“Premium Clinic”bırsızlığın son nöqtəsinə vardı - şikayətçinin adından yalan məlumat yaydı

26-02-2018, 19:25           
“Premium Clinic”bırsızlığın son nöqtəsinə vardı -  şikayətçinin adından yalan məlumat yaydı
"Bu ilin fevral ayının 22-də sayıtımızda "Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..."” məqaləsinə "Premium clinic”adan rəsmi cavab verilib.

Klinikadan Unikal.org-a göndərilən rəsmi açıqlamada qeyd edilir:

"22.02.2018 və 23.02.2018-ci il tarixində saytınızda yayımlanan "Premium clinic” də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi” yazısına cavab olaraq bildiririk ki, xəstə Mahmudov Nurlan Tehrab oğlu 26.12.2017-ci il tarixində cərrahi əməliyyat olunub. 27.12.2017-ci il tarixində həkim Elçin Mahmudovun göstərişi ilə normal vəziyyətdə (heç bir şikayəti olmadan) evə buraxılmışdır. Sizin saytınızda yayımlanan məlumatdan sonra biz, xəstənin qardaşı İlkin Mahmudovla əlaqə saxladıq və o bildirdi ki, boğaz əti yerinə, dilçəyi kəsilməyib. Həkimlə aramızda maddi anlaşılmazlıq olmuşdur. Biz həkim Elçin Mahmudovla söhbət etdik, məsələni qaydasına qoyduq. Heç bir şikayət və narazılığımız yoxdur. "Premium clinic” də bizə göstərilən xidmətdən çox razı qaldığını bildirdi”.

Xəstə Mahmudov Nurlan Tehrab oğlunun qardaşı İlkin Mahmudovun məsələyə münasibəti sərt olub:

"Klinikanın sizə göndərdiyi rəsmi açıqlamasında mənim adımdan əməlli-başlı yalan danışılıb. Guya ki, "Premium clinic”asının xidmətlərindən razıyam və əsassız şikayət etmişəm. Onların açıqlamalarının məntiqi belə çıxır. Sadəcə həkimlə birlikdə oturub, bu məsələni müzakirə etmişik. O, mənə bildirib ki, müəyyən məsələlərin xətrinə bu söhbəti bağlayaq. Lazım gəlsə, bunu da açıqlaya bilərəm. Bir sözlə aramızda razlığa gəldik ki, bu məsələnin üstünə getməyək. Amma mənim "Premium clinic”asından razılıq deyilən bir sözüm olmayıb. Onlar adımdan əsassız açıqlama yayıblar. Bir daha bəyan edirəm ki, qardaşım Nurlan Mahmudov həkim Elçin Mahmudovun əməliyyatından sonra dilçəyini itirib və burun damarlarının kəsilməsi nəticəsində 40 gün qanaxmadan əziyət çəkib. Bir sözlə bizə maddi ziyanla bərabər, mənəvi ziyanda dəyib. Mən nə "Premium clinic”ə getməmişəm, nə də hər hansı bir yazılı və ya şifahi şəkildə bu klinikadan razılıq etmişəm”.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.