DYP-nin cənub hegemonu – Hikmət Qafarov: oğluna cəza verən rəis, yoxsa?…

30-01-2018, 09:30           
DYP-nin cənub hegemonu – Hikmət Qafarov: oğluna cəza verən rəis, yoxsa?…
Cəlilabad rayonundakı Göytəpə Post Patrul Xidməti respublika Dövlət Yol Polisi İdarəsinin ən “xodavoy” və perstijli “toçka”larından biri yox, bəlkə də birincisidir. Belə ki, Göytəpə postunda özbaşınalıqlarla bağlı cumhuriyyet.az-a daxil olan narazılıqlar bitmək bilmir. Bu şikayətlərdə bildirilir ki, adıçəkilən postda “MƏHARƏT DƏRƏCƏSİ ilə ucalıb, “USTAD” adı alanlar elə Post rəisi cənab Hikmət Qafarovun pul kisəsinə çevriliblər. Beləki, 30-a yaxın işçisi olan postun əməkdaşlarının yarıdan çoxu həmin dərəcədən yararlanırlar. Qeyd edək ki, alınan məvacibdən ələvə 70 manat pul alan bu şəxslər Qafarovun gəlir yeri də hesab edilir. Amma əslində həmin pulu ala bilən polis nəfərləri ali xidmətlərinə və fədakarlıq göstərdiklərinə görə həmin pulu ala bilər. Göytəpə postunda isə nə ali xidmətdən nədəki, fədakar xidmətlərdən danışmağa dəyər. Xidmətdə nümunə olan işçilər var ki, onlarda ya işdən çıxarılıb ya da ki, dəfələrlə töhmət verilib.
Göytəpə DYP Postunun rəisi Hikmət Qafarovun sürücüləri incidərək, onlara müxtəlif bəhanələrlə cərimə yazdıraq və ya pul alaraq bu metodlar hesabına külli miqdarda sərvətə sahibləndiyi deyilir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı Hikmət Qafarova məxsus olan bahalı əmlak aşkarlanıb. Masazır qəsəbəsi, Atatürk prospektində yerləşən həmin villanın dəyəri təqribən 200-250 min manat civarındadır. Qeyd edək ki, bu, post rəisinin yeganə mülki kimi tanınmır. Bəzi iddialara görə, Qafarovun bundan başqa daha bir neçə bahalı evinin olduğu deyilir.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarovla bağlı mediada diqqət çəkən digər bir məqam onun oğlu ilə bağlıdır. Belə ki, cumhuriyyet.az olaraq həmin məlumatı da olduğu kimi diqqətinizə çatdırırıq: “DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov öz oğlunu sərt şəkildə cəzalandırıb. Bu barədə 2017-ci ilin yanvarında Cəlalibad rayonunda əhali ilə keçirilən maarifləndirici görüşdə komandir özü məlumat verib. O bildirib ki, hadisə bir neçə il əvvəl baş verib: «Mən özüm Ekoloji nəzarət üzrə yol patrul xidməti bölüyündə 2004-cü ildən 2010-cu ilədək tağım komandiri işləmişəim. O dövrdə mən özüm öz övladımı bir il müddətinə sürücülük hüququndan mərhum eləmişəm. Mənim xidməti ərazimdə hadisə törətmişdi. Oğlum hadisə törədirsə, mən başqasına qarşı tədbir görürəmsə, öz balama qarşı niyə tədbir görməməliyəm? Hadisə ilə bağlı sənədlər toplanılıb məhkəməyə təqdim edildi. Qarşı tərəfə dəyən maddi ziyan ödənildi. Mənim də xahişim nəzərə alındı və məhkəmə oğlumu bir il müddətinə sürücülük hüququndan məhrum etdi. Hərbi xidmətə gedənə yaxın vəsiqəsini ala bildi.”
Post komandiri Hikmət Qafarovla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar bununla bitmir:
– Dövlət seriya nömrəsi 123 olan NİVA markalı avtomobil niyə axtarışa verilib?
– Cabir Qafarovun Abşeron ərazisində polisə yaxalanmağı və palçıqda qaçış…
– Post komandiri öz övladının avtomobilinin fotosuna harda hars gəlib?
– Bir neçə ay öncə baş vermiş olay necə ört basdır edildi?
Bütün bunlar haqda növbəti yazımızda…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.