İmişli rayonunda kənd təsərrüfatının inkişafına badalaq...?

13-06-2018, 21:37           
İmişli rayonunda kənd təsərrüfatının inkişafına badalaq...?
İmişli rayonun Qaragüvəndikli kəndinin Boztəpə Sudan İstifadə edənlər Birliyinin sədri Əhliman Məmmədov suvarma suyunu şor kanala axıtmaqla kanalın suyunu “şirinləşdirmək” istədiyi bildirilirdi.

İqtisadiyyatın inkişafının mühüm sahəsi olan kənd təsərrüfatı qeyri-neft sektorunun tərkib hissəsi kimi vacib əhəmiyyət kəsb edir. 2001-ci ildə ölkə rəhbərinin sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir .Kənd təsərrüfatının müxtəlif sahələrində fəallığın artırılması üçün stimullaşdırma həyata keçrilməlidir ki, bu sahədə məşğul olan fərdi təsərrüfat sübyektləri, kəndli fermer təsərrüfatlarının səmərəli işləməsinin, eləcədə ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında, ərzaq təhlükəsizliyinin təminatlı olmasında böyük rol oynasın.

Bu gün üzümçülüyün, pambıqçılığın, tütün plantasiyalarının salınması, iri və xırda buynuzlu heyvandarlığın, balıqçılığın dəstəklənməsi, əlbətdə gələcəkdə öz səmərəli nəticələrini verəcək. Azərbaycan dövləti aqrar sahədə qanunvericilik bazasını təkmilləşdirməklə, daha mütərəqqi iqtisadi hüquqi baza yaratmaqla aqrar sahənin tərəqqisini hədəfdə saxlayır. Çünki davamlı iqtisadi inkişafa gedən yol ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir. Dünyada baş verən dəyişkənli mühit və geosiyasi gedişatı güclü dövlətlərlə yanaşı, doğru iqtisadi siyasət yürüdən və ərzaq təhlükəsizliyini hədəfdə saxlayan ölkələr üçün də elə də təsir göstərməməsi ilə yanaşı inkişafınıda ləngitmir.

Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır. Aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Kənd təsərrüfatında çalışan əhalı üçün mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması dövlətin başlıca məqsədlərindəndir.

Aqroservislər yaratmaqla əhalinin müxtəlif növ kənd təsərrüfatı texnikasına olan tələbatın ödənilməsi ilə, eləcə də bu sahə üçün önəmli olan, məhsuldarlığın artmasında müstəsna rol oynayan gübrələrin qiymətində daha çox güzəştə getməklə, heyvandarlıq sahəsinin inkişafı üçün damazlıq və daha məhsuldar heyvan cinslərinin ölkəmizə gətirilməsi hevandarlıq ilə məşğul olan təsərrüfat subyektlərinin böyük marağına səbəb olur. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş qanunlar və Azərbaycan Prezidenti tərəfindən verilən fərman və sərəncamlarının əsas məqsədi kənd təsərrüfatının inkişafını sürətləndirmək və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəməkdən ibarət olsa da, çox təəssüflər olsun ki, bəzi məmurlar öz yarıtmaz işləri ilə, bu dinamik proseslərə sanki, məqsədli şəkildə sünii əngəllər törədirlər.

24 may 2018-ci il tarixdə suvarna kanalında baş verən uçqun nəticəsində əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş suvarma suyunun şor kanal kollektoruna axması nəticəsində dövlət büdcəsinə və əhaliyə dəyən maddi və mənəvi ziyan əlaqədar qurumları narahat etməməsinin nəticəsidir ki, baş vermiş qəzanın nəticələri bu gün də aradan qaldırılmayıb.

İmişli rayonun Qaragüvəndikli-Xalac kəndləri arasında suvarma kanalında baş vermiş ucqun İmişli rayonun Qaragüvəndikli kəndinin
Boztəpə Sudan İstifadə edənlər Birliyinin sədri Əhliman Məmmədovu heç narahat etmir. “BakuNews.Az” redaksiyasının apardığı araşdırmalar nəticəsində o da məlum olmuşdur ki, həmin “ucqun” sözügedən ərazidə tez-tez baş verir.

Su həyatdır deyimini yenidən xatırladıb nə isə kəşf etmək fikirindən uzağıq. Ancaq bu bir həqiqətdir ki, su həqiqətən də həyatdır. İstər sənayedə istərsə də kənd təsərrüfatında suyun rolu danılmazdır.

SİB-nin sədri Əhliman Məmmədovun suvarma suyunun şor kanala axıtmasının məqsədi nədir?

Yuxarıda qeyd etdiyimiz kimi dövlət büdcəsinin neftdən asıllığını azaltmaq, qida təhlükəsizliyi baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

İmişli rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov və İmişli rayonun Qaragüvəndikli-Xalac kəndləri arasında suvarma kanalında baş vermiş ucqun İmişli rayonun Qaragüvəndikli kəndinin Boztəpə Sudan İstifadə edənlər Birliyinin sədri Əhliman Məmmədovdan soruşmaq istərdik ki, “Strateji Yol Xəritəsindən” xəbəriniz varmı? Əgər xəbəriniz varsa əkin-biçinin qızğın vaxtında suvarma suyunun şör kanala axıdılmasına göz yummaqda məqsədiniz nədir?

Əlaqədar qurumlar yəqin ki, tabeli işçiləri kimi bu hala göz yummayacaqlar.
Araşdırmamız davam edir.
BakuNews.Az
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.