“Gədəbəy işi” nə maliyyə naziri və Bayramov qardaşlarının da adı qarışdı

18-06-2018, 09:23           

Bu ilin iyun ayının 1-də tutduğu vəzifədən azad edilərək dindirilmək üçün Bakı şəhərinə gətirilən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun ətrafında baş verən proseslər getdikcə daha geniş bir dairəni əhatə etməkdədir. Belə ki , bir qədər əvvəl mətbuatda gedən yazılarda iddia edilirdi ki, Yediyarovun həbs edilmiş keçmiş icra başçısı , AXCP-nin üzvü Saleh Rüstəmovdan 100 min dollar rüşvət alaraq, ona rayonun mərkəzində H. Əliyev prospektində, Heydər parkının yaxınlığında “PARK MARKET” adlı ticarət mərkəzi açmasına şərait yaratması haqqında məlumat getmişdi. Həmin məlumatda deyilirdi ki, həmin pulun alınması üçün vasitəçiliyi rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov edib, bu barədə həm Ramiz Yediyarov, həm də Saleh Rüstəmov istintaqa təsdiqedici ifadə verib. O zaman Namiq Məmmədovun səlahiyyət dairəsinə aid olmayan bu fəaəliyyəti haqqında məlumat bizi çox təəcübləndirmişdi.
“Gədəbəy işi” nə maliyyə naziri və Bayramov qardaşlarının da adı qarışdı
Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Ramiz Yediyarov
Ona görə ki, indiyədək ölkənin heç bir rayonunda Maliyyə İdarəsinin rəisinin adı bu cür məsələlərdə hallanmayıb. Bu günlərdə bu məsələ ilə bağlı Gədəbəy rayonundan aldığımız çoxsaylı məlumatlar təəcübümüzü heyrətə çevirdi. Verilən məlumatlarda rayon sakinləri bildirir ki, Namiq Məmmədov nəinki büdcənin talanması və əmlak məsələləri , eyni zamanda bütün sahələrdə Yediyarovun birinci dərəcəli əlaltısı olub. Pay torpaqlarında qanunsuz tikililər, kadr məsələləri, sahibkarlardan, idarə müəssisə rəhbərlərindən birdəfəlik , aylıq və illik rüşvətlərin yığılması, Hesablama Palatasının, Maliyyə nazirliyinin təftişlərini “yola salmaq” üçün toplanan xəraclar, Yediyarovun şərik olduğu sahibkarlarla hesablaşmalar, bir sözlə bütün pul gətirən və insanları dövlətdən narazı sala biləcək məsələlər Namiq Məmmədov tərəfindən həyata keçirilib.Təsadüfi deyil ki, bu cür qeyri-rəsmi səlahiyyətlərə sahiblənməsi N. Məmmədovu fantastik ölçüdə var-dövlət sahibinə çevirib . Dərin savada və yüksək təhsilə malik olmayan bu şəxs saysız hesabsız bahalı avtomobillər, mülklər və mənzillər əldə edib. Rayonda bütün vəzifələrə Namiq Məmmədovun qohumları və yaxınları yerləşdirilib. İcra başçısı faktiki olaraq N. Məmmədov tərəfindən idarə olunub. Bəs N.Məmmədovun bu səviyyədə ixtiyar sahibi olmasının səbəbi nədir? Sakinlərin dediyinə görə N. Məmmədovun Maliyyə Naziri S. Şərifovdan və birinci müavini Azər Bayramovdan çox güclü dəstəyi var. Bayramovun sayəsində bu rayona ayrılan qeyri əmək haqqı xərcləri başqa rayonlara ayrılandan qat-qat çoxdur. Əslən Gədəbəydən olan Bayramov bu vəsaitlərin N. Məmmədov tərəfindən talanmasına açıq-aşkar göz yumur. Əlində bu cür güclü təzyiq vasitəsi olan N. Məmmədov isə bu yolla icra başçsını təsiri altında saxlaya bilir. N. Məmmədov Maliyyə Nazirliyinə o dərəcədə nüfuz edə bilib ki, hətta öz yaxınlarını belə nazirlikdə müəyyən vəzifələrə yerləşdirməyi bacarıb. Hazırda onun qızının və qaynının bu nazirlikdə işlədiyi məlumdur.

Maliyyə naziri Samir Şərifov
Məmmədov bu üstünlüklərindən dövlət mənafeyinə istifadə etsə yenə dərd yarı idi. Amma təəsüf ki, bu adamın dövlətə və mövcud hakimiyyətə münasibəti də fəaliyyəti kimi neqativdir. Belə ki,onun vasitəsilə rayonda fəaliyyət göstərən,ikin vəsait mənbəyi şübhəli olan xeyli sayda iş adamları var. Həmin iş adamlarının hər hansı arzuolumayan situasiyada dövlət mənafeyində dayanması da sual altındadır. Bütün bu söylənilən neqativ hallar Samir Şərifova , Azər Bayramova indiyədək məlum olub, lakin buna baxmayaraq nəinki bu şəxslər, hətta yeni təyin edilmiş təhsil naziri C. Bayramov belə N. Məmmədovla isti münasibət saxlayır.

Hazırda rayonda N. Məmmədovun icra başçısından asılı olan işləri aşırmaq üçün pul alıb amma, işini düzəltmədiyi və pulunu qaytarmadığı xeyli sayda narazı vətəndaş var. Onların şıkayətinin qarşısını almaq üçün N. Məmmədov və ətrafı tez-tez rayonda şaiyə yayırlar ki, guya N. Məmmədov artıq icra başçısı təyin edilib və bu barədə prezident sərəncamı yaxınlarda elan olunacaq. Hətta bu adamlar o qədər həyasızlaşıblar ki, başçı təyin edilmək üçün müəyyən vəsait ödədiklərini deməkdən belə çəkinmirlər. Məqsədləri isə aydındır. Yeni başçı təyin edilənədək şikayət olmasın , yeni başçı gələndə isə nə yolla olur olsun onun etibarını qazansınlar, başcının köməyi ilə bu şikayətçiləri şantaj və təhdidlə susdursunlar. Sakinlərin yeni təyin ediləcək başçıdan xahişləri odur ki, ilk növbədə N. Məmmədovu rayondan kənarlaşdırsın və özü də Yediyarovun taleyini yaşamaq istəmirsə N. Məmmədovun komandasının cinayətkar üzvlərini vəzifələrindən azad etsin.
AzEuroNews.com
teref.az olaraq yazıda adları gedən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.