Savaşın acı xatirləri - Komandirdən qalan 20 manat.....
11-01-2021, 07:52
Teref.az: Ön cəbhədə xidmət edən Həkim dostlardan biri danışır. - Şuşa azad olunan vaxt XTQ’dən yaralı gətirirlər buna təcili iynə vurulası imiş, hospitalda da iynə vuranda tez formanı qayçı ilə kəsib vururlarmış amma bu hərbçi qoymayıb formanı kəsməyə, qalxıb özü çıxardıb. Nə isə iynə vurublar, yaralını təxliyə ediblər ayrı xəstəxanaya, formanın kiteli də hospitalda qalıb. Müharibə bitəndən sonra həmin həkimin qardaşı o hərbçini tapıb (üstündə adı olub) formanı, üstündəki 20 manat pulu və gümüş sepi özünə qaytarıb. Hərbçi deyib ki, hər şey cəhənnəm o 20 manat pul mənə o qədər əzizdi ki, bu pula görə çox narahat idim. Sən demə yaralanmamışdan bir necə gün əvvəl Komandiləri pul verib ki, aşağı düşəndə bazarlıq elə, bu da düşüb bazarlıq edib qayıdandan görübmüş həmin Komandir Şəhid olub və o puldan qalan 20 manat xatirə kimi çox əziz imiş. Necə kədərli hekayələr həkk olundu bu müharibədə yaddaşlara. Haldun Novruzzadə.