Vüqar Biləcəri hansısa şairə şeir yazıb? FOTO

3-09-2022, 08:03           
Vüqar Biləcəri hansısa şairə şeir yazıb? FOTO
XIX əsrin Füzulisi adlanan əruz vəzninin şahı, dahi Vüqar Biləcəri 24 Avqust 1988-ci ildə anadan olmuş, 2020-ci il 29 Avqustda vəfat etmişdir. Vüqarın digər şairlərdən özəlliyi tək onun əruz vəznini mükəmməl səviyyədə bilməsi deyil, eyni zamanda onun məhəbbət həyatı da çox maraqlıdır.
Blogger Nail Kəmərli Vüqar Biləcərinin sevgilisi Samirə xanımdan müsahibə götürəndə Samirə xanım qeyd edir ki, Vüqarla gənc yaşlarında tanış olmuşdur. Deməli, Vüqar bir gün 28 May metrostansiyasının çıxışında Cəfər Cabbarlının heykəlinin yanında dayanmış və Samirə xanımla üz-üzə gəlmişdir. Xanımın ardınca gələn şair birgə metroya minərək yolda tanış olmuşdurlar. Məhz, həmin eşq macərası da metro platformasından başlamışdır.
Vüqar Biləcəri Azərbaycan cəmiyyətində daha çox gənc təbəqəli insanlar arasında sevgi, məhəbbət, eşq şairi kimi tanınırdı. Lakin, bizim fikrimizcə, o ədəbiyyatın, irfanın və İslam fəlsəfəsinin də dəryası idi. Meyxanalarda dediyi irfani kəlmələr(həqiqət, mərifət) və 12 imamın şəninə səsləndirdiyi beytlər Vüqarın dini və din fəlsəfəsini necə dərindən bildiyini sübut edir. Qeyd etmək lazımdır ki, Vüqar Biləcəri dahi şairimiz Məhəmməd Füzulinin də aşiqi idi. O, videolarda Füzulinin külliyyatını kamil formada təhlil edirdi.
Şair Biləcəri dünyəvi sevgiyə dair şeirlərini sevgilisi Samirə xanıma həsr edirdi. İrfani eşq şeirləri isə müqəddəratını şəxsiyyətlərə aid idi. Maraqlı bir faktı da qeyd etmək lazımdır ki, blogger Nail bəyin videosunda Samirə xanımın Vüqar Biləcəriyə öləndən sonra yazdığı şeir oxunulur. Sözügedən şeirin əsas nüsxəsi hal-hazırda əlimizdədir. Belə ki, Samirə xanım Vüqar Biləcəridən ayrılandan sonra bizim yaxın qohumumuzun Yeni Yasamaldakı mənzilində kirayədə yaşayırdı, bu şeiri də sözügedən yaxın qohumum mənə təqdim edib.
Tanrıverdi Əliyev
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.