Su Nəqliyyatında Polis idarəsi Neftçalada qara kürü və balıq bazarı açıb?

17-02-2018, 00:19           

Bildiyimiz kimi Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir.

Bir sözlə Neftçala rayonu balıqçılıqla məşğul olan regionlarımızdan biridir. Amma müxtəlif bəhanələrlə çörəyi dərinliklərdən çıxan balıqçıları rayonun Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar Babayev incidir. Hətta bununla bağlı keçən ilin yanvar ayının əvvəllərində bu narazılıq 500 nəfər etirazçının bu olay bağlı Neftçala-Salyan magistral yolunu bağlanması ilə şahid olunmuşduq.

Balıq ovu ilə məşğul olan adlarının çəkilməsini istəməyən şikayətçilərin bildirdiyinə görə, hər şey qanunla tənzimlənnmiş halda olsada, onların dənizə girmələri üçün 100-150 manatdan başlayan rüşvət alırlar. Dənizə girəcək matorlu qayığın ölçülərinə görə, dəyişən rüşvət insanlarda dövlətə, idarəetməçiliyə inamsızlıq yaradır. Şikayətçilər sonda onu da qeyd ediblər ki, Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov Neftçala rayonunda üsyan çıxarmaq istəyir, çünki rəisin “pul yığan əli” adlandırılan Anara kim aylıq vermirsə həmən adam döyülür, söyülür və həbslə hədələnir.

Misal üçün ötən günlərdə Rəis Azər Cəfərov Qarabucaq kənd sakini Əhmədağadan Kürdə balıq ovladığı üçün 200 manat məbləğində pul tələb edib. Onunla razılaşmayan rayon sakini Əhmədağa adlı vətəndaşı zorla maşına basıb Bakıya şəhərinə yola çıxıblar. Lakin maşını idarə edən Anar Babayev sürət həddini aşaraq maşını çevirib, nəticədə Anar Babayev və Əhmədağa adlı vətəndaş ağır yaralanıb.

Şikayətçilər Neftçala rayonununda Su Nəqliyyat polisinin özbaşınalığının son həddə olduğunu deyib:Rəis Azər Cəfərov o qədər harınlayıb ki, hətta gündüzün günorta çağı adamı qanunsuz həbs edir. Bu qədər harınlaşmış Rəis və onun işçiləri əlindən Neftçala rayon (balıqçılar) sakinləri dolana bilmirlər.Rayonda dənizə gedib bir tikə çörək üçün balıq tutmaq təhlükəli hala çevrilib.Neftçala rayon Su Nəqliyyat polisinin özbaşınalığı elə bir qorxulu həddə çatıb kı, belə getsə harınlaşmış Rəis və işçiləri küçədə gedəni tutub aparmaqdan çəkinməzlər. Həqiqətən də vəziyyət çox çətindir.

Ölkənin polis orqanlarının yüksək vəzifəli əməkdaşının bu cür hərəkətinin, cənab nazir Ramil Usubovun diqqətinə çatacağı şübhə doğurmur.Çünki, biz ondan həmişə ədalətli addımlar görmüşük və yenə də gözləyirik

Xeberdar.net
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.