Qardaşının oduna yanan Böyükxanım - Mikayıl Müşfiqin bacısı Böyükxanım..

26-05-2022, 09:44           
Qardaşının oduna yanan Böyükxanım -
Qardaşı həbs ediləndən sonra onun evinə gəlib tutmaq istəyən sovet cəlladlarına təslim olmamışdır.
O vaxt 30 yaşlı Böyükxanım bibisi oğlu Zeynalabdinin həyat yoldaşı idi. Zeynalabdin işdə olarkən, qara maşın Böyükxanımı həbs etmək üçün gəlir. Evdə axtarış olur. Şəkilləri, kitabları götürürlər. Böyükxanım paltar dəyişmək bəhanəsilə yan otağa keçərək nefti üstünə tökür. Həyətə çıxaraq, özünü odlayır. Çaşbaş qalan gələnlər yorğan götürüb alovu söndürməyə çalışsalar da artıq iş-işdən keçmişdi.
Böyükxanım son nəfəsdə: "Müşfiqə canım fəda olsun" - demişdi...
Sözardı: Kiçik bacısı Balacaxanım “ifşa edilmiş xalq düşməninin bacısı” kimi həbs olunaraq Arxangelskə sürgün edilib.
Müşfiqin böyük qardaşı isə 1938-ci ildən sonra Astara rayonunun Pensər kəndində (bəzi məlumatlara görə Masallıda) yaşayıb, lakin şairin qardaşı olduğunu kimsəyə bildirməyib.
Baba Allahnəzərov
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.