Azərbaycan müstəqilliyini qan bahasına aldı

10-06-2022, 11:50           
Azərbaycan müstəqilliyini qan bahasına aldı
Azərbaycan Respublikasının həqiqi varisi sayılan Azərbaycan Demokratik Respublikası yəni Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Zaqafqaziya ittifaqından ayrılması ilə müstəqillik əldə etmişdir. Belə ki, 1918-ci il 26 may tarixində Noe Ramşvilinin öndərliyində gürcü demokratları ittifaqdan ayrılaraq Zaqafqaziya Federativ Demokratik Respublikası dağılmışdır. İki gün sonra AXC və Ermənistan Demokratik Respublikası müstəqillik əldə etdi. Müstəqilliyimizin əldə olunması ucuz başa gəlmədi. Ziyalıların bir yerə toplanması, gecə saatlara qədər danışıqlar aparmaq, hamısı çətinlik tələb edirdi. Qeyd edək ki, sözügedən illərdə hər tərəfimiz düşmən təhdidi ilə çevrələnmişdir. Bir tərəfdən ermənilər, digər tərəfdən, sosialistlər, bir tərəfdən də General Denikinin öndərliyində Romanovların Ağ qvardiya dəstəsi. Yeri gəlmişkən onu da söyləyək ki, Azərbaycan xalqı da ideoloji cəhətdən 3 yerə parçalanmışdı. Kimisi Rusiyanı istəyərkən, kimisi Osmanlı Türkiyəsini, kimisi də Qacarlar İranına meyil edirdi. Bu acınacaqlı hadisə Cəlil Məmmədquluzadənin "Anamın Kitabı" əsərində də geniş təzahür etmişdir.
Qeyd etdiyimiz kimi ilk respublikamızın qurulması heç də ucuz başa gəlməmişdir. Həmçinin də 3-cü respublikamızın yəni müasir Azərbaycan Respublikasının yaranması da qan bahasına olmuşdur. Buna bariz nümunə 20 Yanvar qətliamını misal vermək olar. Ortada qalan II respublika yəni Azərbaycan Sovet Sosialist Respublikası isə işğal gücünə qurulmuş dövləti idi.
XX əsrin əvvəllərində olan hadisələri Fətəli xan Xoyskinin dilindən eşidək.

Sitat:Bakı 1918-ci il 7 dekabr ADR parlamenti. Fətəli xan Xoyski çıxış edir...
Hökumət sizin hüzurunuzda məsul olduğundan borcudur hüzurunuzda
olsun, əski fəaliyyəti və hanki övza altında işlədiyini sizə ərz etsin. Mən bu gün hər
nəzarət haqqında sizə məlumat verə bilmərəm. Ancaq mən bu gün hökumətin
tarixini və nə kimi övza altında təşkil etdiyini ərz edəcəyəm. Azərbaycan hökuməti
o vaxt təşəkkül etdi ki, Gürcüstan Zaqafqasiyadan ayrılıb elani-istiqlal etmişdi. O
bir məqam idi ki, Türkiyə ilə hənuz hərb halında idik. Sülh əhdnamələri hənuz
bağlanmamışdır. Batumda sülh müzakirəsi gedirdi. O vaxt Qafqaziya cəbhəsinin
təsviyyəsi və Türkiyə ilə mübahisəli məsələlərin həlli lazım idi. Xarici işlərimiz
belə, daxili işlərimiz isə qayət fəna idi. Hökumətimiz öylə bir zamanda təşkil
edilmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha
çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, malı əmniyyətdə deyildi.
Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər
gəldi, dəmir yolları təmamilə yatmışdı. Poçt, teleqraf yox idi. Bir kağız yollamaq
mümkün deyil idi. O vaxt idi ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi.
Hökumətə lazım olan idarələrin hamısı başdan-başa dağılmış, xidmətçilər
qaçmışdılar. Mən rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezlik ilə
bağlandı. Bununla bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir
tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik,
lakin bunu da edə bilməz idik. Ona binaən bir qüvvəyə lüzum görürdük, sülh
müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi. Sülhnamədə bir
fəsil var ki, Azərbaycan hər vaxt lazım gəlsə müdafiə hüququ üçün Türkiyə bir
qədər əsgər versin, hökumət bu carəyə təvəssül etdi. Özünüz bilirsiniz Türkiyə öz
borcunu yerinə yetirdi. Əlbəttə qoşunsuz, gücsüz görülməsi müşkül olan bir çox
şeylər çətinlik ilə yavaş-yavaş əldə edilirdi.
Möhtərəm məbuslar. Əlbəttə ki, bu işlər az idi. Və öhdəmizə düşən
vəzifənin bir zərrəsidir. Yalnız böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Zira hürriyyət, ədalət və əxvət bayrağı daşıyan firqələr Bakını əlimizdənalmış idi, bizi paytaxtsız buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idilər. Baş bilənlər Dağıstan, İran və Turan dağılmışlar idi. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın, bir iş görsün, böylə olan surətdə bu məsələdən başqasına artıq əhəmiyyət vermək olurmu idi?
Türkiyəyə müraciətimizin əsl səbəbi də paytaxtımızın əlimizə qaytarılması idi.

Bakı-1918 ARDA, f.895, siy.1, iş 1, vər. 5-10. Əlyazması, stepoqrafik hesabat.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.