100 km. ilə 100 metrin fərqi varmı?

7-01-2023, 15:26           
100 km. ilə 100 metrin fərqi varmı?
Erməni jurnalisti Tatul Hakobyan “jam-news” saytında bəzi maraqlı mətləblərə toxunub. Bir-ikisini diqqətinizə çatdırım.
O yazır ki, 2020-ci ilin 44 günlük müharibəsi və 13-14 sentyabr 2022-ci il tarixlərində baş verən sərhəd toqquşmaları Ermənistan-Azərbaycan sərhədində onlarla erməni yaşayış məntəqəsi və sakinləri üçün yeni vəziyyət yaradıb. 44 günlük müharibədən əvvəl Zəngəzur bölgəsinin Qafan icmasının Nerkin Hand kəndindən Ermənistan-Azərbaycan sərhədinə qədər olan məsafə 100 kilometr idi. Müharibədən və sentyabrın 13-də azərbaycanlıların irəliləməsindən sonra bu məsafə 100 metrə qədər azalıb. Azərbaycan qoşunları və sərhədçiləri sovet dövründən qalan Ermənistan-Azərbaycan sərhədləri boyunca dayanaraq yüzdən çox məntəqədə Ermənistanın suveren ərazisinə soxularaq, möhkəmləniblər. 44 günlük müharibədən sonra son iki ildə Azərbaycan Ermənistandan 140 kvadrat kilometrə yaxın ərazini ələ keçirib ki, bunun da 15 kvadrat kilometrə yaxını Nerkin Hand ərazisinə düşür...
Kənd camaatı ruslara qəzəb və yumorla yanaşır. Onlar ərazidə rusların varlığının Azərbaycanı hücumdan çəkindirəcəyini gözləyirmişlər. İndi isə erməni xalqının müdafiəçisi olan rusların ilk güllələrdən sonra kənddən necə qaçdıqlarını lağ edə-edə bir-birinə danışırlar.
Qaqik Vardanyanın evi Nerkin Handdə yeni Azərbaycan hərbi bazasının düz qarşısındadır. Onun həyətinin üç tərəfindən Azərbaycan bayraqları aydın görünür. Düşmən bir neçə yüz metr aralıdadır və işğal altındakı mövqelərini möhkəmləndirir.
“Ermənilərin ruslara münasibəti dəhşətli dərəcədə pisləşib. Fikrimcə, Azərbaycanın son işğalı zamanı Rusiya Azərbaycanın tərəfində yer almışdı”, - Vardanyan deyir.
P.S Təəssüf ki, Azərbaycanda Ermənistanla real sərhədimizin 100 km.-dən 100 metrə düşməsinin fərqini görməyən, daha doğrusu görmək istəməyən bir xeyli qərəzli zəka sahibi var. Ancaq bu, reallığı dəyişmir...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.