"Ağ Ciyər İnstitutunda" rəhbərlik uğrunda mübarizə başlayıb - Məşhur həkimlər işdən uzaqlaşdırılır
27-01-2018, 13:51
“2 ili yaxındır ki, Azərbaycanın bölgələrində həyata keçirilən İcbari tibbi sığorta prosesi Bakıda hələki də tətbiq olunmur. Bakıdakı bir neçə iri dövlət tibb müəssəsinin publik şəxsə çevrilməsinin fəsadlarını görürük. 2 milyondan artıq əhalisi olan payatxtın bir neçə səhiyyə müəssisəsi özlərini özəl tibb müəssisəsi adlandıraraq xidmətlərin pullu olduğunu deyir. Müalicə almaq üçün özünə yer tapmayan xəstələr bizim komissiyaya şikayət edir".
Bu sözləri Cebhe.info-ya açıqlamasında “Azad istehlakcılar İçtimai Birliyi”nin nəzdində yaradılmış "Tibbi müayinə, müalicə, eləcə də profilaktika və bərpa iştirakçılıq hüquqlarının müdafiəsi komissiyası"nın rəhbəri Əhməd Rəhmanov deyib. Onun sözlərinə görə icbari tibbi sığortanın birdəfəlik işlənib hazırlanması və tətbiqinədək müxtəlif avadanlıqlar, binalar və işçiləri olan bir müəssisənin özəl əllərə verilməsi düzgün deyil:
“Unutmayaq ki, bu sərmaye, bu pullar Səhiyyə Nazirliyinin yox, vergi ödəyicisi olan uzun illər bu ölkənin sənayesində , onun keşiyində canını fəda edən insanlarındır. Bu gün dövlətin tibb müəssələrinə son ümüd yeri kimi baxan az təminatlı ailələr, müharibə veteranları və bu kimi şəxslər var. Onları pulsuz tibbi xidmətdən məhrum etmək Azərbaycan konstutisiyasına və insanı haqlarına ziddir. Şikayətçilər bildirir ki, “Ağ ciyər institutunda” müəssisəyə yeni rəhbər kürsüsü uğrunda mübarizə başlayıb. Lakin uzun müddət bu müəssisədə çalışan həkimlər, hətta bir elmlər namizədi buradakı işindən uzaqlaşdırılıb”.