ZİYA BUNYADOVUN "ÖLÜM KİTABI"

3-08-2021, 00:05           
ZİYA BUNYADOVUN "ÖLÜM KİTABI"
Hər şəxsin həyatında özünəməxsus bir sevimli kitabı mövcuddu. Bu kitabı bircə dəfə oxumaq bəsdi ki, həmin şəxsin həyatını, hətta ölümünü anlayasan. Belə kitablardan adətən, həmin şəxsin dəqiq ölüm tarixini də tapmaq mümkündü.

Belə kitablara adətən "Ömür kitabı" deyilir.

Mərhum Ziya Bunyatovun oxşar "Ömür kitabı" XIII əsr tarixçisi Şihabəddin əl-Münşi ən-Nəsəvinin qələmindən çıxmış «Sirat əs-sultan Cəlal əd-Din Mankburnu» (sadə dillə, «Sultan Cəlaləddinin həyatı») kitabı idi.

Şərqşünas alim bu kitaba təsadüfən vurulmamışdı. Kitabı götürüb elə belə rus dilinə tərcümə etməmişdi.

Niyə?

Niyəsi yoxdu. Çünkü bu kitabı oxuyarkən o, həmin əsərdə öz taleyini, həyatını, hətta gələcək ölümünü...bir sözlə ömürünü öncədən görmüşdü.
Gəlin indi Sizə bu siirin üstünü açım.

Ziya Bunyadov 2-ci Dünya Müharibəsi zamanı Oder çayı sahilində almanlarla amansız döyüş keçirmişdi. Yaralanmış, bir neçə gün cəsədlər arasında qalmışdı. Sonra bu şücaətinə görə o Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Şərqşünas olduqdan sonra tale özü, Ziya müəllimi tarixçi Ən-Nəsəvinin 13-cü əsrdə qələmə aldığı bu əsəriylə tanış edir. Bunyatov bu əsərdə Xarəzmşah Cəlaləddin həyatı ilə öz taleyi arasında oxşarlıqları hiss edib, əsəri ruscaya çevirmək qərarına gəlir.

Xarəzmşah Cəlaləddinin Sind çayı önündə Çingiz xan əskərləri ilə savaş səhnəsi alimə tanış gəlir hardasa. Oder çayı önündəki öz döyüşüylə bu döyüş arasında o bir fərq görmür. Həmin mənzərəni indi diqqətinizə çatdırıram: "«Bir neçə gün Sind çayı sahilində üz-üzə dayanmış Cəlaləddin və Çingiz xan ordusu qanlı savaşın həlledici məqamında idilər. Bu zaman Cəlaləddin öz kiçik dəstəsi ilə qarşı tərəfin ordusunun düz mərkəzinə irəliləyərək onu iki hissəyə parçalayır. Düşmən pərakəndə salınmış və çaşqın vəziyyətdə xilas olmaq üçün qaçmağa üz tutur. Lakin Çingiz xanın 10 min seçilmiş bahadırdan ibarət süvari dəstəsi Cəlaləddinin sağ cinahına - Əmin Malik olan tərəfə keçərək hücum edir, onu mərkəzə tərəf ata bilir. Tələyə düşmüş Cəlaləddin ordusunun hərbi intizamı pozulur, qətiyyəti sarsılır. Döyüş istər savaş meydanında həlak olmuş, istərsə də çıxış yolunu özünü çaya ataraq boğulmaqda bilən xeyli döyüşçünün ölümü ilə nəticələnir. Döyüş zamanı Cəlaləddinin 7-8 yaşlı oğlu əsir alınaraq Çingiz xanın qarşısında edam edilir. Məğlub edilmiş Cəlaləddini çay sahilində qoca anası, uşağının anası və hərəmxanasının başqa qadınları gözləyirdi. Qadınlar onu görən kimi bir ağızdan yalvarmağa başlayırlar ki, «Səni and veririk Allaha, bizi özün öldür, amma əsir düşməyə qoyma».

Onda Cəlaləddin qadınların suda batırılması qərarını verir… Özündən arxada qılınclar, irəlidə isə gur axarlı çay olan Cəlaləddin at belində (həmin atla o, Tiflisi fəth edəndən sonra qərar vermişdi ki, özü daxil bir kimsə bu atın belinə minə bilməzdi) yaraqları ilə birgə suya atılır. Və Uca Allahın rəhmi ilə xilas olur».

Hə...Ziya Bunyadov bu səhnəylə öz xatirələrini tutuşdurub görür ki, mətn, süjet, detallar eynidi. Və əsəri özünün "Ömür kityabı" bilir.

Ancaq bu cür seçilmiş "Ömür kitab"larında insanın təkcə ömrü deyil...ölümü də adətən dəqiq əks olunur.

Ziya Bunyadovun həmin "Ömür Kitabı"nda önun ölüm səhnəsi də var.

Kitabda, Cəlaləddinin...üzr istəyirəm Ziya Bunyadovun ölüm səhnəsi öncədən belə təsvir edilib: «Cəlaləddinin əsir düşmüş əsgərləri monqollara sultanın təxmini yerini xəbər verirlər. Tatarlar dərhal o yerə 15 süvari göndərir. Onlardan ikisi sultanın əlində öldükdən sonra qalanları qorxaraq geri qayıdırlar. Sonra sultan kürdlərin soyğunçuluq üçün nəzarətdə saxladıqları yollarla dağlara qalxır. Kürdlər öz adətlərincə artıq yorulmuş, tək qalmış sultanı yaxalayıb talan edirlər. Onu öldürmək istəyəndə sultan kürdlərin başçısına deyir: «Tələsmə, mən sultanam, kim olduğumu yerli hakimə bildirsən, o, səni mükafatlandıracaq». Deyilmiş sözlər təsirsiz qalmır. Sultanı çadırda qoyub yerli hakimə xəbər aparırlar. Bu zaman qəfildən hansısa bir yaramaz əlinizəli kürd peyda olub çadırın sahibəsindən soruşur: «Bu xarəzmli kimdir? Nə üçün hələ sağdır?». Qadın cavab verir: «Ərim onun sultan olduğunu biləndən sonra sağ buraxdı». Kürd: «Onun sultan olduğuna necə inandınız? Mənim Xilatda ölmüş qardaşım minqat ondan artıq idi» deyib nizəni onun sinəsinə sancdı. Elə ki, ikinci zərbəyə ehtiyac qalmadı…»

Xatırlayırsızsa, Elmar Hüseynovun qətli ilə bağlı bizim jurnalistlər araşıdrma aparıb killerlərin-yezidi Tiflis kürdlərindən olan Tahir Xubanov, "Seko" ləqəbli bir başqasının qara kölgəsini aşkarlamışdılar. Şübhəm yoxdur ki, qatillərin qurbanları sıyahısında Ziya Bunyadovun da adı var.

Hər halda Ziya müəllimin "Ömür Kitabı"nda bu qatillər detallı təsvir ediliblər.

Məncə ölüm səhnəsi də eyniydi.

Qatillər elə həminki kürd qatilləri, talançı, oğrularıydı.

Sadəcə arada 700 illik bir məsafə vardı.

Yaşadığımız dövrdə baş vermiş qanlı olayları tədqiq edərkən indiki dövrün xəbər mənbələrinə inanmaq, gördüyünüz kimi, tam mənasız işdir.

Qədim əlyazmalarını oxuyun. Qatı açılmamış cinayətlərin sirri orda yatıb uyuya-uyuya hələ də öz tədqiqatçılarını gözləyir.

Həmid Herisçi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.