"Əyri oturub, düz danışaq, gəlin görək o məhşur erməni dəyirmanına suyu tökən kimdi? - Səxavət Məmməd yazır

1-06-2022, 08:35           
"Əyri oturub, düz danışaq, gəlin görək o məhşur erməni dəyirmanına suyu tökən kimdi? -
Müharibə vaxtı çox ümidliydik. İnsanlar belə düşünürdü ki, xalq dövlətin arxasında durdu, dövlət də bundan sonra bütün resurslarını ən azı ədalətli böləcək. Artıq insanlar anlayıb ki, o ümid də deyilmiş, sadəcə fantaziya imiş.
Müharibə bittdi, dərhal sonra ilk zərbə qələbə əldə etmiş orduya dəydi. Maaş problemi hər kəsin yadındadır.
Müharibədən əvvəl və sonra ordudakı neqativlərlə bağlı nə yazmışdımsa, indi həmin şəxslərə, onların əməllərinə hüquqi qiymət verilir. Ona görə izləmə mövqeyindəyəm. Arxalarınca danışıb, yazmıram, qılınclarının dalı, qabağı kəsən vaxt yazırdım. Başıma gəlməyən də qalmamışdı.
Bizdə yeyinti, rüşvət və korrupsiyanı qarışdırırlar, az qala eyniləşdirirlər. Bunlar hər biri başqa anlayışlardı.
Orduda, xüsusilə MTTBİ və Quru Qoşunlarında neqativ hallar hazırda gözə girir. Şəxsən bunda qeyri-adi bir şey görmürəm. Müharibə vaxtı Şəmkir korpusu ən uğursuz oldu. Ən uğursuz korpusun bir-birini əvəz edən komandirləri yüksək vəzifəyə gətirildi. Adekvat deyil?
İşğaldan azad edilmiş ərazilərdə kazarmalar tikilir. Hansı şirkətlər, ən əsası kimlərin şirkətləri tikir? Kimə tikdirirlər? Bir neçə gün əvvəl həlak olan əsgər harda və niyə həlak oldu? Şəxsən mən utandığımdan yazmaq istəmirəm.
Əlillərin başına gətirilən oyuna ad tapa bilmirəm.
Əsgərlərinə veteran verilmiş komandirə veteran vermə, sağlamlığını itirənin başına oyun aç, xidmət edəni bezdir qaçırt.
Əyri oturub, düz danışaq, gəlin görək o məhşur erməni dəyirmanına suyu tökən kimdi?
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.