Tural Müseyibovdan əsl boksyor manevri- Rövşənin yumruğundan necə yayındı…

3-12-2021, 15:06           
Tural Müseyibovdan əsl boksyor  manevri-
Rövşənin Turalın kamerasına yumruq atması kontekstində gedən müzakirələri izləyirəm. Təəssüf ki, ortada ənənəvi olan azərbaycansayağı yanaşma var. Nədir bu?
Hər kəs məsələyə Tural, Rövşən və ya ikincinin həyat yoldaşı olan müğənni Elnarə ilə olan münasibəti kontekstindən yanaşır.
Kim-kimlə dostursa, həmin tərəfi haqlı çıxarmağa çalışır. Mən məsələyə bir qədər neytral kontekstdən yanaşmaq istərdim.
Keçmiş bir jurnalist və hazırda mühüm qurumun təmsilçisi kimi Rövşənin addımı kökündən yanlışdır. Hətta deyərdim ki, tərkibində cinayət xarakteri də var.
İndi gəlin Turalın addımlarını şərh edək.
Jurnalistikadan aralanıb 15 il sonra mediaya dönən Turalın özü bəyəm mətbuat xidmətinin rəhbəri kimi təmsil olunduğu qurumların qapılarını jurnalistlərin üzünə taybatay açmışdı?
Hansı jurnalistə şərait yaratdı ki, Kəmaləddin Heydərovdan ekslüziv müsahibə götürsün? Onun “Space” kanalından FHN-ə MX rəhbəri postuna necə getməsinin də maraqlı tarixcəsi var.
Bildiyim qədərilə Tural Müseyibov hazırda işlədiyi kanalda rəhbər vəzifədə təmsil olunur. Tural gündəlik işi prosesibdə əlinə mikrafon alıb hansısa reportajın hazırlanmasına gedirmi?
Təbii ki, yox! Çünki məmurlaşandan sonra, sadə jurnalist kimi “paxat” etmək çox çətindir. Ancaq baş verən hadisədə nəyin şahidi oluruq?
Elçin Quliyevlə təmas yaranma şansı olan kimi, Tural mikrafonu kiməsə etibar etməyib.
Çünki keçmiş şefinin keçmiş qudası ilə yenidən üz-üzə gəlib, kontakları yeniləmək şansını əldən vermək olmazdı axı!
Daha bir vacib məqam. Kadrlardan görürük ki, Rövşən Turalın yanından keçib, zəhmətkeş jurnalistin kamerasına yumruq atır.
Həmin ana diqqətlə fikir verin, Tural Rövşənin hərəkətinə mane olmur. Sanki onu görməmiş kimi davranır. Əsl peşəkar boksyor manevri ilə zərbədən yayınıb, onu kameraya istiqamətləndirir.
Ola bilməz ki, hər ikisi televiziya işçisi olan bu şəxslər bir-birini tanımasın. Görünən budur ki, Turalın fikiri kameranın deyil, Elçin Quliyevə necə “padxod” etməyin yanında olub. Əslində isə Rövşənin yumruğunun önünə özünü məhz o sipər etməliydi.
Yadıma bir neçə yerli telekanalın İlham Əliyevdən müsahibə götürməsi düşdü. Belə şansın yarandığını eşidən kimi AzTV sədri Rövşən müəllim özünə təzə brend kostyum, qalstuk sifariş edib, həmin müsahibəni özündən başqa kiminsə götürməsinə şərait yaratmamışdı.
Yenə ənənəvi azərbaycansayağı media yanaşması: yaxşı təmaslar rəhbərin, əziyyət isə sadə jurnalistin olmalıdır. Əlqərəz, Tural Rövşənin yumruğundan yayınıb, onu kameramana istiqmətləndiribsə, bundan sonra danışmaq haqqı onun yox, məhz zəhmətkeş jurnalistindi.
Məhəmmədəli Qəribli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.