40 günün ŞƏHIDLƏRINƏ...

22-08-2020, 10:11           
40 günün ŞƏHIDLƏRINƏ...
Bir şəhidin qadını: Onun sevməyən adam vardımı, bilmirəm...

Bir şəhidin atası: Arxayın get, bala, üzünü görmədiyin balanı böyüdənəcəm də, yaşayacam da …

Bir şəhidin anası: O yox ki, mən öldüm...

Bir şəhidin bacısı: Ay Allah əlsiz gəlsin, ayaqsız gəlsin, amma nəfəsi gəlsin...Mən ona qul olum, kürətimdə daşıyım ölüncə...

Bir şəhidin balası: Təxribata yol verməyin, bu bizə lazım deyil...

***

...Helikopter pərlərinin sürətli hərəkəti...

Tibbi yardım maşınları...
Yaylım atəşləri...
Atışma səsləri...
Yaralı iniltiləri...
Yardıma tələsən həkimlərin panikası...
E vlərə göndərilən cənazələr...
Ağılar, bayatılar...
Sosial şəbəkələrdəki “soyuq müharibə ”...
Içimizdə olan ermənilərin sevinci...
Kimlərinsə içimizdəki nökərlərinin sevinci...
Öz generalını ələ salan, əsgərinə rişğənd edən yaramazlar...
Üzü cəbhə bölgəsinə yollanan maşın-maşın çılğın, emosional Azərbaycan gənci...
Əsgərə sipər olsun deyə maşın-maşın təkər daşıyanlar...
İP dərdi çəkən tanışlar...
Dərdə şərik olmaq üçün neçə yerə bölünməyə hazır insanlar...
Bir yandan da pandemiya, xəstəlik...
Təxribatlar...
Üsyana çevrilməsi an məsələsi olan Qarabağ mitinqi...

Nəhayət ən dəhşətlisi, içimdə özümə bəslədiyim səssiz, amma böyük bir nifrət...

Mən evdəyəm!

Mən naharda yemək sifarişi verə bilirəm!

Mən vəziyyətə görə danışa, gülə, ağlaya, yəni həyatla oynaya bilirəm!

Mən ölənin yiyəsinə “Allah rəhmət eləsin” deyirəm!

Bir sözlə, zaman öldürən, heç nə qazandırmayan işlərlə məşğulam!

Bir əsgərə bircə patronu uzadacaq əl olmuram…

Birinin yarasını sarıyacaq qədər yararlı bilinib, ehtiyatdan hospitala, hərbi tibb bacısə kimi çağırılmıram...

Əli silahlı bir əsgərin alnının tərini lap belə əlimin dalıyla da olsa, silmək imkanından məhrumam…

Mən erməniyə bircə güllə atacaq qədər irəlidə deyiləm…

Mən bir gərəkli zabitn, əsgərin qarşısında sipər olmaq istəyimi reallaşdıra bilmirəm…

Mən, mən, mən sadəcə yararsız olmağımın dəhşətini yaşayıram…

Sadəcə oxumaq, yazmaq, susmaq və gözləməklə məşğulam...

Məsələn, oxuyuram ki, Tovuzda döyüş gedir. Evlər dağıdılır. Zabit şəhid olur, əsgərlər ölür…

Qurumağa mat-qut da qalmır eyy, Azərbaycan, sənə elə şərəfsiz oyun qurublar, MƏMLƏKƏTIM!

Tovuzunda Qarabağ-Qarabağ oynayırlar. Generalını şəhid edirlər. Dığalar da bunu qeyd edir. TÜRK generalı öldürüb deyə, bir dığaya da milli qəhrəman adı verirlər.

Uzdənirağın biri də burda, Bakıda, Allah bilir nəyin təsirindən “əsgər ölmək üçündür, cəhənnəmə ölsün ” də deyir.

Daha ciddi mətləblər var. Qarabağ var, onun bəlkə bir, ya bir neçə rayonuna dönə bilmək ehtimalı var. Və bu ehtimal üçün belə, can verən oğullar var.

Bəli, vəhşilər balalarımızı əlimizdən alırlar. Eşidirsğnmi türkə, Azərbaycana çatanda qulağı kar, gözü kor, dili lal olan DÜNYA?
O Azəebaycanın ki, sinəsindən sənin malların daşınır, bölgəsində maraqların, özündə investisiyaların var! Eşitməzsən, dinin dinimdən deyil, qaın qanımdan, canın canımdan. Sən elə məni, bizi işğal eləməyi düşünərsən. Illərdir əkdiyin toxumun erməni kolunda yetişmiş meyvələrini yemirsənmi ay üfunət?!.

Amma qanları yerdə qalmır o qırdırdığın balaların. Sadəcə bu qisası alacaq kişilərin kürəyinə dayaq olmağa gücü çatmır deyəsən.

Heç nə bacarmasaq da, sadəcə dayaq olaq. Lap ölsək də, dayaq olaq. Çünki bizə görə şəhidliyi sevə-sevə qəbullanan oğulları var Azərbaycanın. Şəhid qanı axan torpaq işğala verilməz. Nə iç, nə dış düşmən onu bizdən ala bilməz.

O adamlar şəhid olurlar ki, canları, qanları torpağa qarışsın. Torpaq olurlar ki, ayağımızı basmağa yerimiz olsun, yer ayaqlar altından qaçmasın, yeriyək, gəzək, yaşayaq. Bu millət, bu ölkə, bu vətən olsun deyə, gedənlərdir onlar. Amma lütfən bütün bunların fonunda kimsə qarşısında bir stəkan pürrəngi çay, ya da bəlkə pivədən zaddam qoyub, ağzını da Allahın deyə bilmərəm, amma nəyinsə yoluna qoyub, danışmasın. Deməsin ki, boşu-boşuma mübarizədəyik...

Bəlkə də deyən olacaq ki, bəs sən bu yazını yazanda neyləyirdin? And olsun Allaha, bir mahnıya qulaq asırdım. Çöldə külək uğuldayırdı. Evimin divarları titrəyirdi bu vahimədən. Bir dostun sözünü xatırladım, orda, Tovuzda döyüşləri müşahidə edən birinin sözlərini xatırlayıram: orda elə silahlar var ki, sənə çathaçatda vurulduğunu bilirsən, arı vızıldayır elə bil. Burnumdan qan iyi, qulağımdan o vızıltı, gözümün önündən o ah-vay, dağıntı mənzərələri çəkilmir.

Heç bərkdən danışa da bilmirəm, qəhərdən boğuluram. Axı Tovuz hara, Qarabağ hara?!

***

Ən uzaqdan bir səs gəlir. Mən o gələcəyə baxanda üşənirəm. Polad generalın atasıyla olan olayını lətifə kimi danışır, ayağını döyüşdə itirən bir general yaralı əsgərlərinə:

-Atam deyir ərköyün uşaq idim. Kompot içmirdim. Heç hərbi rütbələrdən də başım çıxmırdı. Bir gün biri girdi yeməkxanaya, gəldi yanıma ki, sən niyə kompot içmirsən axı,yemək normasını bitirməlisən. Yekəxana-yekəxana qayıtdım ki, kompotdan xoşum gəlmir. Güldü. Özü aşbaz tərəfə keçdi kampot töküb gətirdi ki, ala iç, gələcəkdə hamıya danışarasan ki, mən qabağımda general işlətmişəm, mənə kompot daşıyırdı...Mən atamdan eşitdiyin Polad hşgenerala görə zabit oldum...

***

...Atasından miras qalmasın Qarabağ balalarımıza. Mənim kimi onlarla ana var tək, balası zabit olmaq arzusundadır. Mən sənin sinəndə bütöv Azərbaycanın, yaralı olsa da başı dik generalın, anası olmaq istəyirəm!
Mən yaralı və hələ də bütöv Azərbaycan savaşını bitirə bilməyən generalın anası olmaqdan qorxuram, VƏTƏN, məni qınama!

***

Bir şəhidin qadını: Onun sevməyən neçə adam vrdı, bilmirəm...

Bir şəhidin atası: Arxayın get, balam, mən üzünü görmədiyin o balanı böyüdənəcən yaşayacam…

Bir şəhidin anası: O yox, mən öldüm...

Bir şəhidin bacısı: Bizə təxribat lazım deyil, imkan verin, qardaşımızla vidalaşaq, anası görsün onu, balaları görsün. Mən burda artıq söz görüb, eşitmək istəmirəm...

Bir şəhidin balası: Təxribata yol verməyin, bu bizə lazım deyil...

...Helikopter pərlərinin sürətli hərəkəti...Bsşın sağ olsun Azərbaycan yeni şəhid balalarının 40 gündür qoynuna almısan...Onlara yaxşı layla çal, elə bizə də VƏTƏN!..

Jalə Mütəllimova

22.08.2020.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.