Ceyhun Cəfərovun “qələmi qırılıb”?- sözə baxmayan başçının vəzifədən alınacağı deyilir

25-01-2018, 09:34           

Azərbaycanda bu il bir çox vəzifəli şəxslər postlarını itirəcəklər.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, həmin vəzifəlilər arasında bir neçə icra başçısının da adı var. “Bir neçə icra başçısı haqda Prezident Administrasiyasına çoxlu sayda şikayətlərin olması onların sonlarını gətirməkdədir”, – deyə mənbə bildirir. Həmçinin iddia edir ki, onun əldə etdiyi məlumata görə, bu sırada ilk olaraq adları çəkilən başçılardan biri Kürdəmir rayonunun rəhbəridir. Belə ki, Ceyhun Cəfərovun rayonda yaratdığı bürokratiya, vətəndaşlara, yerli problemlərə laqeydliyi onun vəzifəsini itirməsilə nəticələnə bilər: “Bəzən insanlarda belə təəssürat yaranır ki, Prezident Administrasiyası müraciətlərə, şikayətlərə laqeyd yanaşır. Lakin əslində vəziyyət başqadır. Orada hər bir şikayət araşdırılır, aidiyyatı üzrə problemin aradan qaldırılmasına göstəriş verilir. Hansı icra başçısı o göstərişlərə maksimum əməl edirsə ona təbii olaraq toxunulmur, hansı soyuq yanaşır, onun aqibəti pis olur. Bu il isə seçki ili olduğu üçün bu həssaslıq lap çoxalıb. O baxımdan artıq kluarlarda bir neçə icra başçısının vəzifəsini itirəcəyi deyilir ki, onlardan biri Ceyhun Cəfərovdur. Bu adamın dövründə rayonda mövcud olan problemlər həlli tapmayıb, əkisnə, daha da artıb. Çox vaxt verilən göstərişləri də qulaqardına vurur. Bəlkə də yaxın günlərdə vəzifədən alındığını eşidəcəksiniz”.
Qeyd edək ki, C.Cəfərovla bağlı AFN-ə də çoxlu sayda şikayətlər gəlir. Sahibkarların qanunsuz olaraq rayonda abadlıq işlərinə cəlb olunması, qəbuluna gələn vətəndaşlara qarşı kobud rəftarı, yerli problemlərin həllinə təşəbbüs göstərməməsi və s. kimi mövzularda olan şikayətləri araşdırmaq üçün dəfələrlə rayon İH-lə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, cəhdlərimiz boşa çıxıb. AFN yenə də qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
P.S. C.Cəfərovun rayonda yaratdığı durumu əks etdirən bir neçə yazımızı ümumi mənzərə ilə tanış olmaq üçün təqdim edirik:

Kürdəmirin icra başçısından prezidentə ŞİKAYƏT

Kürdəmirdə "pambıqçı" qəzası- icra başçısından şikayətçidirlər+FOTOLAR

Kürdəmirdə başçı var, hakimiyyət isə sanki yoxdur.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.