Batin alimi yazır: Fars ayətullah ola bilməz!

10-01-2023, 08:04           
Batin alimi yazır:
Bu gün İranda bir qrup molla, qədim Azəri pirlərinin İsna-Aşəriyə dinini təhrif edib, saxta şiəlik yaradıblar. Özlərinə ayətullah rütbəsi götürən bu avam mollalar İslamın yalnız zahiri mənalarını qəbul edib, batini mənaları haqqında ümumiyyətlə danışmırlar. Dərindən düşünmə qabiliyyəti olmayan bu mollalar anlamırlar ki, ayətullah bilavasitə Quranın batini mənaları ilə bağlı olan rütbədir. Bu rütbə ifrat Gelat şiələri olan Azəri pirlərinin 5500 yaşlı İsna-Aşəriyə dininin rütbəsidir və bu dində ayətullah - “Allahın dəlili”, “Allahın əlaməti”, “Allahın yer üzərində nişanəsi ” deməkdir. Allahın əlaməti marifətullahla, hikmətlə bağlı batin elmidir ki, İslama görə bu elmi peyğəmbərimiz və imam Əli bilmişlər. İnsanın Allahın əlaməti, Allahın yer üzündəki nişanəsi olması üçün onun marifətullahı, yəni Allahın hikmətini, onun sirlərini bilməlidir. Bu sirlər, Gelat pirlərinin banisi olan, qədim Misirdə firon Amon, Kitabi Dədə Qorqudda isə Bəkdüz Əman adlanan Azəri bəgi ilə bağlıdır. Məhz Bəkdüz Əman sufizmin Bəqa səviyyəsinə yüksələrək İlahla vəhdətə nail olmuş və İlahdan göydə Allah, cənnət yaratmışdır. Ayətullah da Amon Allahın getdiyi bu Tərikə yolunu və onun keçirdiyi bütün ritualları bilən natiqə deyilir. Qədim Misirdə bu yol - Qor Allahın, yəni Qorqudun yolu adlanırdı və bu yolu pir Amondan sonra, sufilərin "İhvani Səfa" adlandırdıqları ilk sufi müdrikləri keçmişlər. Özlərini "şiə, əhli şiətin" adlandıran bu pirlərin risalələrini ismaililər - "Qurandan sonra Quran", "Elmin Quranı" adlandırırdılar ki, bu da Quranın daha dərin batini mənaları deməkdir. Quranda "səf-səf" duranlar" və peyğəmbər olaraq göndərilən müjdəçilər və xəbərçilər adlandırılan bu sufi qardaşları - anlayan, bilən bir qövm kimi də məlumdurlar. Müxtəlif mənbələrdə Qor nəsli – Aqar, Həcər, Qacar və s. nəsli adlanırlar. Sufi-batinilər Quran deyəndə məhz “ürəyinə batin elmi verilmiş” Qor yolu ilə gedən natiqi nəzərdə tuturlar.

İslam mənbələrində Qor yolu - Qərəə, yəni Quran yolu mənasındadır və bu yolu bilənlər karilər (kurra) kimi də qeyd olunurlar. Karilər bizlərə, peyğəmbərimizin tayfası olan Qüreyş kimi məlumdur ki, bu rəmz də batini mənada Qor-Şiə, yəni Qor yolu ilə gedən şiələr anlamındadır. İsna-Aşəriyə dininə görə, pir Amonun yüksəldiyi Bəqa səviyyəsini, yəni bəglik məqamını İhvani Səfadan sonra yalnız axirətdə gələcək Baqiətullah biləcək. Batin elmində Baqiətullah səviyyəsi iki müqəddəsə aid edilir ki, bunlar da əvvəldə və axırda gələn Rəhman və Rəhim Allahlardır. Sufi-batinilər Bəsmələ dedikdə də məhz bu iki Baqiətullahı nəzərdə tuturlar.

Qədim Misirin bütün dua və mətnlərini yazan Gel şəhərinin Qor yolu ilə gedənlər nəsli bizlərə Gelatın ifrat şiələri və Xelatın Azərbaycan Atabəglər Ailəsi kimi tanışdır.
İsmaili batinilər əhli-beyt deyəndə də məhz Allahın Gel-Gelat evinin filosof-şahları nəzərdə tutulur və bu ev - “beyt əl-elm vəl-marifət vəl-hikmət” adlanır. Başqa sözlə, əsl ayətullah – batini sirləri, marifətullahı bilən və ürəyinə elm, marifət verilmiş Qacar şahlar nəslindən ola bilər.
Qədim müdriklərə görə, Allah cəmi iki növ insan yaratmışdır ki, bunlar da göy və yer insanlarıdır. Göy insanları dedikdə, Allahın Özünə qulluq üçün yaratdığı Xəzər-Azəri Türk bəgləri, yəni Gel-Gelat elinin arifləri nəzərdə tutulur ki, bəşəriyyətin bütün inkişafı məhz onların hesabına baş vermişdir. Yer insanlarını isə qədim müdriklər mənbələrdə qeyd olunmağa belə layiq görməmişlər.
Bu gün İranda hakimiyyətə gətirilmiş fars mollaları, əsl şiəlikdən, yəni pak İsna-Aşəriyə dinindən xəbəri olmayan adi insanlardır. Onlar marifətullahı, Allahın adlarının batini mənalarını bilməyən və Allaha inanmayan ateistlərdir. Allaha inanan, əsasən də şiə adlanan mömin, hakimiyyətə, var-dövlətə görə öz xalqına divan tutmaz, terrorizmlə məşğul olmaz.

Bu gün İran adlanan dövlətin əvvəlki adı "Məmaliki Məhruseyi Qacar”, yəni “Qorunan Qacar Məmləkəti” olmuşdur ki, bu da İran mülkünün, Allahın və Qacarların Gel-Gelat mülkü olması və Allah tərəfindən qorunması deməkdir. Mənbələrdə Allah Gelat mülkünü - "Mənim Geladım" adlandırır və bu da Gelat/Xelat elində Xüld cənnət evinin yaradılması ilə bağlıdır. Mətnələrə görə Allah məhz Gelat göylərindəki cənnətdə, öz xalqı arasında yaşayır və bu mülkün altındakı mağarada Əhd sandığını və digər müqəddəs əşyaları qoruyur. Allahın hökmdarlığının əlaməti olan bu sandıq axirətdə açılacaq və insanlar Allah, cənnət, dirilik suyu, İlahi od və s. nə olduğunu görəcəklər. Mənbələrə görə, bu mağarada qorunan İlahi Azər odunun hesabına Azəri farnbaqları, yəni firon-bəgləri, pir-bəgləri
müdriklik, İlahi qüdrət qazanıb, xalqlarına xoşbəxtlik bəxş edirdilər.

Bütün bunlar o deməkdir ki, şiəlik - sufilərin kamillik fəlsəfəsidir və bu fəlsəfəni yalnız Allahın Özünə qulluq üçün yaratdığı Azəri Türk bəgləri dərk edə bilərlər. Yalnız bu Gelat arifləri Allah'ın getdiyi yolu anlayıb, "Allahın əlaməti", "Allahın yer üzündəki nişanəsi" sayıla bilərlər. Batini mənada mərceyi-təqlid də Gelatın 12 imamı olan seyid-mirilərin təqlidi deməkdir. Qədim yəhudilər, yəni Xəzər/Azəri Türk bəgləri onları İsrailin (Azər-Eli) 12 oğlu adlandırdılar. Xristianlar onlara Yeşuanın (İsa), yəni Şiə Allahının12 həvarisi deyirdilər ki, Yeşua da Beytlehem, yəni Allahın İlahi beyti olan Gel eli, Qalileylə bağlıdır. Ən qədim mənbələrdə Gel-Gelat elinin filosof-şahları, yəni hökm və hikmət sahibləri Albaniyanın Ərənşahlar nəsli olan Gelarküni nəsli sayılırdı. Dünyanın bütün padişahlar və peyğəmbərləri - Avropada "quş dili" bilən Gelardlılar adlanan bu Gel oğulları nəslinin nümayəndələri olmuşlar. Azəri Türk seyid-bəgləri dünyanın yeganə nəslidir ki, Allaha - "Ya Cəddim", yəni "Ya Əcdadım" deyə müraciət edib, Ondan kömək istəyirlər. Allah da Öz sirlərini və qüdrətini yalnız bu varislərinin nümayəndələrinə verirdi.
Yazdıqlarımdan çıxan nəticə odur ki, fars və ya digər adi insan ayətullah, yəni Allahın əlaməti, Allahın dəlili, Allahın yer üzündə nişanəsi ola bilməz. Onlar avam və saxta din xadimləridirlər.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.