Kaktuslar və uşaqlar

17-10-2022, 08:17           
Kaktuslar və uşaqlar
Meksikada səhrada bitən bir kaktus növü var. Agave Kaktus... Bu kaktus tekilanın xammalı olduğundan başqa yarpaqlarında Sisal adlı ipək sap da var və ipəkdən daha bahalı parça hazırlanır. Bir gün bir iş adamı bu kaktuslara investisiya etmək qərarına gəlir. Böyük bir fabrik qurur və böyük və məhsuldar sahədə kaktuslar yetişdirməyə başlayır. Oradakı kaktusları daha iri yarpaqlarla böyütmək üçün hər cür fədakarlıq edir. Kaktusları bol vitamin və zənginləşdirilmiş gübrələrlə qidalandırır. Onun səyləri öz bəhrəsini verir, daha böyük yarpaqları olan daha böyük bitkilər əmələ gətirir.
Yarpaqların içərisində ipləri toplamaq vaxtıdır. Maraqlı bir hadisə ilə qarşılaşırlar; demək olar ki, bütün kaktuslarda bu iplər yoxa çıxmışdır!
Yarpaqlar böyüdü, ancaq içindəki saplar yox oldu.
O, buna bir məna verə bilmir və iş adamı böyük itki ilə zavodu bağlamaq məcburiyyətində qalır.
Amma o, hadisənin səbəbini öyrənmək istəyir və problemdən əl çəkmir. Çox araşdırmadan sonra o, amerikalı bitki bioloqu ilə razılaşır.
Bitki bioloqu səhraya gedir, bu kaktuslardan birinin yanında çadır qurur, bir-iki ay ərzində kaktusları müşahidə edib tədqiq edir və sonda hesabat yazır.
Hesabatda aşağıdakı cümlələr yer alır:
“...bu sapların yaranmasına səbəb səhranın sərt və çətin şəraitidir.
Bu kaktusu rahat mühitə yerləşdirməklə bu qabiliyyəti itirmisiniz.... "
Uşağı böyüdərkən ona pislik etmək istəyirsənsə, istədiyini ver.
Yaxşılıq etmək istəyirsənsə, qoy bəzi problemlərini özü həll etməyə çalışsın...
Bunu edərkən özünü təkmilləşdirsin...
*Anooşirvan Miandji
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.