MURAD SÜLEYMAN VƏ ÜMÜUMİDÜNYA DAŞQINI

21-01-2023, 12:35           
MURAD SÜLEYMAN VƏ ÜMÜUMİDÜNYA DAŞQINI
Naxçıvanda gənc tarixçi MURAD SÜLEYMANIN səhifəsində bu gün yerləşdirdiyi foto (soldan 1-ci) tarixi fantazıyamı pərvazlandırdı. Dedim, gəlin bir az xəyallarda qanad çalıb keçmiş BABİLANIMIZA, NÜVƏDİMİZƏ, ORDUBADIMIZA, NAXÇIVANIMIZA NUH BABAMIZLA birgə səyahət edək.
Murad bəyin göstərdiyi soldan birinci şəkil AĞRI dağı ilə İLANDAĞ arasına çökmüş qatı buluddur. Ancaq, Ümumidünya Daşqınını xatırlatdı mənə. Dedim, olmasın su, olsun bulud. Nə fərqi?
Türkün Mənşəi kitabımda böyük fəsil həsr etdiyim bu marşrutu burda buludlar üstündə təbii canlandırmaq çox asandır.
İkinci şəkildə u Tarixi Hadisə Göyqurşağı altında təsvir edilib. Təsvir mənimkidir. Gəmi Babilandan çıxır, Güney Azərbaycan torpaqların basdayıb (əlbəttə, torpaqlar qalın su qatı altındadır) Arazın axarının əks istiqamətində şimalı-qərbə doğru irəlilyir. Gəlib çıxır yenə bizim NÜVƏDİNİN üstünə. Bu yanaşmamdan inciməyin. Yerlibazlıqda qınamayın məni. Olan hadisələrdir Nuhdan da qabaq mövcud olmuş Nüvədidən xəbər verirəm. Niyə Nuhdan qabaq, bilirsiz. Nuh öz də elə Adamın 10-cu nəsli idi.
Deyillər orda gəmi yanpörtü suya əyilir. Nuh əmr edir ki, özləriynən qüdsal talisman kimi götürdükləri göylərdən göndərilmiş daşla - vidalaşmaq vaxtıdır. Yoxsa, hamı "bəşər bişi uşu" (- gil yazıdan gələn sözlərdir - yəni, Gəmidəki "bütün ağıllı bəşər bişər" - batar).
4-5 igid halla-qolla daşı atır suya. Əsrlər nədi, eralar (min illər) keçir, lap bizim dövrlərdə haman meteorit daşını Nüvədinin Araz qırağındakı geniş GƏMİ DÜZÜNDƏ aşkar edir millət. Düz kəndə gələn tac (şose) yolunun kənarında. Heç bir igid onu tək qaldıra bilmirdi. Çünki Yerdəki kəpirlərə oxşamırmıış özünün hamar, qranitə bənzər milyon km-lərlə yol gəlmiş özünün sürtülmüş üzü ilə. Düzün adı da elə u gəmidən atılan daşdan qalmışdı - "GƏMİ DÜZÜ". Yoxsa u daş-qayalıqda gəmi nədir, heç üfürülmüş pələ sürmək olmurdu.
U dərədəki kəndimizin də adı İncildəki NOADİ-dən dəyişdirilib, NUH VADİ olur. Axı Peyğəmbər orada u boyda "qığ" salıb.
Talismanını Nüvədidə buraxan İlahi Gəmi üzərək səhər erdən gəlib çıxır Culfadakı İLAN DAĞINA. Zirvə suyun səthinə yaxın olduğundan orda xırtıltıynan ilişib qalır (Süleymanda 1-ci zirvə). Bu annan istifadə edən və stress keçirən NUH, xüsusi öyrədilmiş göyərçini (ona PAL* deyirdi qədim türklər) gətirin deyir. Elə Nuh da "U PALI gətirin" deyir. Onu buraxır havaya. Bir neçə saatdan sonra, Gəmi zirvəni haçalayıb (İnternetdə İlandaığın şəklinə bax-Gəmidən yadigardır) məngənədən çıxan andca, göyərçincə də dimdiyində yaşıl yarpaq oturur Gəminin göyərtəsinə. Nuh Palı alıb gözlərinnən öpür! Və sevinci bir andaca bütün Gəmiyə yayılır.
BİR İL ON GÜN !!! su üzərində üzən heyətə andırır ki, Şərqdə - Ordubada tərəf SAQQAR SU çayının, GÖY GÖLÜN başı üstündəki u zirvələrdə QURU YER var!..
Palı uçuşa buraxıb, gəmini onun dalınca sürməyi əmr edir. Və axşamçağına yaxın GƏMİ QAPICIQ DAĞINDA QURUYA oturur. (Süleymanda 3-cü zirvə). Orda yerə Çiv çalıb Gəmini bağlayırlar.
Bütün dünya ədəbiyyatı yazır ki, GƏMİ AĞRI DAĞINDA (ARARATDA) (Süleymanda 2-ci zirvə) oturdu. İncili yazanlar u arealda ən uca dağ kimi AĞRINI tanıyırdılar. Ona görə elə yazılıb. 300 ildir axtarır dünya orda - izinə də rast gəlmir.
Sonrakı anlar - heyətin gəmidən heyvanlarla birgə çıxması, NUHUN tamtəraqla Qapıcıqdan Ordubad düzünə endirilməsi və digər səhnələr hamısı GƏMİ QAYA daşlarında öz əksini, deyərdim, foto dəqiqliyi ilə tapıb.
Hətta daşların birində latın işarələrinə bənzər hərfllərlə
NAXÇİVAN kəlməsi də qazılıb (Şəkil 3). Siz də oxuyun. Xoşuza gəlməsə, goruma söyün.
Çivi Nuh tərəfindən çalınmış Naxçıvan şəhərində onun türksayağı məqbərəsi də durmada. Deyillər bacısı və oğlanlarının da qəbrləri orda olmalıdır. Onun həyat yoldaşı NƏMZƏRin (zərə bənzər şeh damlası- türkcə) qəbri də deyillər Güneyimizin Mərənd şəhərinin yaxınlığında hansısa kənddə olub. Gedib Mərənddən göy maş gətirməyə orda da rəhmətə gedib, yazıq arvad. Bu, Nuhdan sonra olub. Yoxsa qoymazdı anu Naxçıvannan kənarda dəfn etsinlər.
______________________
* PAL - xüsusi öyrədilmiş göyərçin TROYADAN, ETE ELİNDƏN APENNİNƏ qaçan türklərin də gəmi karvanını müşaiyət edib, yazır tarix. Aylarla suda üzən karvanı gətirib VEZUVİnin ətəklərindəki NEO PALA. Qamışlıq yerimiş, ona görə də adına NEYƏPAL - yəni, Göyərçinin - PALIN NEYƏ - qamışa doğru uçan yer.
Onu da yunanca NEO POLİS - Yeni şəhər deyib yozmaq istəyirlər, alınmır onlarda. Türkə də birinciliyi vermək sitəmirlər.
***
Bəlkə siz deyəsiz, niyə yetim yazıçı Maksim Qorki, Neapoldan qayıdıb, Bakıya səfərində and içib demişdi ki, vallahi bu şəhərlər bir-birinə bənzəyir? Çünki Ete Elində Müqəddəs ODA inanan Türk Bakıya ODA sitayişə gəlirdi, NEYƏPAL`a gedəndə, orda müqəddəs Şəhər saydığı BAKIYA (BAKİ türkcə elə MÜQƏDDƏS deməkdir - qanmazlar onu da "ərəbcə açırlar", bizi rüsvay edirlər dünyada) bənzər şəhər yaradırdı.
HƏRİFLƏR İNADDILAR ...
Tariyel Azerturk
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.