Əbədi yaşamaq istəyən Mao Tzsedun - Çin rəhbəri hər gün yeni qadınla əylənirmiş.

13-06-2022, 00:04           
Əbədi yaşamaq istəyən Mao Tzsedun -
Dünyanın ən çox öyrənilən 100 şəxsiyyəti siyahısında Mao Tzsedunun özünəməxsus yeri var. Çin Xalq Respublikasının yaradıcısı təkcə siyasi fəaliyyəti ilə deyil, həm də qeyri-adi şəxsi həyatı ilə diqqəti cəlb edib.
Musavat.com siyasi liderlər haqqında növbəti yazıda Mao Tzsedunun şəxsi həyatı ilə bağlı maraqlı faktları təqdim edir.
Əbədi yaşamaq Çin liderinin ən böyük arzusu olub və o, bu arzusunu dilə gətirməkdən çəkinməyib. Hətta bu arzu ilə bağlı çinlilərin “Maoya 10 min il” şüarı dövrün ən populyar ifadəsinə çevrilib.

Ümumiyyətlə, Mao həmkarlarından, digər siyasi liderlərdən həyata baxışları ilə fərqlənib. Onun yaşam tərzi, qidalanma, uzunömürlülüklə bağlı öz “nəzəriyyəsi” olub. Çin lideri heç vaxt həkimlərə qulaq asmayıb, onların tövsiyələrinə məhəl qoymayıb, qida, yuxu, istirahət və iş rejiminə əməl etməyib. O, səhhətində nasazlıq yarananda daha çox xalq təbabəti üsullarına üstünlük verib.
Mao üçün gigiyenik qaydalar mövcud olmayıb. Duş qəbul etməyi, çimməyi Mao mənasız vaxt və enerji itirmək kimi qəbul edib. Çin lideri çimməyi bədənini yaş dəsmalla silməklə əvəzləyib. Xidməti personal bu proseduru o, iş masasının arxasında əyləşəndə həyata keçirib.
Mao heç vaxt dişlərini fırçalamayıb. O, ağız boşluğunu qarqara etməklə, dişlərinə yaşıl çayın yarpaqlarını sürtməklə kifayətlənib. Mao bu işdə “haqlı” olduğunu belə əsaslandırıb: “Pələng də dişlərini fırçalamır, amma onun dişləri həmişə itidir...”
Yaşam tərzi seçimində özünü “ağıllı” sayan Maonun sağlamlığı heç də yerində olmayıb. O, hələ gənclik yaşlarından qəbzlikdən əziyyət çəkib. Hakimiyyətə gəldikdən sonra kommunist liderinin bu “narahatlığı” nəzərə alınaraq iqamətgahdakı tualeti daha geniş ediblər. Mao tələbatını ödəmək üçün tualetdə keçirdiyi vaxtdan da səmərəli istifadə edərək kitab oxuyub.
Maounun uzunömürlülük “nəzirrəyisi”ndə əsas amil daha çox cinsi əlaqədə olmaq sayılıb. Bunu əsas tutan qırmızı liderin məşuqələrinin sayı-hesabı olmayıb. O, daha çox gənc və bakirə qızlara üstünlük verib. Əvvəlcə seçilmiş qızlar üçün xüsusi məclis düzəldilib. Həmin qızlar Maonun qarşısında rəqs ediblər, mahnı oxuyublar. Məhz bu tədbir zamanı Mao öz növbəti qurbanını seçib.
Maonun yatağına gətirilən qızlar tibbi müayənədən keçdikdən sonra onun yanına buraxılıb. Bu ciddi nəzarətə baxmayaraq, Çin liderinə hansısa məşuqəsindən yoluxucu xəstəlik düşüb.
Sonralar Maonun şəxsi həkimi Tsixisui bu haqda aşağıdakı açıqlamaları verib: “Biz Maonun sağlamlığı üçün əlimizdən gələni edirdik. Amma o, bizi eşitmək istəmirdi. Sayı-hesabı bilinməyən məşuqələrin hamısını diqqətlə müayinə etmək mümkün deyildi. O cümlədən Maonu da bir gün qadınsız saxlamaq mümkünsüz idi. Belə bir məqamda isə onun zöhrəvi xəstəliyə tutulması qaçılmaz olurdu. Nəhayət, günlərin birində onda trixomoniaz xəstəliyi aşkarlandı. Mən ona bildirdim ki, bu xəstəlik zamanı,cinsi əlaqədə olmaq olmaz. O isə mənim sözlərimə qulaq asmadı. Beləliklə də müalicə ərəfəsində Mao neçə-neçə yataq partnyonu bu xəstəliyə yoluxdurdu...”
Mao ilə yataq bölüşən xanımlar isə öz liderlərindən xəstəliyə yoluxmalarını özlərinə şərəf sayıblar. Həmçinin həmin qızlar liderin yataq fantaziyalarından razı qaldıqlarını da bildiriblər.
Mao ömrünün sonunadək heç vaxt rejimlə qidalanmayıb. Bu işdə onun əsas prinsipi “nə vaxt acdınsa, o vaxt da yeməlisən” olub. Həkimlərin qadağasına baxmayaraq Çin liderinin ən sevimli yeməyi yağlı donuz ətinin qızartması olub. O, çox vaxt yeməyini iş masanında yeyib.
Yuxusuzluqdan əziyyət çəkən Mao sonda yuxu dərmanlarından istifadə etməyə məcbur qalıb. Gecələr yuxusuz qalan lider yuxudan günorta saatlarında durub və bunu normal hal kimi qəbul edib.
Mao öz təhlükəsizliyi üçün hədsiz dərəcədə narahat bir insan olub. Onu hətta evində olarkən 100 nəfər mühafizə edib. Mühafizəçilər xüsusi qaydada seçilib. Savadlı adamlar xidmətə qəbul edilməyib. Mühafizəçilər əsasən ucqar rayonlardan seçilib. Onlarla söhbəti Mao şəxsən özü aparıb.
Əbədi yaşamaq arzusunda olsa da, özünə uzunömürlülük “qayda-qanunu” yazsa da, 65 yaşından sonra Çin liderinin səhhətində daha böyük problemlər yaranmağa başlayıb. Üç dəfə infarkt keçirən, eşitmə və görmə qabiliyyətini zaman-zaman itirən rəhbərə nə məşuqələri, nə də heç vaxt qulaq asmaq istəmədiyi həkimlər kömək edə bilməyiblər.
Mao Tzsedun 1976-cı ildə 82 yaşında vəfat edib.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.