"Mən cibgirəm, oğruyam, amma vətənsiz və vicdansız deyiləm!”
9-06-2023, 11:04
Əvvəllər oğrular belə çox ləyaqətliydi...
Təxminən 70 il öncə, 1950-ci illərdə İstanbulda bələdiyyə avtobusu Eminönü dayanacağında dayanıb qapılarını açmağa hazırlaşarkən bir qadının “Xahiş edirəm qapıları açmayın, cüzdanım oğurlanıb, avtobusda oğru var” deyə həyəcanlı səsi gəldi.
Qadın israrla qışqırmağa davam edirdi.
Bunu görən sürücü qapıları açmayır və yerindən qalxaraq qadına “Avtobusda oğurlandığına əminmisən? Çantanı bir də yoxla!” deyə səsləndi. Qadın “Bir az öncə biletimi almaq üçün cüzdanımı çıxarmışdım, daha sonra yerinə qoydum, amma indi yoxdur” deyə cavab verdi. Sürücü bunu eşidib hiddətlənərək “Kimsə tərpənməsin, hər kəsin üstünü axtaracağam” deyə səsini qaldırdı.
Sürücü öndən, biletçi arxadan başlayaraq sərnişinləri bir-bir yoxlamağa başladırlar. Hər kəsi axtarmışdilar, yalnız bir kişi qalmışdı. Həmin axtarılmayan sərnişin minbaşı rütbəsində rəsmi uniformalı bir zabit idi. Əynində də xaki rəngində qalın paltosu vardı. Sürücü “Minbaşımı axtarmağa lüzum yoxdur, bir türk zabitini oğurluq şübhəsi ilə əsla axtarmaram, cüzdan tapılmadı” deyərək qapıları açmaq üçün yerinə doğru yönəldi.
Bu zaman minbaşı özündən arxayın bir şəkildə “Məni də axtaracaqsınız, şübhə altında qalmaq istəmirəm.” söylədi.
Sürücü axtarmaq istəmədi, amma minbaşının israrı qarşısında məcbur qaldı. Əlini minbaşının paltosunun cibinə salarkən, “Yox axtarma, mən oğurlamışam!” deyən nimdaş,yamaqlı geyimli bir adam onlara yaxınlaşdı.
Və adam “Cüzdanını oğurladığım qadın qışqıranda qorxdum, axtarıla biləcəyimi düşünərək cüzdanı, axtarılmayacağına əmin olduğum yanımda olan minbaşının paltosunun cibinə qoydum. Fəqət bir türk zabitinin oğurluqda günahlandırılmasına vicdanım razı ola bilməz. Mən cibgirəm, oğruyam, amma vətənsiz və vicdansız deyiləm!” deyərək başını aşağı əydi.
Teref.az