Batin fəlsəfəsi: Azərbaycanın xilası Haqqa qayıtmaqdadır
24-07-2020, 17:11
Bu günlərdə, Tovuzdakı erməni hücumları ilə bağlı həmvətənlilərimizin xaricdə keçirdiyi dinc aksiyalarına ermənilərin hücumu bizləri çox məyus etdi. Bu kadrlara əsəbləşmədən baxmaq mümkün deyildir. Torpaqlarımızı zəbt etmiş düşmənlərimiz bu gün də bizi bütün dünyada alçaldır, milli mənliyimizi ayaq altına atırlar. Biz isə dözürük.
Bəs necə oldu ki, dünyanın ən qədim, ən müqəddəs, ən qüdrətli xalqı bu səviyyəyə düşdü? Min illər Azəri pir-bəgləri bütün ölkələrin şahları və müqəddəsləri olmuş və adi insanlar onların əlini öpüb, onlardan bütün problemlərinə, dərdlərinə kömək, şəfa diləmişlər. Bəs bu gün niyə insanlarımız o qüdrətini itirmişlər? Onları qüdrətli edən nə idi və niyə bu gün o qüdrət yoxdur?
Qədim İran mənbələrinə görə ariləri, yəni ər-ərənləri qüdrətli edən onların "Raman dünyası" olmuşdur ki, bu dünyanın hesabına firon-bəglər (Farnbaq) İlahi qüdrətə sahib olmuş, onun hesabına ölkələri xoşbəxt yaşamışlar. "Raman dünyası" dedikdə, mənbələrdə İlahi oddan yaradılmış Ra-Əman/Rəhman Allahın göydəki ruhlar "dünyası" nəzərdə tutulur ki, bu "dünyanı" pir-bəglər Tərikə yolu vasitəsi ilə, yəni Süleyman peyğəmbərin "quş dili" sayəsində göydən İlahi od gətirməklə yaratmışdılar. Bəglik məqamında gətirilmiş İlahi Azər-Farnbaq odunun hesabına Azərbaycan Atabəglər nəsli 5000 il bütün dünyaya şahlıq etmişlər və bu haqda biz kitab və məqalələrimizdə çox yazmışıq. Azəri pir-bəglərini Rəhman Allah Özünə qulluq üçün seçdiyi üçün Tövrat onları levit Aron nəsli, yəni əhli-beyt-beyt-beyt ərənləri adlandırmışlar. Şiələrin Hü-ərənlər, yəni İlahi-ərənlər adlandırdıqları bu xalq nə dərəcədə günahlar işlətdi ki, Allah onları göydə yerə vurdu və mənlikləri ayaq altda qaldı? Bu sualın cavabı kimi ilk olaraq onu qeyd etmək lazımdır ki, insanlarımız, onları üstün edən ağıl qüvvəsini, heyvani qüvvə olan qəzəb qüvvəsinə, onun üstün olma, paxıllıq xüsusiyyətlərinə dəyişdilər. Azəriləri üstün edən İlahi Batin elmini gördükdə belə, ziyalılarımız, bu elmdən xalqımızın xeyrinə istifadə etmək əvəzinə, özlərini "korluğa", "lalığa", "karlığa vurdular və bundan xəbəri olmayan kimi aparmağa başladılar. Təsəvvür edin, ölkənin 30-40 ziyalısından başqa bütün düşünmə qabiliyyəti olan insanları, həqiqəti anladığı halda, özlərini bilməməzliyə vururlar. Bunu bir-iki alim etsə yenə də başa düşülən olardı. Lakin ölkənin bütün ziyalılarının, jurnalistdən tutmuş ən yüksək vəzifəli məmurlarının özlərini "kar-kor-lal"lığa vurması, Allahın Öz seçilmişlərinə verdiyi müqəddəs elminə sayğıdızlıqdır ki, bu da elə Allaha sayğısızlıqdır. Allah isə Real Varlıqdır və Azərbaycan Atabəglərinin əcdadı olan Bəkdüz Əmanın ölümsüzlük qazanmış ruhudur. O hər şeyi görür, bilir və "kar-kor-lal"ların haq yoluna gəlməsini gözləyir.
Yazdıqlarımıza nəticə kimi bildirirəm ki, Batin elminə görə, nə qədər ki, Azərbaycan Haq yoluna qayıtmayıb, Allah bu xalqı xilas etməyəcək.
Firudin Gilar Bəg