NADİR ŞAHIN BORÇALINI GÜRCÜ HAKİMİNƏ BAĞIŞLAMASI MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRƏK
1-11-2022, 00:06
Məsələnin hələdə aktuallığını nəzərə alaraq bir daha paylaşırıq. AzadlıqRadiosunun saytında bir istifadəçinin «Nadir şah Borçalını Gəncə xanının əlindən alıb Gürcüstana bağışlayıb» fikrinə münasibət bildirən Cahangir Əfşar bunları söylədi: «Məsələ belə olub. 1736-cı ildə Suqovuşanda keçirilən şah qurultayı zamanı Gəncə xanı – Ziyadoğlular Nadirin şah seçilməsinin əleyhinə çıxdı. Onlar deyirdilər ki, niyə adi kəndli oğlu bu boyda məmləkətin şahı olsun? Biz Səfəvilər sülaləsindən bir nəfəri şah seçə bilərik. Bu üzdən Nadir şah seçiləndən sonra Gəncə və Qarabağ xanlarını İranın şərq hissəsinə sürgün etdirir. Borçalı Gəncə xanlığının tərkibində idi. O dövrdə Gürcüstan adlı dövlət yox idi – Kaxetiya-Kolxida vardı, onlar da Əfşarlar dövlətinin tərkibində idi, həm də Azərbaycan bəylərbəyiliyi ərazisində. Yəni həm Kaxetiya, həm Dağıstan, həm də indiki Ermənistan ərazisi Azərbaycan bəylərbəyiliyinə daxil idi. Nadir şah inzibati ərazini gürcülərə yox, gürcü xanlığına verib. Gürcü xanı isə Zöhrab xan idi. Zöhrab xan da türkəsilli idi». irs_azerbaijan