Putin getməlidir, özü də mütləq...

6-06-2022, 17:03           
Putin getməlidir, özü də mütləq...
Fransa Birləşmiş Ərəb Əmirlikləri ilə danışqlar aparır. Bəllidir ki, Fransa Rusiyadan aldığı neftdən imtina etmək zorundadır. Niyə zorundadır, yazıram? Çünki Fransanı, eləcə də Almaniyanı öz xoşuna qoysalar Rusiyanın nə neftindən, nə də qazından imtina edən deyil. Ancaq Qərbin böyüklüyü ondadır ki, Vahid Beyin mərkəzindən idarə olunur. Və verilən göstərişlər könülsüz də olsa, icra olunur...
Təbii ki, Fransa kimi digər Avropa ölkələri də Rusiyanın neft və qazından imtina etmək üçün hərəkətə keçiblər...
Yaxşı, Rusiya öz qazını və neftini hansı ölkəyə sata biliər? Çin, Pakistan, Hindistan... və bu kimi ölkələr. O da aydındır ki, Rusiya Avropaya 10 dollara satdığı şeyi bu ölkələrə heç 1 dollara da verə bilməyəcək. Yəni ortada yerlə-göy qədər fərq var...
Mən əminəm ki, nə qədər Putin iqtidardadır Qərb Rusiya ilə münasibətlərin normalaşmasına maraq göstərməyəcək. Putin mütləq getməlidir. Qərb Rusiyaya başqa seçim qoymadı...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.