Salyanın icra başçısı vəzifəsindən alına bilər - rayon üzrə hesabatlar bərbaddır

26-02-2018, 16:03           
Salyanın icra başçısı vəzifəsindən alına bilər - rayon üzrə hesabatlar bərbaddır
Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yaxın günlərdə vəzifəsindən uzaqlaşdırıla bilər. Gundeminfo.az-a daxil olan məlumata əsasən icra başçısı ilə bağlı olaraq yuxarı dairələrdə ciddi narazılıqlar var. Məlumata əsasən 2017-ci ildə ən çox şikayət edilən rayonlardan biri kimi Salyan rayonun olması icra başçısı ilə bağlı qərarın verilməsini tezləşdirə bilər.

Təkcə vətəndaşların şikayətləri ilə bağlı deyil, eyni zamanda ötən il üzrə aqrar göstəricilərində də Salyan rayondan pis nəticələrin olması Sevindik Hətamovun işdən alınmasını tezləşdirə bilər. Bundan başqa Salyanda təhsil üzrə göstəricilər, eyni zamanda səhiyyə sahəsindən əhali narazılıqlarının çoxalması vəziyyəti bir qədər də qəlizləşdirib.

İcra başçısı bu günlərdə keçirdiyi toplantıda rayon üzrə sadalanan göstəıricilərin kifayət qədər pis olduğu dilə gətirib. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
gundeminfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru