Marağa xəritəsinin sirri - Nəsirəddin Tusi möcüzəsi - MARAQLI FAKT
1-03-2021, 11:37
Əziz oxucular! Burada yazılanlar sizdə təəccüb, heyrət doğuracaq. Bəlkə də siz bunlara inanmayacaqsınız. Ancaq bu yazı faktlarla əsaslanır və mənbələrdə göstərilmişdir. Oxuyun və bir daha şahidi olun ki, biz hələ də özümüzü tanımırıq.
Oqtay Eldəgəz
1492-ci ilin avqust ayının 20-də səhər saat 1000-da bayraqdar “Santa-Mariya ” başda olmaqla üc nəhəng yelkənli ümman gəmisi İspaniya sahillərinə yaxın Kənar adalardan şərqə doğru ilk səfərə yollandı. Keniya dənizçisi Xristofor Kolumb doğma İtaliya zəminində heç bir dayaq və maliyyə yardımı tapmayaraq, bəxtini sınamaq üçün İspaniya sarayına gəlmiş, I Filip Hansburq və kralica İzabella xanımın xeyir-duasını alıb, onlara yeni müstəmləkə torpaqları vəd etmiş, batıdan bərəkətli ədviyyat ölkəsi Hindistana yol açacağına söz vermişdi.
Qardaşlarımız Osmanlı türkləri Aralıq və Qırmızı dənizlərə, öncə bizim azərtürk Qaraqoyunlu, sonra Ağqoyunlu dövlətlərimiz Ərəb körfəzinə və Hind ümmanının şərqinə hakim kəsilərək, qərbə doğru bənd-bərəni kəsdiklərindən, avropalılar xarici ticarətdən üzüntülər kecirir, iqtisadi gerilikdə cabalayırdılar. İspaniya sarayı xoş güzərandan şirniklənmiş, təzə asılı ölkələr ələ kecirmək, şərq sularında danılmaz dəniz dövləti imtiyazlarına sahib durmaq xatirinə bu səfəri maliyyələşdirmişdi.
Elə ki, üzgünün qasırğalarla zəngin, fırtınalarla dolğun üc həftəsi ötdü, gəmilərdə çaxnaşmalar başlandı. Üç gəminin katolik keşiş ataları müqəddəs kitab İncilə, aramsız dini möizələrə əl atsalar da, Xristofor Kolumb (1441-1509) araqarışdıranlara ağır cəzalar versə də, itaətsizlik və narazılıq səngimirdi, cünki dənizçilər və hətta bəzi zabitlər belə Şərq təriqiylə Budda diyarına yetişməyin gerçəkliyinə inanmırdılar.
Oktyabr ayının 12-də səhər alatoranlığı cəkilər-cəkilməz “Santa-Mariya” nın dor ağacının ucunda müşahidə yeşiyində oturmuş seyrçi durbini gözlərindən ayırıb qışqırdı: “Torpaq görürəm!”. Yarımca saat ötmüş onlar sahilə yan aldılar. Bura Qəraib dənizinin şimal şərqindəki Böyük Antil adalarıydı. On yeddi gün ərzində səyyahlar kiçik Antil adalarını, Kuba, Haiti, Barbados adalarını kəşf edərək, sahillərdə ləngimədən əlli nəfər “Hindu” adlandırdıqları kişi, növcavan, qız-qadın götürüb gəmilərə döndülər və İspaniyaya yol aldılar.
Dəniz səyyahları şərq tərəfdən Hindistana catdıqları gümanında bulunaraq, girovlara “Hindu” adı qoymuşdular. Yaxşı, bəs Kolumbu belə arxayınlığa, qibtə ediləcək inama sövq edən hansı qüvvəydi? Kapitan otağında Kolumbun hamıdan gizlətdiyi və neçə həftə öncə qiyam qaldıranlar qarşısında istinad etdiyi 800×800 mincə millimetr ölçülü kağız nəydi? Hadisələri burada donduraraq, 238 il əvvəllərə – Güney Azərbaycana qayıdaq.
K.Marksın “triqonometrik funksiyalar nəzəriyyəsinin atası”, böyük alman riyaziyyatçısı Eylerin səma cisimləri və Yer ölçülərinin yerbəyeredicisi” adlandırdıqları azərtürk soydaşımız Muhəmməd ibn Həsən Hacı Xacə Nəsirəddin Tusi (1201-1274) qədim Midiya dövlətimizin başkəndi Əkbatan (şərq və qərb qaynaqlarında “Ekbatan”, çağdaş Həmədan) şəhərinin Bahar bölgəsində dünyaya gəlmiş, təhsilini Xorasan vilayətinin Tus qəsəbəsində aldığına görə, “Tusi” ayamasını götürmüşdü. Onda ki, elmə, mədəniyyətə qiymət verən Elxanlılar sülaləsi Güney Azərbaycanda möhkəmləndi, artıq alimlər içində tanınmış Tusi Təbriz sarayına cağrıldığı, Hülakü xanın himayəsindən bəhrələnən riyaziyyatçımız gəncliyindən bəri könlündə qoruduğu arzusunu gerçəkləşdirmək üçün hökmdarın qılığına girərək, rəsədxana inşasını maliyyələşdirməsinə onu razı saldı. Əsası 1259-cu ilin Novruz bayramı günündə qoyulmuş rəsədxananın məsrəfinə o dövr üçün cox böyük məbləğ olan 35.000 dinar (qızıl sikkə) ayrılmış, Marağa şəhərinin qərbindəki dağda uzunu 350 arşın, eni 150 arşın sahə secilmişdi. Marağa rəsədxanası düz bir ilə işə salındı. Tusi öz rəsədxanasında ərəb, fars, yəhudi, həbəş, çinli, təbii ki, azərtürk olmaqla, mehriban, çoxmillətli bir kollektiv yaratmışdı.
Burada böyük ustad çinli gənc alim Mun-çiyə daha cox ümid bəsləyirdi. Xacə Nəsrəddin ingilis İ.Nyutondan 400 il qabaq Ayın fəsillərini (faza) tapıb, Yerlə Ay arasında məsafəni ilk dəfə olaraq, 7 arçın az fərqlə ölçüb (386.781 minar, yəni kilometr), peykimizin Yerə nisbətən beş dərəcə bucaq altında çəpəki dövr etdiyini, Yerin tam kürə şəklində deyil, qütblərdə batırıq oval olduğunu aşkarlayıb, Ayda cazibə qüvvəsinin Yerə nisbətən 6 kərə zəifliyini meydana cıxarıb.
Tusinin “Zic elxani” astronomik əsərində 900 ulduzun uzunluq, 878 ulduzun isə enlilik koordinatları yüksək dəqiqliklə göstərilib. Bu hesablamaların dürüstlüyü cağdaş astronomları da heyrətə gətirib. Biz mətləbə hələ indi-indi gəlir, böyük soydaşımızın xələfləri mat qoyan elmi tapıntıların kandarına ayaq basırıq. Nyutonu və azman dünya astronomlarını dörd yüz il qabaqlamış alimimiz sübut edib ki, dənizlərdə və okeanlarda baş verən qabarma və cəkilmələr hec də təbiətin kor-koranə şıltaqlığı olmayıb, məhz Ayın cəpəki hərəkətindən və Yerin qütblərindəki bataqlığından irəli gələn vaxtaşırı, yəni il ərzində 24 dəfə özünü göstərən cazibə sıxılmasının sonucu kimi özünü biruzə verir.
Tusi su-quru munasibətlərini dahiyanə şəkildə önə çəkərək, qabarma və cəkilmələrin dənizlərdəki vüsəti və cizgiləriylə okeanlar icrə gücü və sərhədləri arasındakı məsafə fərqlərini hesablamaqla insanlığa məlum olmayan torpaqların mövcudluğunu qabaqcadan xəbər verib. Bu, ümumbəşəri inqilabi kəşf idi: Atlantik okeanın köksündə, alimimizə görə, uzunluğu 1015 kilometrlik ada yerləşməliydi. Doğrudan da, dənizcilər bu bilgilərdən xəbərsiz, 1467-ci ilin martında Tusimizin öncədən xəbər verdiyi quru parcası Müqəddəs Yelena adasını 450 il sonra Napoleon sürgündə olacağı cəzirəni aşkarladılar. Atlantik okeana günbatana vardıqca heyrətamiz olaylar Marağa rəsədxanasının yaradıcısını və digər əməkdaşları düşündürürdü.
Tusi gərgin araşdırmalardan sonra belə qəti qərara gəldi ki, Yer kürəsi şərti olaraq, 24 meridiana bölünməli, birinci meridian Atlantik okeanına yaxın guşədən kecməlidir. İndi “O” meridianın Qrinvicdən kecməsi Tusi dühasının sonsuzluğuna canlı sübut kimi yaşayır. Marağada dəqiq hesablamalar göstərdi ki, Atlantik okeanının qərbində şimaldan-cənuba doğru sularda nəhəng quru sahilləri uzanmalıdır və hələ insan ayağı dəyməmiş bu əsrarəngiz torpaqlar başlanğıc meridiandan (indi “O” Qrinvic meridianı) şərqə sarı düz 81 dərəcə şimal en dairəsində və düz 62 dərəcə cənub uzunluq dairəsində yerləşməlidir. Azərtürk xalqımız ücün başucalığı və fəxarətdir ki, Amerika qitəsinin coğrafi cizgilərini əvvəlcədən bizim həmyerlimiz aşkarlayıb.
Bu elmi kəşflərin gerçəkləşməsində Ayın əsas amil olması fikri də Tusiyə mənsubdur. Marağa alimləri tapdılar ki, okean və daxili-xarici dənizlərdə baş verən fırtınalar, qasırğalar, sunamilər hec də küləklərin, tufanların törəməsi yox, tam əksər hallarda Ay dövriyyəsinin fəsadlarıdır. Beləliklə, dahi astronom, coğrafiyaşünas, riyaziyyatçı və yazıçı Tusinin elmi gümanlarında “Yengi Dünya” adlandırdığı hələ tapılmamış torpaqların, o cümlədən, şərqdə Amerika qitəsi və ətraf arxipelağın dəqiq xəritəsi meydana gəldi. Belə xəritələrdən əməkdaşların hər birində vardı.
Tusinin vəfatından sonra o birilər kimi, Mun-ci də vətəni Cinə, Mankin şəhərinə qayıtdı. Tusi xəritəsinin sonrakı taleyi əfsunla sehrbazlıq arasındakı bənzəyişləri andırır. Məşhur italyan səyyahı Marko Polo 1292-ci ildə Azərbaycandan keçərək, uzaq Cinə səfərə yollanır. O, ölkədə tanınan sözü getmiş Mun-çi ilə görüşür və ondan nəfis şəkildə üzü köçürülmüş Marağa coğrafi xəritəsini ucuz qiymətə alıb, çeşidli əşyalar çantasına qoyur. İki il ötmüş M.Polo vətəninə dönərkən yenə bizim Muğan-Mil düzlərindən adlayaraq, Apennin yarımadasına qayıdır.
Coğrafiyaşünas italiyalı dünyasını dəyişəndən sonra (1317) yeganə oğlu Paola Florensiya Tarix Muzeyinin inadkar rəhbərliyinin təkidiylə və böyük pul ödənciylə atasının xeyli səfər sənədlərini, yol qeydlərini, o cümlədən Marağa xəritəsini ona satdı. Doğrudur, “Səyahətnamə” əsəri muzeyin xərciylə işıq üzü görsə də, xəritə hansı səbəbdənsə, oraya daxil edilmədi. Gəlin, biz azərtürklər üzümüzü Florensiya Tarix muzeyinə çevirək və Tusi xəritəsinin taleyilə maraqlanaq.
Kolumb mahir rəssamdı və İspaniyaya yollanmazdan altı il qabaq Frorensiyalı varlı bir notariusun qızı Veronika ilə izdivac bağlamışdı. Əslən keniyalı dənizci vəfat etmiş qayınatasının təmtəraqlı sarayına köçüb Florensiyada yaşayırdı. O, tez-tez tarix muzeyinə gedir, Roma sərkərdəsi Pompeyin dostu Krassa ünvanladığı, onu parfiyalarla və azərlərlə (azərtürklər) mücadilədən saqındırma məzmunlu məktubunu oxuyub əzbərləyirdi. Təbii ki, sağda şüşə altında uyuyan, lakin hec kəsin diqqətini çəkməyən bir xəritə onun gözündən yayınmazmış…
Tusinin Marağa xəritəsində naməlum böyük torpaq qitənin şimalında 62 dərəcə cənub uzunluq dairəsi, cənubunda isə 81 dərəcə şimal en dairəsi xətti boyu yerləşməliydi.
Elə isə Xristofor Kolumbun sonrakı daha üç səyahətinə qayıdaq. Bir il ötmüş ikinci səyahət zamanı (1493) ispanlar Venesuelanın qərbə yaxın şimal sahillərinə çatıb, geri qayıtdılar, üçüncüdə iki il kecmiş (1495) Cənubi Amerikanın, başqa sözlə, Braziliyanın qərb sahilindəki, yəni xəritədə aydın göstərildiyi kimi, 62 dərəcə cənub uzunluq dairəsi, cənubunda isə 81 dərəcə şimal en dairəsi xətti boyu yerləşməliydi. Elə isə X.Kolumbun sonrakı daha üç səyahətinə qayıdaq. Bir il ötmüş ikinci səyahət zamanı (1493) ispanlar Venesuelanın qərbə yaxın şimal sahillərinə çatıb, geri qayıtdılar, üçüncüdə iki il keçmiş (1495) Cənubi Amerikanın, başqa sözlə, Braziliyanın qərb sahilindəki, yəni xəritədə aydın göstərildiyi kimi, 62 dərəcə cənub uzunluq dairəsinə toxunan Nyufaundlend yarımadasının qərb sahillərinə çatdılar. Kolumb Qəraib dənizindəki yuxarıda adı çəkilən adalar dəstəsini Vesthind (Qərbi Hindistan) adlandırmaqla hamını aldatmışdı. Əgər bura həqiqətən də Hindistandırsa, sən ora qərb tərəfdən yaxınlaşa bilərdin, daha doğrusu, yolüstü Yaponiyaya keçərək, mənzilə çatardın. Kolumb qanırdı ki, belə sorğular gözlənilir, ona görə də hiyləgər keniyalı Antil adalarını gah Sipanqo (yəni Yaponiya), gah Katay (yəni Cin), gah da Vest-Hind deyə təsbitləyir və hər torpaqlar arasındakı məsafələri iki kərə artırır ki, guya Hindistana çatma yolu uzun görünsün. Əslində isə Kolumb bizim azərtürk yolgöstəricimizlə “kəşf etdiyi” Yeni Dünyanın maddi nemətlərini, insan qüvvələrini zəngin torpaqlarını İspaniyanın ayaqları altına atmış, onu rəhmsiz qul alverinə əsaslanan müstəmləkəçilik nəhənginə çevrilmişdir.
Təsadüfi deyil ki, Madrid sarayı və sonrakı ispan zadəganlığı onun Hindistan cəfəngiyatına göz yumdu və qitənin Portuqaliya dənizçisi Ameriqo Vespuccinin adıyla deyiminə soyuqqanlıqla yanaşdı.
Tur Xeyerdal Bakıda olarkən (sentyabr, 1999) Qobustan qaya rəsmlərinə baxanda heyrətini gizlətməmişdi: “Mən bir norveçli səyyah kimi ərz edirəm ki, xalqımızın cox böyük tarixi mədəni kökləri vardır. Azərtürklər mənim millətimdən olmuş qədim vikinqlərlə qohum və doğmadırlar. Ona görə də Kolumbun, sizin Xacə Nəsrəddin Tusinin coğrafi xəritəsiylə səfərə cıxdığına, Amerika qitəsini “kəşf etdiyinə” əsla təəccüblənmirəm. Gərək Yeni Dünya məhz “Tusiya” adlanaydı…”
Mat-məəttəl qalırsan ki, şərq ölkələrinə yollanan soydaşlarımız və rəsmilərimiz ora rəhbərlərinə torpağımızın 20 faizinin işğalından, 1 milyon qaçqınlarımızdan məzlum-məzlum söz acırlar, nə cənab Klintona, nə cənab Bleyerə, nə cənab Şiraka, nə də İspaniya kralı cənab Xuan Karlosa catdırmırlar ki, amerikalıların üzərində gəzdikləri torpaqların cahan xəritəsinə düşməsində biz azərtürkləri borclu sanırlar. Böyük-böyük məclislərdə işıqlı tariximizi danışmırıq.
Şərqdə düşünürlər ki, biz dünən sürülərimizi otaran, bizə hasarlar tikən haykların vecsiz atəşkəsinə qalmışıq. Şərqlilər, siz özünüz xalqımızı “1991-92-ci illərin ən qəhrəman xalqı” elan etmişdiniz. Əlimyandı vaxtımızda bizə bir balaca siyasi-mənəvi dəstək versəniz, dəvəni eşşəyin quyruğuna bağlamanız, o təqdirdə ulu əcdadımız Xacə Nəsrəddin Tusinin hələ ödəmədiyimiz borcundan cıxacaqsınız. Amerikanın kəşfindəki ilkinliyimizi təsdiq edin, cənablar.
Müəllif: Oqtay Eldəgəz
Mənbə? “Nəbz” qəzeti № 01(50), 06-12.01.2001-ci il.