyərlər, yaxşını yaxşı kimi demək, pisi də qeyd etmək gərəkdir ki, gələcəkdə nöqsanlar və kobud səhvlər təkrarlanmasın.
Yanvarın 11-də, yəni ötən gün, Zaur Kamalın aparıcısı olduğu "5/5" verilişinin qonağı hörmətli xalq artisti Rafiq Hüseynov (Rəmiş) idi. Mənim adını çəkdiyim bənzərsiz sənətkarın özünə, sənətinə və bizə bəxş etdiyi müsiqilərə sonsuz rəğbətim var. Amma, hiss edirəm ki, son vaxtlar Rəmiş (hamımız onu belə qəbul edirik) bir az "korlanıb". Həm ifası artıq o ifa deyil, həm də səhhəti ilə bağlı çox ciddi narahatçılığı var. Allah qorusun və şəfa versin. Amma, onun efirdən bilmədiyi və milyonlarla insana elan etdiyi məsələ şəxsən məni çox əsəbləşdirdi və hesab edirəm ki, bu məsələ nə qədər tez yoluna qoyulsa, bir o qədər Azərbaycan xaqlı və xüsusən də Qarabağ müharibəsi ilə bağlılığı olan insanlar bir az rahatlaşarlar. Hörmətli Rəmiş müəllim birbaşa efirdən elan edir ki, o Qarabağ savaşında çox böyük zəhməti olan qəhrəman qazi yoldaşlarımızdan biri olan İbad Hüseynovla Türkiyədə olub və özünü buna görə çox xoşbaxt sayır və sairə. Vallah, mən dəfələrlə demişəm, yazmışam və bir daha təkrar edirəm ki, İbad Hüseynov məsələsi bir gün bütöv bir dövlət kimi Azərbaycanın adına çox bir xoşagəlməzlik yaradacaq. Burada xırda detallara varmadan onu qeyd edirəm ki, ən azından Xəzər TV-nin tanınmış aparıcılarındna biri olan Zaur Kamal, xüsusən də Rəmiş kimi həyat təcrübəsi olan insan çoxdan bilməliydi ki, İbad Hüseynov heç vaxt Azərbaycanın Milli Qəhrəmanı olmayıb və bizim onu məlumatsız adamlara, ələlxüsus da Türkiyə Respublikasının siyasət və digər sahələrinə aid olan şəxslərinə belə təqdim etməyimiz artıq xoşagəlməz söz-söhbətlərə səbəb olub. İbadın xidmətlərini heç kim danmır. Amma, onun özünü hər yerdə bu cür təqdim etməsi və insanlarda çaşqınlıq yaradır və bir gün o özü-özünü "məhv" edəcək. Qardaşımız bu SƏHV hərəkətlərdən nə qədər tez geriyə addım atsa, bu onun özü üçün xeyirli olar.
İbad Hüseynov yaşda məndən kişikdir və mən dəfələrlə qeyd etmişəm ki, onun adından və özündən bəzi yan-yörəsi öz şəxsi maraqları üçün faydalanmağa cəhdlər edirlər. Və onlar öz məqsədlərinə çatmaq üçün İbadı faktiki qurban verməyə hazırdılar və artıq bu prosesin pis nümunələri ortalıqdadır. İbad bəylə görüşlər təşkil olunur, onu Milli Qəhrəman kimi təqdim edir, bəzən ona hansısa sənədlər, Fəxri Fərmanlar və ya Döş Nişanları verirlər. Çox xahiş edirəm, bizim əlaqədar yetkililərdən. Diqqətli və ehtiyatlı olaq. İmzanıza və verdiyiniz sənədlərə hörmət edin.
Sizin diqqətinizə bir sənədi təqdim etməklə sözümü yekunlaşdırmaq istərdim. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən bir görüşdə, millət vəkili olmuş professor, rektor hörmətli Gülçöhrə xanım Məmmədova İbad Hüseynova 00080 saylı möhürlü Vəsiqəni təqdim etməklə sənəddə heç bir hüquqi əsasi olmayan, əslində saxtakarlıq etməklə İbadı Azərbaycanın Milli Qəhrəmanı kimi göstərib. Bu isə, xırdalasaq, çox böyük hüquqi məsuliyyət yaradan haldır. Ona görə də, kimliyindən asılı olmayaraq, çox istərdim ki, hamı məsuliyyətli və diqqətli olsun. İbad Hüseynova da qardaş məsələhətim bu olardı ki, atalarımız yaxşı bir söz deyiblər:"ziyanın yarısından qayıtmağın, özü bir xeyirdir".
Tanrı Azərbaycanımızı qorusun!
Üzeyir Cəfərov.
Hərbi ekspert.
teref.az