Dünyanın sevdiyi üsyançı, solaxay lider Çe Gevara: Doktor, bank sədri, nazir...
14-06-2021, 11:20
Argentinalı marksist-inqilabçı və siyasətçi Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən biri olmuş, dünyada sosialist inqlabçı hərəkatların rəmzinə çevrilən Ernesto Çe Gevara Azərbaycanda da kifayət qədər tanınır .
Çünki "inqilab”, "mübarizə”, "üsyan”, "sosilaizm” sözləri deyiləndə hamının yadına bu əfsavi şəxs düşür.
Şahmatçı, mütailəçi, əlaçı: İrlandiya əslli balaca argentinalı
Ernesto Çe Gevara ( əsil adı Ernesto Gevara De La Serna Linç.)14 iyun 1928-ci ildə Argentinada dünyaya gəlib. Kuba uğrunda döyüşən Çe, əslində İrlandiya əslli Argentinalı bir ailənin oğludur. Hətta Çenin atası oğlu üçün "damarları İrlandiyalı üsyankarların qanı ilə dolu olduğu unudulmamalıdır” demişdir. Uşaq vaxtı və yeniyetməlik dövründə Çe olduqca özünəməxsus, fərqli bir uşaq idi – o, şahmatı sevir və yerli şahmat turnirlərində iştirak edirdi. O, poeziyanı xoşlayır və poetik əsərlər mütaliə edirdi. Məktəbdə onun sevimli fənləri riyaziyyat və texnika idi.
Elmi işi “ Cüzam xəstəliyinin müalicəsi” olan doktor Ernesto
Ali təhsilini tibb ixtisası üzrə başa vurduqdan sonra 1952-1953-cü illərdə gəmidə həkim işləyərək Latın Amerikasının bir çox ölkəsini gəzib. Çe Gevara 1953-cü ilin iyun ayında tibb sahəsi üzrə öz elmi işini də başa vurur və doktor Ernesto Gevara adına layiq görülür. Onun elmi işinin mövzusu cüzam xəstəliyinin müalicəsi idi.
Səfər əsnasında kütlələrin yoxsulluğunu, təzyiqi və gücsüzlükləri yaxından müşahidə edən və marksizmdən təsirlənən Gevara, Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğu qənaətinə gəlib. Səfərləri ona Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir quruluş kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxmasını təmin edib. Yeri gəlmişkən, o, Qvatemalada birinci həyat yoldaşı olacaq inqilabçı İlda Qadea ilə tanış olur, 18 avqust 1955-də Çe Gevara İlda Qadea ilə evlənib. 15 fevral 1956-da Hilda Beatriz adını verdikləri qızları doğuldu. 2 iyun 1959-da "26 İyul hərəkatı"nın üzvü Aleyda Març ilə evləndi. 2 iyun 1959-da isə "26 İyul hərəkatı"nın üzvü Aleyda Març ilə evləndi.
“Donuz”, “Pinti”, “İşə bax e!”- “Çe” təxəllüsünün açması ...
Bundan əvvəl isə - 8 iyul 1955-də.Çe Gevara Fidel Kastro ilə tanış olur. Aralarındakı gərgin söhbətdən sonra Gevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qənaətinə gələrək Kuba diktatoru Fulxensio Batistanı devirmək üçün qurulan "26 İyul hərəkatı"na qatılır. Qrupun həkimi olmasına qərar verilsə də, hərəkatın digər üzvləri ilə hərbi təlimlərə qatılır. Burada məşhur “Çe” ləqəbini alır. Başqa məlumatlarda isə deyilir ki, 1954-cü ildə Mexikoya gələn Ernesto, axır ki, Meksika xəstəxanasının allerqologiya şöbəsində işləməyə başlayır. Özünün məşhur “Çe” təxəllüsünü də, məhz, burda alır. Bu təxəllüsü ona, danışarkən tez-tez argentina ispancası üçün xarakterik olan “Che!” nidasından (“Ay səni!”, “İşə bax e!”, “Gör e!” anlamında) istifadə elədiyi üçün vermişdilər.
Hətta bəzi mənbələrdə yazılır ki, gənclikdə Ernestonun ləqəbi "Chancho” (donuz) idi, o, yuyunmağı sevmir və eyni bir köynəkdə də həftələrlə gəzə bilərdi. Bu davranış tərzi, onu bütün sonrakı həyatında da tərk etmir, amma sonralar çətin ki, kimsə onu qorxusundan donuz adlandıra bilərdi, Çe göz qırpımında onun həyatına son qoyardı.
25 noyabr 1956-da Meksikadan Kubaya doğru yola çıxan "Granma" yaxtasında kubalı olmayan yeganə şəxs Gevara idi. Quruya çıxar-çıxmaz Batistanın əsgərlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal orada və ya tutulduqdan sonra öldürüldü. Gevara, bu qarşıdurmada qaçan bir yoldaşının yerə saldığı sursatı götürmək üçün tibbi ləvazimat çantasını buraxdığını və o an həkimdən döyüşçüyə çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 üsyançı qaçaraq Syerra Maestra dağlarında gizlənir və Batista rejiminə qarşı partizan döyüşünə başlayır.
Rəhimsiz həbsxanasına rəhbəri, bank sədri, nazir...
1958-ci ilin son günlərində inqilabın ən əhəmiyyətli hadisələrindən olan Santa-Klaraya hücum zamanı "xüsusi təyinatlı dəstəyə” rəhbərlik edir. Generallarının, başda general Kantilyo olmaqla "Central America" adlı işləməyən şəkər fabrikində Fidel Kastro ilə görüşdüyünü və onunla razılaşdığını öyrənən Batista 1959-cu ildə Donimikan Respublikasına qaçır.
1959-a qədər altı ay boyunca boynuna götürdüyü bu vəzifədəykən Batista rejiminin məmurlarının, BRAC gizli xidmət (Buró de Represión de Actividades Comunistas — Kommunist Hərəkatların Yatırılması Xidməti) mənsublarının, müharibə cinayəti törədənlərin və siyasi müxaliflərin mühakimə olunması və edamından məsul oldu. TIME jurnalına görə, idarə etdiyi mühakimələrin ədalətli olmadığı iddia edilirdi. Daha sonra Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli bir vəzifəyə təyin edildi, həmçinin Kuba Mərkəzi Bankının sədri oldu. Gevara daha sonra Sənaye naziri kimi Kubada sosializmin açıq və qəti bir hala gəlməsinə köməkçi olmuş, ölkənin qabaqda gələn kəsləri arasına girmişdir. "Partizan döyüşü" adlı kitabında silahlı başkaldırıya təşəbbüskar olacaq geniş təşkilatlara ehtiyac duymadan kiçik bir partizan qrupu (foco) tərəfindən başladılan Kuba modeli inqilab fikrinin təkrar edilməsini müdafiə etmişdir. Kubada sosializm və (1965) adlı sınağında sosialist dövlətlə birlikdə "yeni bir insan" formalaşdırmağın lazımlılığını müdafiə edir. Bəziləri Gevaranı bu "yeni insanın" cazibədar və sadə bir modeli olaraq görürdü.
Dekabr 1964-də BMT çıxış etmək üçün Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka getdi. CBS televiziya kanalında bazar günləri efirə gedən "Face the Nation" adlı xəbər proqramına çıxıb. ABŞ Senatoru Yucin Makkarti, Malkolm X-in iş yoldaşları, Kanadalı radikal Mişel Duklos daxil olmaq üzrə müxtəlif insanlar və qruplarla görüşür. 17 dekabrda Parisə üç aylıq beynəlxalq səfərə başlayır. Bu gəzinti əsnasında Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Dahomey, Konqo-Brazzavil və Tanzaniyanı gəzir. 24 fevral 1965-ci ildə Cəzairdə, sonradan beynəlxalq səhnədə son görünüşü olacaq olan "İkinci afrika-Asiya İqtisadi Həmrəylik Seminarı"nda çıxış edir. "Ölümünə olan bu mübarizədə heç bir sərhəd yoxdur. Dünyanın heç bir yerində meydana gələn hadisələrə qeydsiz qala bilmərik. Bir ölkənin imperializmə qarşı zəfəri bizim zəfərimizdir, eyni şəkildə uduzması da bizim uduzmamızdır", - deyə Çe Gevara çıxışı zamanı bildirib. İki həftə sonra Gevara cəmiyyətdən uzaqlaşır və tamamilə ortadan itir. Kastrodan sonra ikinci şəxs kimi qəbul olunan Çenin Kubada harada olması 1965-ci ilin ən böyük sirrlərindən sayılır.
- Çe səyahət dəlisi idi. Gəzdiyi ölkələr arasında: Misir, Mərakəş, Burma, Tayland, Sudan, Şri-Lanka, Pakistan, Hindistan, İndoneziya, Yaponiya, Hon-Konq, Çin, Yuqoslaviya, Çexslovakiya, SSR, Şimali Koreya, Qərbi Almaniya, Macarıstan, Fransa, Tanzaniya, Əl Cəzair, Qana, Mali, Konqo və bütün Amerika qitəsində olmuşdur. Amerika qitəsini motosikletlə başdan sona qədər gəzdi. Bu səyahətlər sırasında tutduğu qeydlər, "Motosiklet Günlükləri” adıyla kitablaşdı.
Həzin son...
1967-ci ilin oktyabrında La İqlera kəndi yaxınlığında əsir düşür. Məhkəmədə hakim ondan soruşur:
- El Salvadorda nə edirdin?
Çe:- Günəşdə qaralırdım.
Hakim: - Yaxşı, bəs binanı niyə partlatdın?
Çe: Günəşimin qarşısını kəsirdi.
O, oktyabrın 9-da güllələnir. Əlləri kəsilərək Vaşinqtona göndərilir. Deyilənə görə, Çe Gevaranın son sözlərinin belə olduğu iddia edilməkdədir:"Bilirəm ki, məni öldürməyə gəlmisən. Atəş aç, qorxaq! Sən kişini öldürəcəksən!”.
.. Cəsədi adsız məzarlıqda dəfn olunur. 1997-ci ildə isə cəsəd Boliviyadan Santa-Klara şəhərinə köçürülür və Çeyə 4 metr hündürlüyündə abidə qoyulur.
“Çenin həyatı – azadlığın dəyərini bilən bütün insanlara ilham verir. Biz onun xatirəsini hər zaman yad eləyəcəyik”, – CAR-ın keşmiş prezidenti Nelson Mandela bir dəfə demişdi.
Məlumata görə, Çe Qevaranın solaxaylığı reyncerlərə çox kömək etmişdir. Belə ki, qalın, keçilməz sıx meşəliklərdə ağac və kolların qol- budaqlarının qeyri-adi formada,, sağ tərəfdən deyil, sol tərəfdən sol əllə kəsilərək cığırların açılması reyncerlərin karına gəlmişdir. Belə ki, həmin yerləri nəzərdən keçirən ekspertlər dəqiqləşdirmişlər ki, ağac və kolların qol-budaqlarını ancaq solaxay olan adam bu cür istiqamətdə kəsə bilər.
Qeyd edək ki, Azərbaycanda marksist jurnalist-yazar Məmməd Süleymanov 2011-ci ildə “Çe Gevaranın son sirri” kitabını çapdan çıxraraq oxuculara təqdim edib.
Əntiqə Rəşid