Sabunçu rayonundan gələn fəryad səsi - 150 yaşlı donuz fermasının yataqxanasında yaşayan 16 ailənin bu günkü günü

16-02-2018, 09:31           

Azərbaycan günü-gündən gözəlləşir sözlərini demək olar ki, hər gün eşidirirk. Ancaq bu gözəlləşmə, çiçəklənmə Azərbaycanın vətəndaşlarının həyatını da gözəlləşdirirmi? Niyəsi yerlərdə icra başçısı təyin olunanların günahıdır. 2012-ci ilin aprel ayında Sabunçu rayonuna təyin olunan icra başçısı Adil Vəliyev gəldiyi gündən bu rayonda ancaq biznesini genişləndirmək məqsədilə ən yaxşı yerlərdə market və binalar tikməyə başlayır. İlk olaraq Özünün oturduğu binanı təmir edir, maşını inciməsin, əziyyət çəkməsin deyə keçəcəyi yolları təmir edir. İllərlə Bakıxanovda özlərinə mağaza tikib, sənəd ala bilməyənlərin mağazalarını dağıdaraq onlara təzminat ödəmir. Əvəzində isə özü üçün obyektlər tikir və işsiz qoyduğu insanların ailələrinin taleyini düşünmür. Qanunla hər 5-ci gün icra başçısı vətəndaşları qəbul etməlidir. Lakin Sabunçu rayonunun icra başçısının qəbuluna o adamlar düşür ki, başçını görmək üçün rüşvət verirlər. Bu gün Sabunçu rayonunun gözdən iraq qəsəbədaxili yolları bərbad gündədir. Misal çəkim,- Sabunçu qəsəbəsində 155 saylı məktəbin şagirdləri Qanbay Vəzirov küçəsində yağış yağanda palçıq içində dərsə gəlib çıxırlar. Çəkilən asvalt yollar bir yerə qədər çəkilərək yarısında vəsait çatmadı deyərək dayandırılır. Ancaq Bakıxanov qəsəbəsinin ən gözəl yerində Tamara restoranını sökməyə, yerində hansısa bina ucaltmağa vəsait tapılır.


Sabunçu rayonunun gözdən iraq qəsəbədaxili problemlərindən danışsaq siz də görərsiniz ki, Prezidentin etimad göstərib vəzifəyə təyin etdiyi başçı bu gün yenidənqurma işləri adı altında cibinə xeyir verirsə dövlətin vəsaitini yalnız ora xərcləyir. Bizim atalar sözlərimiz də var. “Bacarana can qurban”. Mənim onun etdiyi haqsızlıqlara haqq qazandırıb, qazandırmamaq kimi iddiam yoxdur.


Mən bu gün Sovet dönəmində donuzçuluq fermasında işləyən adamlara ayrılmış hal-hazırda qəzalı vəziyyətdə olan yataqxanadan danışacam.
Biz bilirik ki, sovet dönəmində İki mərtəbəli binada əvvəllər hamam, ayaqyolu qoymurdular. Bunlar üçün binanın ərazisində sakinlər üçün ümumi yer tikilirdi. Ümumi hamam və ayaqyoludan istifadə etmək istəməyənlər üçün icazə verirdilər ki özləri üçün ayrıca s/u qovşağı tiksinlər. Gəlin baxaq görək bu gün orada yaşayan 16 ailə hansı şəraitdə yaşayır. Şikayətləri nədəndir.
[

Sakinlərin dediyinə görə başçı Adil Vəlievin qəbuluna düşmək istəsələr də onlara başçı ilə görüşməyə icazə vermirlər. Çünki başçının onlara verəcək cavabı yoxdur. Başçı qəzalı vəziyyətdə olan binanın bütün ərazilərini pullu şəxslərə sataraq orada villa ucaltmalarına icazə verib. Hər dəfə hər hansı bir villa ucaldılanda Mənzil kommunal İstismar idarəsindən gəlib camaatın gözündən pərdə asırlar ki, sizin bina sökülür sənədləri hazırlayın. Ancaq bina sakinləri görürlər ki, bina sökülmək əvəzinə böyründə villa ucaldılır.


Beləliklə Bəşir Bünyadov 7 A küçəsində yaşayan 16 ailənin binalarının sökülməsi ümidləri ürəklərində qalıb. Bəlkə də içra başçısı Adil Vəliyev gözləyir ki, bina qəzaya uğrasın, Adamların sayı azalsın, sonra da ölənlərin ailələrinə qəpik-quruş verib özünə yeni bina ucaltsın. Beləliklə Biznesinə az xərclə daha çox gəlir gətirsin. Bəşir Bünyadov küçəsinin sakinlərinin ümidi isə qalıb Allaha.
Tahirə Ağasıyeva



























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.