Təftişə gələn 7 zabit həlak oldu - Naxçıvandakı müəmmalı təyyarə qəzasının TARİXÇƏSİ

14-07-2022, 09:57           
Təftişə gələn 7 zabit həlak oldu -
Tarix 13 noyabr 1981, Naxçıvan

Azərbaycan SSR-də çox sayda hərbi təyyarə qəzası baş verib. Təbii ki, sadə sovet insanlarının bundan xəbəri olmayıb.

Bu qəzalardan birinin tarixçəsini təqdim edirik.

Tbilisidən qalxan AN-24 təyyarəsi Naxçıvan istiqamətinə yol alır. Zaqafqaziya hərbi dairəsinə məxsus təyyarənin sərnişinləri 7 yüksək rütbəli zabit idi. Onlar muxtar respublikaya İranla sərhəd rayonlardakı hərbi hissələri yoxlamaq üçün gəlmişdilər.

Tbilisdən qalxarkən hava şəraiti yaxşı idi. Lakin Ermənistan ərazisini keçərkən meteoşərait pisləşir. Naxçıvanın üstünü isə duman almışdı. Beləcə, məhdud görmə şəraitində təyyarə aeroportdan bir neçə kilometr qalmış İlandağa (2416 metr) çırpılaraq dağılır. 7 zabit və 6 ekipaj üzvü hadisə yerində həlak olur.

Komissiya qəzanın dəqiq səbəbini müəyyən edə bilmir./lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru