Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? - VİDEO
28-05-2022, 08:17
1920-ci il yanvar ayında artıq bir ildən çox idi ki, Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini elan etmişdi. Lakin müstəqilliyin əsas meyarı olan beynəlxalq səviyyədə tanınması baş verməmişdi.
Yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırılır və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olunur.
Yanvar ayının 11-də müttəfiqlərin Ali Şurası, İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi - müttəfiq və birlik ölkələr Azərbaycan və Gücüstan hökumətlərini birlikdə defakto tanıyırlar. Ətraflı
Bu çox böyük uğur idi, lakin hələ müstəqillik dövrünün əbədi olacağına zəmanət vermirdi. Əlimərdan bəy Topşubaşov Parisdən Baş nazir Nəsib bəy Yusifbəyova məktub yuazır.
Daha ətraflı Baku TV-nin “AYDIN TARİX” buraxılışında: