Səfəvi sarayında Azərbaycan dilində yazışma - II Şah Abbas Səfəvinin Şirvan bəylərbəyinə məktubu...

12-07-2022, 23:09           
Səfəvi sarayında Azərbaycan dilində yazışma -
II Şah Abbas Səfəvinin Şirvan bəylərbəyi
Hacı Mənüçöhr Xana Azərbaycan türkcəsində məktubu:
"İxlas təriqində rasix-ül əqidə, şücaət və mübarizət yolunda pəsəndidə Hacı Mənüçöhr xan.
Təvəccəh və inayətin tərəfi dənə nihayətsiz bilüb, özünü əksər xatirimdə biləsən. Xüsus bəzi feylü məclislərdə, inşallah, yaxşı vəchlə hüzurimizə yetmək müyəssər ola.
Aineye zəmiri Əimmeye mə'sumin əleyhümessəlam mehrində Dərviş Mustafa yoldaşilə Şirvan səmtindən öz vilayətinə getmək iradəsi var.
Mehribanlıq lazıməsin yerə gətirib, rəvan edəsən. Əlhəq."
Məktub II Şah Abbas Səfəvinin (1642-1666) öz əli ilə yazılmışdır. Məktubda Osmanlıdan Azərbaycana gəlmiş Dərviş Mustafanın Şirvan yolu ilə geri qayıtması ila bağlı olaraq, onun hörmətlə qarşılanıb yola salınması tövsiyə olunur.
Gətirilən yazışma nümunəsi Səfəvi şahlarının XVII yüzilliyin ikinci yarısında da Azərbaycan bəylərbəyiləri ilə azarbaycanca yazışma dilinin aydın və yüksək üslubunu göstərir.
Qaynaq: Məhəmməd Yusif QƏZVİNİ. Xoldə-bərin. Britaniya müzeyi əlyazması, vərəq 278.
Milli Kimlik
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.