Bu gün qoca Şərqin ən dahi şairlərindən biri Ömər Xəyyamın vəfat etdiyi gündür

4-12-2022, 12:37           
Bu gün qoca Şərqin ən dahi şairlərindən biri Ömər Xəyyamın vəfat etdiyi gündür
Xəyyam həm böyük şair, həm filosof, həm riyaziyyatçı, həm də astronom kimi tanınır
Hələ 26 yaşında ikən Məlik şah adlı nisbətən ağıllı şahın dəvəti ilə İsfahan rəsədxanasına rəhbər təyin edilən Xəyyam, sonradan Məlik şah öləndən sonra çətin yaşadı, İsfahanı tərk etməyə məcbur oldu
Dinə qarşı sərt şeirləri ilə məşhurlaşan böyük şairi daim din adamları təqib etdilər, həyatı boyu ona çətinliklər yaşatdılar
Heç vaxt evlənməyən, ömrünün çox vaxtı tənhalığa üstünlük verən Ömər Xəyyam təxminən 83 yaşında vəfat etdi
İslam dəllaları hətta öləndən sonra da onun əsərlərinin məhv edilməsinə, dərc edilməməsinə çalışsalar da, xeyli müddət sonra Avropa araşdırmaçıları tərəfindən onun əlyazmaları tapılmış, dərc edilmişdir
...
... Hər il olduğu kimi...
... Yəqin bu il də oxucular aşağıda Ömər Xəyyamın digər şeirlərindən parçalar yazacaqlar.
Mən daha birini yazım:
-MƏN ŞƏRAB İÇƏLİM, SƏN NAMAZA DUR,
MƏN HAQQ SÖYLƏYƏLİM, SƏN YALAN UYDUR
MƏN DİNSİZ HAQLIYAM, SƏN DİNLİ HAQSIZ,
HAQQI BOĞMAQ ÜÇÜN FƏTFALAR UYDUR.
Mən hətta dinindən də asılı olmayaraq bütün oxucuları bu böyük insanın ölüm günündə onu xatırlayıb, hörmətlə yad etməyə dəvət edirəm
VƏ SONDA:
Tez-tez din adamları 7-12-ci əsrlərdə Şərqdə olan dahiləri nümunə gətirib, onları İslam alimi adlandırırlar
İzah edirəm:
Ərəblər İslam adı altında Şərqin bir çox hissəsini işğal etsələr də, insanları qısa müddətdə həyat tərzlərindən döndərə bilmədilər.
Babək də daxil olmaqla, zaman-zaman ərəblərə müqavimət göstərən qoca Şərq hələ uzun zaman elm-mədəniyyət yolundan dönmədi
ƏRƏBLƏR NİSBƏTƏN QISA ZAMANDA ƏRAZİLƏRİ İŞĞAL EDƏ BİLDİLƏR. AMMA BEYİNLƏRİN İŞĞALI UZUN ÇƏKDİ
Məhz buna görədir ki, hətta İslam gələndən 500 il sonra da Şərqdə elm adamları mövcud oldular
Ömər Xəyyam da, Abul Al-Maarri, Əl-Xərəzmi, Nəsrəddin Tusi, Buruni, Nizami də belələrindən idi
Təəssüf ki, İslam möhkəmləndikcə beyinlərə də hakim oldu.
Beləcə Şərq xaraba qaldı, onun insanları isə torpağa baş vurmaqda xoşbəxtlik axtardılar
Bu gün artıq birmənalı şəkildə, Şərqdə alim qalmayıb
(Təbii ki, gedib Avropada oxuyub, elm əldə edən bəzi alimləri nəzərə almasaq.
Etibar Bayramlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.