Nazirlikdə qalmaqal: Əbülfəs Qarayev fəxri ad biznesi qurub? - Sensasiya...

31-05-2018, 07:08           
Nazirlikdə qalmaqal: Əbülfəs Qarayev fəxri ad biznesi qurub? - Sensasiya...
Prezidentin bir qrup mədəniyyət və incəsənət xadiminə fəxri adlar verməsi müzakirələrə səbəb olub
Adlarını bu siyahıda görməyən bəzi sənətçilər mediada öz narazılıqlarını ifadə edirlər.
Onlardan biri də müğənni Nadir Qafarzadədir. O, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi ittiham edib. Nadir nazirliyin üstünə gedərək onları günahkar çıxarıb.

Hətta o, bu çıxışına görə, həbs edilmək ehtimalının da olduğunu deyib: “Mən nə demişəm ki, qorxum olsun. Dövlət çevrlişinə çağırış etməmişəm ki? Demişəm bu adı haqq edirəm və mənə verilməli idi.

Azərbaycan demokratik dövlətdir və söz azadlığı hüququmdan istifadə etmişəm. Bu sözümün də üstündə dururam ki, mən və bir sıra sənətçilərimiz başda olmaqla haqsızlıqla üzləşmişik.

Ancaq elə başa düşünülməsin ki, bu haqsızlığı bizə cənab prezident edib. Yox, bunu qəti ağlıma gətirmirəm”.

N.Qafarzadə hesab edir ki, baş verənlərin günahı və məsuliyyəti bu təqdimatı cənab prezidentin qarşısına qoyanlar daşıyır: “Prezidentin işi çoxdur, ölkənin siyasi-iqtisadi məsələləri onun üçün prioritetdir.

Qarşısına qoyulan siyahıdakı adamları bir-bir təftiş edəsi deyil. Ona görə, burada günah Mədəniyyət və Turizm Nazirliyinindir”.
Ümumiyyətlə, Akif İslamzadə, Flora Kərimova kimi sənətkarlar fəxri adlardan məhrum ediliblər, yəni bu ad onlara verilməyib.
Amma Murad Dadaşov, Könül Kərimova kimo şou adamları fəxri adlar alırlar. Bu da cəmiyyətdə birmənalı qarşılanmır.

Təbii ki, siyahının hazırlanmasında nazirliyin məsuliyyəti az deyil. Nazir Əbülfəs Qarayev prezidentə siyahı təqdim edərəkən cəmiyyətin, ictimai rəyin mövqeyini nəzərə almalıdır.

Prezidentin o qədər vaxtı yoxdur ki, hər bir məsələyə detallı diqqət ayırsın.

Xalq Manaf Ağayevi də sevir və dinləyir, balaca Üzeyirə böyük Üzeyirdən daha çox qulaq asır. Nə etməli? Misal üçün, Türkiyədə dövlət sənətçiləri var, ancaq onların təyinatı tamamilə aydındır.

Bizdə Cahangir Cahangirov da xalq artistidir, Səməd Səmədov da. Hansı prinsiplə? Yüksək sənət – Səməd yoxdur burda, kütləvilik – Cahangir müəllim yoxdur burda. Xalq sevgisi – o zaman Qədir Qızılsəsin nəyi əskikdi?

FİA.Az-ın media üzərindən məlumatına görə, bir neçə il qabaq nazirliyin fəxri adlar məsələsində haqq aldığı iddiaları vardı.
Musavat.com 2013-cü ildə yazmışdı ki, (http://musavat.com/news/olke/vezifeli-memurlari-velveleye-salan-fexri-ad-qalmaqali_169356.html ) adları ixtisara salınan müğənnilər Prezident Administrasiyasına göndərilən siyahının sifarişlə, rüşvətlə hazırlandığını, ayrı-seçkilik edildiyini, Mədəniyyət Və Turizm Nazirliyinin hər zaman tapşırıqla yüksək vəzifəli şəxslərlə əlaqələri olan xanım müğənniləri irəli çəkdiyini, kişi müğənnilərdən isə bunun üçün haqq alındığını, fəxri adların əksər xanım müğənnilərə sənətlərinə görə yox, kimlərinsə xoşlarına gəldiklərinə görə verildiyini yazıblar.

Eləcə də kişi müğənnilərin fəxri ad almaq, dövlət tədbirlərində oxumaq üçün Mədəniyyət və Turizm Nazirliyində məsul şəxslərdən kimlərə nə qədər rüşvət verdikləri hazırlanmış məktubda öz əksini tapıb.

Məktubda qeyd olunub ki, faktiki olaraq prezident tərəfindən mükafat kimi təqdim olunan fəxri adlar bir sıra məmurlar üçün alver mənbəyinə çevrilib, bir çox yüksək vəzifəlilər isə bəzi xanım müğənnilərin “saqqızını” belə ad hədiyyələri ilə oğurlayırlar.

Müğənnilərə növbəti dəfə fəxri adların verilməsi ərəfəsində belə bir məsələnin ortaya çıxması ciddi qalmaqlara yol açıb və müğənnilərin ad savaşına istər-istəməz onlarla əlaqəsi olan və adları sözügedən məktubda yazılan məmurlar da qarışıblar.
fia.az
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.