Elə bir AN gelir ki... ZAMAN donur

7-09-2020, 08:22           
Elə bir AN gelir ki... ZAMAN donur
Sən üfüqü görmürsen. Artıq nə yazın gəlişi ilə çiçək açan ağacları,ne səmanın intəhasızlığını, nə göy qurşağını, ne güneşi, nə ulduzları...nə yazı,nə qışı hiss eləmirsən. Rənglər ölür, sevgilər tükenir, ruhun səni tərk edir. Çünki yaşadığın həyatı istediyin kimi yaşaya bilmemisen. Çünki sen yaşadığına dözmüsən.
“Səbrli” olmusan. Məncə Ruhunla bədəninin barışmadığı ən VACİB meqamda elinde olan şeylere rəğmən... GETMƏK lazımdır.
Ətrafındakıları çox yormadan, yaxınlarının sənə münasibətini sınağa çəkmədən...heç neye əmin olmadan çıxıb getmək mütləqdir. Və əgər içindeki “dözüm” bitibse, arxana belə dönüb baxmadan getməlisən.
Yoxsa... məyusluqlar baş verəcək. Necə deyərlər “hayal kırıklığına uğrayacak” sın.
Düzdür... müəyyən zamandan sonra peşiman ola bilirsen. Bütün olumsuz ehtimalları dillendire bilersen...amma sonucda yenə də əmin olacaqsan ki, ən doğru yol- GETMƏK idi.

Gözləmək- heç də həmişə müdrik ve doğru sonuca aparmır. Gözləmək...bir çox zaman ele zaman itgisidir.
Uduzmaqdır!
Gec qalmaqdır! Peşmançılıqdır!
Getmek...çox zaman xilas olmaqdır.
Mehriban Ələkbərzadə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.