"biz heç bir zaman imkan vermərik ki, ermənilər bizim millətin viran olmuş yerlərində özlərinin firavanlığını qursunlar. " -Difai Partiyasının proqramının arxiv nüsxəsindən

12-10-2022, 11:15           
"biz heç bir zaman imkan vermərik ki, ermənilər bizim millətin viran olmuş yerlərində özlərinin firavanlığını qursunlar. "
Biz heç bir millətin qanuni hüququna, vicdanına və azadlığına qəsd etmək niyyətində deyilik. Yox və yenə də yox. Bizim firqəmizin yeganə məqsədi Qafqazın ayrı-ayrı xalqları arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Və əgər Daşnaksutuyun partiyası bizə öz fəaliyyət proqramını səmimi və açıq göstərsə, əgər bu proqram Qafqazın ayrı-ayrı xalqlarının azadlığına və sərbəstliyinə təhlükə yaratmasa, onda biz həmişə həmrəylik əlimizi uzatmağa hazırıq. Lakin əgər o, əvvəlki kimi, müdafiəsiz, dinc müsəlmanların zəifliyindən istifadə edib onlara xaincəsinə hücumları davam etdirərsə, onda biz layiqli cavab verəcəyik və Qafqazı qan meydanına çevirəcəyik. Qoy Daşnaksutuyun əmin olsun: biz heç bir zaman imkan vermərik ki, ermənilər bizim millətin viran olmuş yerlərində özlərinin firavanlığını qursunlar.
Özlərini müsəlmanların rəhbəri sayan, amma əslində xalqı məhvə aparan cənablara qarşı da eyni cür davranılacaq. Firqənin qılıncı daim onların cinayətkar başları üzərində olacaq, onları bütün etdiklərinə görə sərt qisas gözləyəcək.
Ələxsus firqənin təqib edəcəyi o adamlar olacaq ki, xalq arasında təfriqət və ədavət salırlar, ədavət aparan firqələr yar adırlar, xalqa zülm etməkdə hökümətə kömək olurlar, müsəlmanların elmi və siyasi tərəqqisinə mane olurlar.
Difai Partiyasının proqramının arxiv nüsxəsindən
Ceyhun Nəbi
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.