Zəngilanlı köçkün ailəsi Mehriban Əliyevadan kömək istəyir- VİDEO

16-02-2018, 09:01           


Bakı şəhəri, Biləcəri qəsəbəsindəki “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə aid idarələrdən birinin yataqxanasının ətrafında məskunlaşan Zəngilandan olan məcburi köçkün ailəsi acınacaqlı həyat şəraitində yaşamalarından şikayətçidir.

Ailənin xanımı Bağırova Aidə Yəhya qızı saytımıza verdiyi eksklüziv açıqlamada düşdükləri acınacaqlı durumla bağlı ölkə rəhbərliyindən kömək istəyib. Məcburi köçkün olan xanım xüsusilə də, bir ana kimi ölkənin Birinci Vitse-ptezidenti Mehriban xanım Əliyevadan onların problemini nəzarətə götürməyi xahiş edib. Şikayətçilər bildirir ki, real yaşayış şəraitindən Zəngilan Rayon İcra Hakimiyyətinin və Qacqınlar Komitəsinin müvafiq qrumlarının da məlumatı var. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, onların probleminə əncam çəkilməyib. Ailənin isə çox istəyi yoxdur, normal şəraitli dörd divar arasında yaşamaqdan başqa. Azinforum.az zəngilanlı ailənin yaşayış şəraitini əks etdirən videoreportajı təqdim edir.

Mövzu ilə bağlı Zəngilan rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onların da fikirlərini dinləmyə hazırıq. Mövzunu diqqətdə saxlayacayıq…(azinform.az)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.