Ağstafa icra başçısı avtoşluq etdi, sürət 200 —”05-AA-001″ – VİDEO - VİDEO
3-03-2018, 13:22
Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.
Bir müddət əvvəl mətbuatda Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yayılmışdı. İcra hakimiyyəti sonradan ölkə.az-a açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı.
Reportyor.tv-nin yaydığı videoya görə, bu dəfə fevralın 28-də, saat 10:25 radələrində çəkilmiş görüntülərdə Ağstafa rayonunun birinci şəxsi, icra başçısı Məhərrəm Quliyevin “05-AA-001” dövlət nömrə nişanlı xidməti avtomobili ilə qanunən saatda 110 km/saat sürət həddi olan yolda 180-200-lə hərəkət etdiyi əksini tapıb.