Şirvanda narkobaronu güllələyən Mərdan Camalovun dayısı oğlunun ilginc dosyesi – Qaçarkən tutuldu
26-02-2018, 00:56
Şirvanda narkobaronu güllələyən icra başçısı Mərdan Camalovun dayısı oğlu Məmmədov Azər Priverdi oğlu tutulub. AzEuroNews.com-un məlumatına görə, rayonda narkobaron kimi tanınan 1966-cı il təvəllüdlü Tağıyev Teyyub Eyyub oğlunu güllələyən şəxsin tutulması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi təyinatlıları Şirvanda əməliyyat keçiriblər. Keçirilən əməliyyat zamanı cinayətkar özünə məxsus avtomobillə rayondan qaçmaq istəyərkən tutulub.
► Killerin dosyesi…
AzEuroNews.com saxlanılan Azər Məmmədovla bağlı ilginc məlumatlar əldə edib. Belə ki, Şirvanın icra başçısı Mərdan Camalovun dayısı oğlu olan A.Məmmədov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olub. Atası Priverdi Məmmədov əvvəllər Şirvandakı yağ zavodunun müdiri olub. Daha sonra Mərdan Camalovla qohumluğu və münasibətlərinin çox yaxşı olması onun sonuncunun qardaşı Yavər Camalovun rəhbərlik etdiyi Müdafiə Sənayesi Nazirliyində işləməsi ilə nəticələnib. Rayondan əldə etdiyimiz məlumata görə, bu Azər Məmmədovun ilk cinayəti deyil. Belə ki, o, əvvəllər kriminal hesablaşmalar fonunda rayonda daş-qum bazarını işlədən və “Çoban” kimi tanınan şəxsi güllələyib. Ağır yaralı halda rayon xəstəxanasına çatıdırlan “Çoban”ın həyatını xilas etmək mümkün olub. Daha sonra o, Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika zavodu” nda işləyən Babək adlı şəxsi ölümcül halda döyüb. 2015-ci ildə “Qazel” sürücüsü Rəsul adlı şəxs də “Hacı Azər” tərəfindən güllələnib.
Şirvanın icra başçısı Mərdan Camalov
Əldə etdiyimiz məlumatda deyilir ki, Azər Məmmədov rayonda obyektlərdən pul tələb edirmiş. Aylıq haqqı çatdırmayan sahibkarlar onu tərəfindən hədələnirmiş.
“Hacı Azər” kimi tanınan Azər Məmmədov Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olmuş Kamran Zeynalovun üstünə silah çəkib. Şirvanın polis rəisi bundan xəbər tutduqdan sonra “Hacı Azər”in silahı alınaraq atası Priverdi Məmmədova təhvil verilib. Kamran Zeyanlov isə, Şamaxıya rəis müavini göndərilib. Azər Məmmədovun icra başçısı Mərdan Camalovla qohumluğu onu hər dəfə dəmir barmaqlıqlar arxasına düşməkdən xilas edib.
► “Hacı Azər” narkobaron Teyyubu niyə güllələyib ?
Narobaronun güllələnməsi ilə bağlı AzEuroNews.com -a məlumat verən rayon sakininin sözlərinə görə, tərəflər “Hacı Azər” və Teyyubdan ibarət olmayıb. Kriminal hesablaşmada “Montekarlo” ləqəbli Vidadi də iştirak edib. Belə ki, o, “Naves” adlı kafenin sahibidir. “Hacı Azər” narkobaron Teyyubla söhbət etmək üçün bu kafedə görüşüblər. Onların görüşünü “Montekarlo Vidadi” təşkil edib.
Tərəflərin mübahisəsi daha sonra kafedən çöldə baş verib. Avtomobilə əyləşən “Hacı Azər” Teyyubun yanından keçərkən ona bir neçə dəfə atəş açıb. Qanlar içində yerdə yıxlan Teyyubu “Montekarlo Vidadi” maşınına qoyaraq xəstəxanaya çatdırıb. Vəziyyəti ağır olan Teyyubu təcili yardım maşını ilə Bakıdakı özəl xəstəxanalardan birinə gətiriblər.