İranın min oyununa bir səbəb: Daha Avropaya Qarabağdan NARKOTİK daşıya bilmir...

15-10-2021, 19:22           
İranın min oyununa bir səbəb:
...Polisi yox, sərhəddi yox, təhlükəsizlik qurumu yox, gömrüyü yox, vergisi yox, dünyada qarşısı birmənalı şəkildə alınacaq biznes növü deyil. Qarabağ da erməni əli ilə işğalda. Yəni qara və çirkli niyyətlər üçün açıq qapıdır. Daşı ki, daşıyasan. Narkotik vasitələri deyirəm...
Otuz il İran İslam Respublikası ərazisindən, Qarabağdan və Ermənistandan keçirilərək Avropaya narkotik daşınıb. Başqa sözlə narkotiklərin daşınması işində İran Ermənistanla ortaqdır, dostdur, qardaşdır. Yəqin İranda bəzi siyasilərin “biz ermənilərlə qardaşıq”, deməsi də məhz bu “əməkdaşlığa” söykənirmiş.
Bu arada, işğalda olduğu dönəmdə, Azərbaycanın qərb bölgəsi sayılan Qarabağda, ermənilərin vasitəsi ilə narkotik becərilməsinə dair dəfələrlə dünya qarşısında məsələ qaldırıb. Ancaq hər hansı ciddi reaksiya verilməyib.
Beləcə prosesdən çox məmnun İran, hətta sərhəd qapısını Xudafərinin bəri tərəfinə, yəni Azərbaycan ərazisinə keçirib işğal dönmində. Beləcə qara oyunlarına davam edib Qarabağda. Qətiyyən düşünməyib ki, narkotik daşınması və eyni zamanda Cəbrayılda, Xudafərin üzərində sərhəd qapısını bəri, yəni Azərbaycan tərəfinə çəkdiyinə görə ondan kimsə, haçansa, hesab soracaq və ya onu yerinə oturdacaq, o taya adla deyəcək. İndi bu olur, İranın gözləmədiyi yəni. İrana o tərəfə çəkil, yerini bil, sakitləş deyilir. O, bu təklifi qəbullana bilmir. Deyim biləsiniz, Qarabağı Ermənistanın işğalından azad etmək qədər müşkül məsələdir İranı qandırmaq. Amma mümkünsüz deyil. Necə ki, Qraabağı geri almaq mümkün oldu, İranla da məsələ aydınlığına qovuşacaq. Çünki dünyanın da İrana və Ermənistana münasibəti bir deyil. İran gözəl anlayır ki, illərdir dünyanın onu viran qoya bilməməsinin birinci və bəlkə elə bircə səbəbi məhz Azərbaycanın buna razılıq verməməsidir. Amma hətta buna rəğmən, otuz il kefin istəyəni edən, qaba cənub qonşusu üçün yeni qaydalar ağır gəlir. Odur ki, illərdir Azərbaycanda bəslədiyi və guya gizlədiyi dini radikallar, məzhəbçilər, missonerlər, “seonizmin düşmənləri” və ya xırda maliyyə vəsaiti ilə saxladığı media quruluşları vasitəsi ilə hücum və təhqir kampaniyası başladıb İran. Azərbaycan əslində bu soyuq müharibəyə də hazırlığını çoxdan yapıb. Odur ki, İrana bütün cəbhələrdə uğurlu cavablar verilməkdədir. Prezidentin MDB sammitindəki son çıxışı da məhz bu xarekterlidir. İranı şok edən növbəti sillə. Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, məsələni Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında açıq şəkildə qoyub. O, Qarabağdan keçirilərək, Ermənistan ərazisi ilə Avropaya narkotiklərin daşınması məsələsindən danışıb. Azərbaycanın Qərb bölgəsini erməni işğalından azad edən Azərbaycanın dövlət başçısının bu dəfəki çıxışı təbii ki, yüksək dairələrdə eşidiləcək. Azərbaycan Prezidenti xaırladıb ki, ölkənin İranla dövlət sərhədinin bir hissəsi təqribən otuz il müddətində Ermənistanın nəzarəti altında olub. Sərhəddin yüz otuz kilometrlik hissəsində nəzarət ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə, Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutu bağlanıb. Azərbaycan-İran sərhədinin digər sahələrində tutulub saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən otuz il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Və tonlarla narkotik daşıyıb.
Yeri gəlmişkən, qeyd edək ki, MDB sammitindəki son çıxışına qədər də Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, işğal olunan ərazilərdən narkotiklərin daşınması və beynəlxalq terrorçuların hazırlanması məqsədi ilə istifadə edilir. İndi artıq bu, sübut edilən faktdır.
Azərbaycan Prezidentinin çıxışından da bəlli olur ki, müharibə və münaqişə tarixdə qaldı. İndi Azərbaycan illərdir özünə qarşı törədilən bütün müharibə cinayətlərinə rəğmən Ermənitana yeni təkliflərdə bulunur. Prezident deyir ki, “biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq. Həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.
Əslində Azərbaycan Prezidentinin fikirləri bu günə qədər İranla olan “dostluqdan”, narkotik tranziti işindəki “qardaşlığından”, “ortaqlığından”, yəni qara qazanc və qara həyatından qurtuluş təklifidir. Gələcəkdə də var ola bilmək fürsətidir. Bunu həm də bölgədə ermənilərə sunulan son şans hesab eləmək olar. Deyəsən Ermənistan bu sonuncu şansa razılaşmış kimi görünür. Çünki sərhəd məsələsi və sülh sazişi işində artıq Ermənistanın baş naziri N.Paşenyan da müsbət reaksiyalar verib. Qalır bu müsbət cavabı, Qarabağda və sərhədlərdə, bütün təşkil olunmuş pozuculuq cəhtlərinə, müharibə cinayətlərinə rəğmən reallaşdırmaq,həyata keçirmək.
Jalə Mütəllimova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.