Deputat İqbal Məmmədovun mənzil qalmaqalı - İDDİA

28-02-2018, 10:21           
Deputat İqbal Məmmədovun mənzil qalmaqalı - İDDİA
"Təzadlar"a Bakı şəhər sakinləri Məmmədov Şakir Fərman oğlu, Əliyev Sərdar Məmməd oğlu və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlunun Azərbaycan Respublikasınınn Prezidenti cənab İlham Əliyevə, Azərbaycan respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Milli Məclisin sədri cənab Oktay Əsədova, ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Baş Prokuror cənab Zakir Qaralova, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayeva ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!
Əvvəlcə dəyərli və onsuz da məhdud olan vaxtmızı alaraq, Sizi narahat etdiyimiz üçün çox üzr istəyirik. Məlumat üçün bildiririk ki, biz hamımız ailəliklə preziden seçkilərində Sizə səs vermişik. Aprelin 11-də keçiriləcək president seçkilərində yenə də məhz Sizə səs verəcəyik. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın kimsəsizlərə, uşaq və qocalar evlərinə, müalicəyə ehtiyacı olanlara, haqqı pozulanlara maddi və mənəvi dəstək olması hər birimizin qəlbini fərəh hissi ilə doldurur. Sizin məmurlarla hər görüşünüzdə vətandaşları incitməməyi, onlara xidmət etməyi tövsiyə etməyiniz, sahibkarlığın inkişafına dəstək verməyiniz bizi daha böyük şövqlə işləməyə ruhlandırır. Amma çox təəssüf ki, yerlərdə bəzi məmurlar Sizin göstərişlərinizin əleyhinə gedərək insanlara problemlər yaradırlar. Elə bu müraciətimizdə də belə məmurları qanunsuz hərəkətlərini diqqətə çatdırmaqdır.
Hörmətli cənab Prezident!
Məlimat üçün bildiririk ki, üç ailənin mənzillərinin, millət vəkili Məmmədov İqbal Nəriman oğlu tərəfindən, Nərimanov rayon Məhkəməsinin hakimlərinin çıxardığı saxta qətnaməsi əsasında əlimizdən alınmasına cəhd etməsi, bizim Sizə müraciət etməyimizi vacib etdi. İndi isə hadisələrin gedişatı barədə Sizə ətraflı məlumat vermək istəyirik. Milli Məclisin deputatı Məmmədov İqbal Nəriman oğlu 2008-ci ilin fevral ayının 8-də “STS” şirkəti ilə 192, 193, 194 saylı müqavilələr imzalayaraq, guya 3, 4 və 5 otaqlı mənzillər almışdır. Öncə onu bildirək ki, qeyd olunan müqavilələr tərtib olunarkən, ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, müqavilədə göstərilən mənzillərin ünvanı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156 ünvanı göstərilmişdir ki, həmin ünvanda “STS” şirkəti heç vaxt yaşayış binaları tikməmişdir. Həmin ünvanda olan binaları “Sahil-D Kompani” MMC tikmişdir ki, onun da “STS” şirkəti ilə heç bir əlaqəsi yoxdur. Müqavilə eyni gündə tərtib olunsa da, nədənsə, imzalar müxtəlifdir və milli valyutamız manat olsa da mənzillərin dəyəri nədənsə ABŞ dollar ilə göstərilmişdir ki, bu da qanunlarımıza ziddir. Həmin ünvanda “Sahil-D Kompani” MMC tərəfindən 4 ədəd 24 mərtəbəli yaşayış binası tikilmiş və mənzillər də satılmışdır. Təxminən 2016-cı ilin iyun-iyul aylarında deputat Məmmədov İqbal Nəriman oğlu bir dəstə insanla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156 ünvana gələrək, 4 saylı binaya daxil olmaq istəmiş, ona izah ediləndə ki, burada ona məxsus mənzil yoxdur. Belə olan surətdə o, binanın giriş qapısını dəmir linglə sındırmağa çalışmış, inzibatçı (komendant) Piriyev Ramazan Əbülfəz oğlunu təhqir edərək, fiziki xəsarət göstərmişdir. O da öz növbəsində DİN-nin “102” xidmətinə zəng edərək, olay yerinə polis əməkdaşlarını çağırmışdır. Mən hadisədən xəbər tutan kimi olay yerinə getdim, İqbal müəllimlə görüşdüm, onu ofisə dəvət edərək onunla söhbət etdim, onun sənədlərinin “Sahil-D Kompani” MMC-yə heç bir aidiyyətinin olmadığını bildirdim. Buna baxmayaraq o, öz ətrafı ilə MMC-nin işçilərini yenə hədələyərək çıxıb getdi.
2017-ci ilin əvvəllərində deputat Məmmədov İqbal yuxarıda qeyd olunan mənzillərin əsl sahiblərinin öz mənzillərindən çıxarılması barədə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçən Məhkəmə iclasında hər iki tərəfin sənədləri diqqətlə araşdırılmış və müvafiq qətnamə çıxarılmışdır. 2(011)-1643/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməilə deputat Məmmədov İqbal Nəriman oğlunun iddiası rədd edilmişdir. Sonra İ.Məmmədov həmin qətnamədən Apellyasiya şikayəti vermiş və nədənsə, həmin şikayəti geri götürərək təzədən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətetmişdir.
Hörmətli cənab Prezident!
Hakimlər Məhkəməyə təqdim olunan sənədləri araşdırmadan, öz peşəsinə yaraşmayan tərzdə, heç bir hüquqi əsası olmayan saxta sənədlərə istinad edərək üç ailənin öz halal mənzillərindən çıxarılması barədə 2(005)-5266/2017 saylı,05 sentyabr 2017-ci il tarixli qətnamə çıxarmışdır. Onu da qeyd etmək istəyirik ki, İqbal Məmmədov öz mövqeyindən sui-istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakimlərin köməkliyi ilə tapdalayaraq bizim mənzillərimizə sahiblənmək istəyir. Bir tərəfdə öz vəzifə börcunu ləyaqətlə yerinə yetirən, Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşan hakim Səlimova Səadət Rəşid qızı, digər tərəfdə isə, öz vəzifə borcunu yerinə yetirməyən, qanunlarımızın tələblərini qulaq ardına vuran, heç bir əsas olmadan, yalan informasiyalara istinad edərək, qətnamə çıxaran hakimlər. Hakimlərin çıxardığı qətnamələrin surətlərini Sizə göndəririk və Sizdən xahiş edirik ki, Millət vəkili Məmmədov İqbal Nəriman oğlunun qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyətı qurumlara göstəriş verəsiniz". \\tezadlar.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.