Daha bir məmur əlillərin yolunu kəsdi – FOTOFAKT
1-03-2018, 10:11
Son zamanlar yüksək çinli məmurlara məxsus avotmobillərin qayda pozması adi hala çevrilib
Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun avtomobilinin “durmaq qadağandır” işarəsi olan yerdə, səkinin fiziki qüsurlu insanlar üçün keçid yerində saxlaması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olmuşdu.
“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, dünən sosial şəbəkələrdə daha bir bahalı avtomobil yol kənarında əlillərin istifadə etdiyi səkidə saxlanılması vətəndaşların gözündən qaçmayıb.
Qeyd olunan maşın nömrəsi isə “90-AA-798” dövlət nömrə nişanlı, ağ rəngli Mersedes “S-class” avtomobilidir.
“Qafqaz Xəbər” qəzetinə daxil olan məlumata görə, 90-AA-798 nömrəli avtomobil “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (əvvəlki adı “Azəravtoyol” ASC) 4 saylı magistiral yollarının istismarı idarəsinin rəisi Şahin İbadova məxsusdur. Həmin maşın Şahin İbadovun ailə maşınıdır.
Həmçinin qeyd olunur ki, nömrə nişanları “10-AA-798” və cüt hərflərlə olan 798 saylı başqa bir çox avtomobillər də Şahin İbadova məxsusdur.