Gür Şad: Əfsanə və ya Türk miullətinin passionarlığını coşduran bir qəhrəman- Miflər və reallıqlar
11-08-2022, 15:29
Nihal Atsızın "Bozqurdların ölümü" romanındakı Kür Şad personajını məncə tanımayan yoxdur.
Obraz xəyal məhsulu deyil, Şibi xaqanın oğlu şəhzadə Aşina Çieşeşuayın qəhramanlığından ilhamlanaraq obrazlaşdırılıb.
Şəhzadənin əsil adı bilinmir, Çin qaynaqlarında 阿史那结社率-Jiesheshuai olaraq keçir.
Göytürk imperiyası dağılmış, türklərin bir hisəsi Çini idarə edən Tan sülaləsi tərəfindən çinləşdirilmək üçün əsir götürülmüşdür. Kürşad da türklərin üsyan etməyəcəyinin təminatı olaraq Çin tərəfindən əsir götürülən və orduda qulluq edilməyə məcbur edilən şəhzadə olub.
639-cu ilin yayında imperator Taizong Çinə təslim olmayıb azadlığını qorumağa çalışan, Kürşadın böyük qardaşı Tolis xan tərəfindən idarə olunan Şərqi Göytürk xaqanlığına səfərə hazırlaşırdı.
Əsir millətini, işğalda qalan dövlətini qurtarmaq üçün Kürşad özü kimi əsirlikdə qalan 40 dostu ilə 19 may 639-cu ildə Çin sarayını basır. Saray deyəndə ağlınıza çöllük ortasında villa gəlməsin, söhbət qala içində on minlik ordu mərkəzində yerləşən "Doqquz Mükəmməllik Sarayı" adlı imarətdən gedir.
Türklər bu qaladan sağ çıxmağın mümkünsüz olduğunu bilirdilər. Hədəf ölümlərini dastanlaşdırmaqla təslim olmuş xalqı oyatmaq idi. Çin qaynaqlarına görə türklər 3 mühafizə xəttini doğrayaraq keçib imperatorun otağına daxil olmağı bacarmış, lakin otağın boş olduğunu görmüşlər. Saraya köməyə gələn ordu tərəfindən mühasirəyə düşən Türklər yenə təslim olmamış, sağ qalanlar xətləri qıraraq saraydan 20 at götürməklə qaça bilmişlər.
Takibə keçən Çin ordusu sağ qalan 20 türkü Veyx çayını keçərkən yaxalayıb edam etmişlər.
Kürşadın Çin sarayını basması imperatorun ölümü ilə nəticələnmədi. Amma hadisədən sonra Çin parlamenti asimla edilmək üçün əsirlikdə saxlanılan yüz min türkün azad edilib qovulması qərarını verir. Kürşad və çerilərin qəhramanlığı türk xalqını ayağa qaldırır.
Beləliklər Kürşaddan təsirlənən türklər 681-ci ildə Qutuluq xaqanın öndərliyi ilə Tan sülaləsinə qarşı mübarizəyə başlamış, 682-ci ildə İkinci Göytürk xaqanlığı qurulmuşdur.
Orxan Vəliyev
Teref.az