Fuad Muradovun təşilatı Avropa İttifaqından aldığı 640 000 avroluq qrantı hara xərcləyib...

19-06-2018, 00:57           
Fuad Muradovun təşilatı Avropa İttifaqından aldığı 640 000 avroluq qrantı hara xərcləyib...
teref.az yazır ki, Avropa İttifaqının Bakı ofisi bir məlumat kitabçası çıxarıb və orada Aİ-nın ölkəmizdə vətəndaş cəmiyyətinə 2007-2016-cü illər arasında etdiyi yardımları göstərib.
Bu həcmcə balaca lakin içindəki məlumatlara görə çox böyük kitabça qalmaqal yaradıb!
Kitabça haqda politoloq və siyasi analitik Fərhad Mehdiyev öz feysbuk səhifəsində məlıumat verib.
Fərhad bəy yazır ki, çox şübhəli təşkilatlara və efektivliyi mübahisəli proektlərə xeyli pul ayırıblar.
1. Məsələn ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyinə nə çox nə az, 1.137.189 Euro pul ayrılıb, bunlar da milliondan çox pulu 2 il ərzində sadəcə təlim, seminar və şəbəkələşməyə xərcləyiblər ki, 2016-cı ildə bitmiş bu proektin heç bir şəbəkələşməsi qalmadığı kimi, İctimai Birlik özü hal - hazırda heç bir proekt də həyata keçirmir. Belə birlik, bu qədər pula belə proekt olar?
2. TN bağlı olan Təhsildə İnnovasiyalar Mərkəzinə 640.000 Euro ayrılıb ki bunun VC ilə heç bir əlaqəsi yoxdur.
3. Ümidli Gələcək Gənclər Təşkilatına (diasporla iş üzrə dövlət komitəsi sədri Fuad Muradovun qurumudur) 640.000 euro "çatdılırıb", pullar xərclənib, bu proektin bu günə olan təsiri bir neçə sıfırdan ibarətdir. Deməli bu təşkilar bu 640.000 euronu o qədər səmərəli xərcləyib ki, onların bu gün işləyən bir veb saytı belə yoxdur.
4. Yenə bu ümidli Gələcək Təşkilatına Azərbaycan Hüquqşünaslar Konfederasiyasl ilə bir yerdə 2013-2016 illər üçün 300.000 euro grant verilib. Güya bu pulla onlar, 14-17 yaş arasında olan və polislə üzləşən uşaqların pis rəftara məruz qalmasını qarşısını almaq üçün tədbirlər həyata keçirib.
5. Kakoy-to Tomris Qadınlar Təşkilatına (google bu qurum haqda heç nə bilmir), işgəncə və pis rəftarın qarşısını almaq üçün 166.666 euro pul ayrılıb. Yəni gedin kef edin.
Nəticə: məhz Avropa ittifaqının, elə Avropa Şurasının da qızıl səyləri nəticəsində ölkəmizdə vətəndaş cəmiyyətinin və demokratik islahatlar analogiyasız bir "inkişafa" məruz qalıb.
teref.az olaraq adları çəkilən təşkilatların münasibətini dərc etməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.